Şəhid əsgər sabah Zərdabda dəfn olunacaq
Bu gün səhər 7 radələrində Azərbaycan – Ermənistan döyüş sərhədinin təmas xəttində şəhid ilan DSX-nin əsgəri, 19 yaşlı İsmayıl Ələmşah oğlu Vəliyev sabah-səhər saat 11-də ailəsinin məskunlaşdığı Zərdab rayonunun mərkəzindəki qəbristanlıqda dəfn ediləcək.
Rakus.az xəbər verir ki, hazırda şəhid əsgərin nəşi Məhkəmə Tibb, Ekspertizası və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində ekspertiza edilib və yaxın dəqiqələrdə ailəsinə təhvil verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininKəlbəcər rayon şöbəsindən aldığımız məlumata görə, şəhid əsgər İsmayıl Vəliyev Kəlbəcərin Mollabayramlı kəndindən olan Vəliyevlər ailəsinin ilk övladı olub. O hərbi xidmətə 2019-cu ilin oktyabr ayında yollanıb. Onun özündən kiçik bir qardaşı və bir bacısı var.
Allah rəhmət etsin.