skip to Main Content
Gündəm 25.11.2021 16:04

Şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılışı olub - FOTO - VİDEO

Noyabrın 25-də Müşfiqabad qəbiristanlığında şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılış mərasimi keçirilib.

Rakus.az ölkə mediasının tədbirlə bağlı hazırladığı reportajları təqdim edir.

xxx

AzTv

Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsini əbədiləşdirmək üçün bulaq istifadəyə verilib.

Şəhidin qardaşı Əsgər İbrahimov bildirib ki, bulağın məhz bu gün açılması təsadüfi deyil, çünki 25 noyabr Kəlbəcərin işğaldan azad olunduğu gündür: “Məhərrəm İbrahimov da Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışovla minaya düşərək şəhid olub”.

Çıxış edənlər Məhərrəm İbrahimov ilə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən və jurnalist fəaliyyətindən söz açıblar. İnformasiya müharibəsində ön sıralarda olan Məhərrəm İbrahimov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

xxx

“Report” xəbər verir ki, tədbirdə mərhum jurnalistin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.

Açılış mərasimində çıxış edən şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov bildirib ki, bu gün Kəlbəcərin işğaldan azad olunduğu gündür: “Hava şəraitinin də soyuq keçməsi Kəlbəcəri xatırladır. Məhz bu cür gündə Kəlbəcərdə şəhid olmuş jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılışını edirik”.

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Məhərrəm İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.

Ölümündən sonra Məhərrəm İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Loading video


xxx

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr edilmiş bulağın açılışı olub. Xatirə bulağının açılışı münasibətilə keçirilən mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, media nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyətin təmsilçiləri, AZƏRTAC-ın əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov mərasimdə çıxış edərək vurğulayıb ki, xatirə bulağının açılışı Məhərrəmin şəhid olduğu Kəlbəcər rayonunun erməni işğalından azad edildiyi gündə keçirilir: “Məhərrəm Göyçə mahalının Ardanış kəndində doğulub. O, həmişə işğal altındakı torpaqlarımızın azad edilməsini, doğma kəndimizi görməyi arzulayırdı. Tale elə gətirdi ki, Məhərrəm doğulduğu kənddən cəmi 50 kilometr məsafədə yerləşən Kəlbəcər rayonunun Susuzluq kəndində şəhidlik zirvəsinə ucaldı. Biz bütün şəhidlərimizlə qürur duyuruq. Məhz şəhid və qazilərimizin qəhrəmanlığı, vətənpərvərliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Bizə Zəfər hissi yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, eləcə də qəhrəman Ordumuza minnətdarıq”.

O, Məhərrəmin xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirib.

Məhərrəmin bacısı Sevda Əsgərova qardaşının Vətən uğrunda şəhid olması ilə fəxr etdiyini vurğulayaraq deyib: “Məhərrəm çox ağıllı, mehriban və mədəni oğlan idi. Məhərrəm və Sirac xidməti vəzifələrini yerinə yetirərkən şəhid oldular. Onların xatirəsinə göstərilən yüksək diqqətə görə Prezidentimizə minnətdarıq. Biz əminik ki, Məhərrəm və Siracın xatirəsi daim qəlblərdə yaşayacaq”.

Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, şəhid operator Sirac Abışovun qardaşı Şirzad Abışov, media nümayəndələri Məhərrəm İbrahimov ilə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən, vətənpərvərliyindən və peşəkar jurnalist kimi nümunəvi fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Məhərrəm İbrahimov və çəkiliş qrupunun digər üzvləri işğaldan azad olunmuş ərazilərimizi qarış-qarış gəzərək oradan xəbərlər hazırlamaqla erməni vandalizminin dəhşətli izlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılması kimi çətin və məsuliyyətli vəzifəni yüksək peşəkarlıqla yerinə yetirirdilər. Məhərrəm İbrahimov jurnalist fəaliyyəti boyunca hərbi müxbir kimi daim cəbhə bölgəsindən, həm də digər ərazilərdən reportajlar hazırlayaraq informasiya müharibəsində qabaqcıl sıralarda olub.

Çıxış edənlər, həmçinin ötən il sentyabrın 27-də başlayan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğulayıblar.

Mərasimdə şagirdlər, o cümlədən şəhid Məhərrəm İbrahimovun oğulları Uğur və Toğrul vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin iyunun 4-də saat 11 radələrində rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Onların xidmətləri dövlətimizin başçısı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib, ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər. Şəhid jurnalistlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

xxx

Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə bulağının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, açılış mərasimində mərhum jurnalistin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri olmuş Məhərrəm İbrahimovun xatirə bulağının açılışına gələnlər şəhidin məzarı üstünə gül dəstələri düzüblər.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə çəkiliş edən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonu, Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər xəsarət alıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

xxx

Noyabrın 25-də Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr edilmiş bulağın açılışı olub.

SİA xəbər verir ki, xatirə bulağının açılışı münasibətilə keçirilən mərasimdə media nümayəndələri, şəhidin ailə üzvləri və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Şəhid jurnalistin ailə üzvü, qardaşı Əsgər İbrahimov mərasimdə çıxış edərək xatirə bulağının Məhərrəm İbrahimovun şəhidlik zirvəsinə ucaldığı Kəlbəcər rayonunun erməni işğalından azad olunduğu gün – noyabrın 25-də keçirildiyini vurğulayıb. O, qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirib.

Mərasimdə çıxış edənlər ötən il sentyabrın 27-də başlayan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğulayıblar.

Mərasimdə müxbir Məhərrəm İbrahimovun nümunəvi xidməti fəaliyyətindən, vətənpərvərliyindən və fədakarlığından danışılıb. Çıxış edənlər Məhərrəm İbrahimov ilə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən və peşəkar jurnalist kimi nümunəvi fəaliyyətindən söz açıblar.

Qeyd olunub ki, Məhərrəm İbrahimov və çəkiliş qrupunun digər üzvləri işğaldan azad olunmuş ərazilərimizi qarış-qarış gəzərək oradan xəbərlər hazırlamaqla erməni vandalizminin dəhşətli izlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılması kimi çətin və məsuliyyətli vəzifəni yüksək peşəkarlıqla yerinə yetirirdilər.

Məhərrəm İbrahimov jurnalist fəaliyyəti boyunca hərbi müxbir kimi daim cəbhə bölgəsindən, həm də digər ərazilərdən reportajlar hazırlayaraq informasiya müharibəsində qabaqcıl sıralarda olub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin iyunun 4-də saat 11 radələrində rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Onların xidmətləri dövlət başçısı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib, ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər. Şəhid jurnalistlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

xxx

Bu gün Müşfiqabad qəbiristanlığında şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılış mərasimi keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbirdə mərhum jurnalistin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.

Açılış mərasimində çıxış edən şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov bildirib ki, bu gün Kəlbəcərin işğaldan azad olunduğu gündür: “Hava şəraitinin də soyuq keçməsi Kəlbəcəri xatırladır. Məhz bu cür gündə Kəlbəcərdə şəhid olmuş jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılışını edirik”.

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Məhərrəm İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.

Ölümündən sonra Məhərrəm İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

xxx

BAKI, 25 noyabr — Sputnik. Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə bulağının açılış mərasimi keçirilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, açılış mərasimində mərhum jurnalistin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri olmuş Məhərrəm İbrahimovun xatirə bulağının açılışına gələnlər şəhidin məzarı üstünə gül dəstələri düzüblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə çəkiliş edən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonu, Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər xəsarət alıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
xxx
Bu gün Müşfiqabad qəbiristanlığında şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılış mərasimi keçirilib.


“Rupor” xəbər verir ki, tədbirdə mərhum jurnalistin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.Açılış mərasimində çıxış edən şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov bildirib ki, bu gün Kəlbəcərin işğaldan azad olunduğu gündür: “Hava şəraitinin də soyuq keçməsi Kəlbəcəri xatırladır. Məhz bu cür gündə Kəlbəcərdə şəhid olmuş jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılışını edirik”.Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.Məhərrəm İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.Ölümündən sonra Məhərrəm İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO
Back To Top
×Close search
Axtar