Maraqlı 14.03.2020 07:17

Səhər yeməyində bu qidalar faydalıdır – MƏSLƏHƏT

Səhər yeməyi hər zaman günün ən vacib yeməyi sayılıb.

Rakus.az xəbər verir ki, səhərlər vaxtında və keyfiyyətli qidalanmaq vacib şərtdir. Amma buna baxmayaraq, səhərlər qida qəbul etməyənlər də az deyil. Bəziləri bunu iştahasızlıqla əlaqələndirir, digərləri isə bununla çəki artımının qarşısını aldıqlarını düşünürlər. Mütəxəssislər isə bildirir ki, səhər yeməyindən imtina barədə göstərilən səbəblərin heç biri düzgün deyil. Səhərlər qida qəbulu mütləqdir. Amma qidanı düşünərək seçmək daha önəmlidir. Səhər yeməyi yeyirik deyə nə gəldi qəbul etmək çox yanlış addımdır. Əgər qəhvəaltı edəndən sonra özünüzü narahat hiss edirsinizsə, deməli hansısa yanlışa yol vermisiniz.

Bəs düzgün, sağlam səhər yeməyi necə olmalıdır?  Səhər yeməyində yeyilməsi vacib olan qidalar hansılardır?

Türkiyə mediasına istinadən səhərlər ən faydalı hesab olunan qidaların siyahısını təqdim edir.

Bu sırada ilk növbədə karbohidratların adı çəkilir. Bildirilir ki, gündəlik enerji üçün mütləq səhər yeməyində karbohidrat olmalıdır. Bu, tərkibi tam taxıldan ibarət olan bir dilim çörək və ya başqa un məmulatı da ola bilər. Bunun əvəzinə bal və ya mürəbbə yesəniz, orqanizmi şəkərlə çox yükləmiş olacaqsınız, bu isə həzm sistemində tənbəllik yaradacaq. Çünki səhər yeməyinin əsas məqsədi həzm sistemini gücləndirmək və qidaları rahat həzm edəcək hala gətirməkdir.

Süd məhsulları səhər yeməyində mütləq olmalıdır. Məsələn, səhərlər qədərində qəbul olunan pendir faydalıdır.

Zeytun da qəhvəaltının ən faydalı qidalarından sayılır.

Yumurta səhər yeməyində birmənalı olmalıdır. Ən çox da qarın nahiyəsindəki piylərdən, ümumiyyətlə, artıq çəkidən qurtulmaq istəyirsinizsə, yumurta yemək lazımdır. Yumurta səhər yeməyində protein qaynağıdır. Soyutma, ya qayğanaq olsun, fərq etməz. Seçimi özünüz edə bilərsiniz.

Səhər yeməyində quru ərik, əncir, xurma da məsləhət görülür. Ələlxüsus qəbizlik probleminiz varsa, bunları hər səhər, hərəsindən iki ədəd olmaqla yeyə bilərsiniz. Amma qəbizlik probleminiz yoxdursa, 2-3 gündən bir yeyin.

Qəhvəaltında yaşıl məhsullara da mütləq yer ayırın. İstər tərəvəzlər, istərsə də göyərtilər gün ərzində həzmin rahat olmasına imkan verəcək, vitamin və mineral ehtiyaclarınızı ödəyəcək. Onlar həm də bitki tərkibli proteinlər və karbohidrat qaynağıdır.

Səhərlər mövsümə uyğun olaraq, az da olsa meyvə də qəbul etmək olar. Bu, orqanizmi mineral və vitaminlərlə zənginləşdirəcək. Meyvəni qabıqlı qəbul etmək tövsiyə olunur. Amma çalışmaq lazımdır ki, qəbul edilən meyvələr bir dolu ovucdan çox olmasın.

Badam, fındıq  qoz da səhər yeməyində uşaqlarda ana südü qədər önəmli sayılır. Bunlar qanda xolesterin səviyyəsini normallaşdırır, yüksək enerjili olduqları üçün uzun zaman tox saxlayır, çörək, şirniyyat kimi məhsullara istəyi aradan qaldırır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO