Elm və təhsil 19.02.2022 10:31

Şəhid ailələrinin iştirakı ilə “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı olub - FOTO

Bakıda şəhid ailələrinin iştirakı ilə “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı keçirilib.

Rakus.az xəbər verir ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə hazırlanıb.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müahribəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, şəhid N.Fərəczadə adina 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova, məktəbin məzunları şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı jurnalist Əsgər İbrahimov və məktəbin kollektivi iştirak ediblər.

Azyaşlı uşaqlar üçün nəzərdə tutulan kitab Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilib.

Binəqədi rayonunda yerləşən şəhid N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyinin təmsilçiləri, müəllim və şagird kollektivi, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov və şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva iştirak ediblər.

Qonaqlar ilk öncə məktəbin güşəsində şagirdlərin hazırladığı kompozisiya ilə tanış olublar.

Daha sonra bədii hissə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov çıxışında bildirib ki, “Bizim böyük Qələbəmiz” adlı kitabın təqdimatı vətənpərvərlik ruhunda yazılmış əsərlərin təcəssümüdür: “44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, biz belə tədbirlərdə iştirak edirik. Məhərrəm 100 nömrəli tam orta məktəbdə təhsil alıb. Arzu edirəm ki, bu məktəbi bitirən hər bir gənc də Məhərrəm kimi mərd, cəsur və qorxmaz olsun. Biz şəhidlərimizi unutmuruq, unutmayacağıq”.

Şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva deyib ki, oğlu Samir də bu məktəbi bitirib: “Şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün bu kitabın rolu böyükdür”.

N.Fərəczadə adına 100 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova vurğulayıb ki, gələcək nəsillər, yəni balaca balalarımız  bu kitabı vərəqləyərkən Zəfər tariximizi daha yaxından öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov vurğulayıb ki, Zəfər günü ilə bağlı yazılan tarixi kitabın ictimaiyyətə təqdim olunması qürurvericidir: “Şəhid Samir və Məhərrəm kimi oğullar yetişdirən bir məktəb daha neçə-neçə qəhrəmanlar yetişdirəcək”.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova şəhid və qazilərin igidliklərindən, göstərdiyi döyüş fəaliyyətlərindən, Vətən müharibəsindəki şanlı qələbədən söz açıb.

Sonra Şanlı Qələbəmizə həsr olunmuş kitablar haqqında məlumat verilib. Bildirilib ki, uşaqlar üçün nəzərdə tutulan “Bizim böyük Qələbəmiz” kitabı ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti və rəşadətli ordumuzun şücaəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən  biridir  və bu kitabın çap edilməsində əsas məqsəd uşaqlarda doğma vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycanın tarixi qələbəsini təbliğ etməkdir.

Həmçinin əlavə ediblər ki, “Bizim böyük Qələbəmiz” adlı kitabı nəsillərin görüşü adlandırmaq olar. Gələcək nəsillər, yəni balaca balalarımız  bu kitabı vərəqləyərkən Zəfər tariximizi daha yaxından öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.

Tədbir məktəblilərin hazırladığı musiqi, şeir və rəqs kompazisiyaları ilə davam edib.

Qeyd edək ki, “Bizim böyük Qələbəmiz” adlı kitab Bakı Şəhəri İcra Hakimiyyətinin Vətən müharibəsinə həsr etdiyi dördüncü kitabdır. Bu proses rayonlarda da uğurla davam etdirilir. (Report)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO