Hər ömür bir nəğmədir, dünyaya “salam” verəndən ona “əlvida” deyənə qədər bu nəğmə yazılır. Kiminin nəğməsinin ömrü qısa, kimininki uzun olur. Elə nəğmə də olur ki, o, həmişə səslənir, əbədiyyət ömrü qazanır. 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülmüş Məhərrəm İbrahimov bu dünyaya cəmi 39 il qonaq olsa da, onun ömür nəğməsi əbədi olaraq eşidiləcək…
AZƏRTAC xəbər verir ki, bu fikirlər iyulun 17-də Mətbuat Şurasında şəhid-jurnalist Məhərrəm İbrahimova həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimat mərasimində səslənib.
Mərasimdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar – Vüqar Rəhimzadə, Rizvan Nəbiyev, Azər Allahverənov, Pərvin Kərimzadə, Nigar Məmmədova uzun müddət cəbhə bölgəsinə ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs edib, bu sahədə onun göstərdiyi fədakarlıqdan danışıblar. Diqqətə çatdırılıb ki, kitabda Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə mərhum jurnalistin birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar da yer alıb və bunlar çox dolğun təsir bağışlayır.
Qeyd olunub ki, Məhərrəmin ömür nəğməsinin ilk notları Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində yazılmağa başlayıb. Tale elə gətirib ki, o, ilk dəfə addım atdığı, ayaq tutub yeridiyi, uşaqlıq illərini keçirdiyi doğma ata ocağına həsrət qalıb. Erməni quldur birləşmələrinin əsassız torpaq iddiası minlərlə soydaşımız kimi onların da ailəsinin həmin ərazilərdən qovulub çıxarılması ilə nəticələnib. Bu nisgil bütün ömrü boyu Məhərrəmin ürəyində göynərtili iz qoyub. Onun ömür nəğməsi Bakıda davam edib: ailəsi ilə birlikdə Binəqədi rayonunda məskunlaşıb. Lakin Vətən həsrəti, doğulub ilk dəfə qədəm basdığı ata yurdunun həsrəti heç vaxt onu tərk etməyib. M. Ə. Rəsulzadə qəsəbəsində 100 nömrəli orta məktəbi, sonralar Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib.
Bu nəğmənin nəqarəti AZƏRTAC Dövlət İnformasiya Agentliyində davam edib. 22 yaşında burada işə başlayan Məhərrəmin ömrünün 17 ili həmin təşkilatla bağlı olub. Ömür nəğməsinin son notları isə 2021-ci il iyunun 4-də çalınıb: həmin gün xidməti vəzifəsini yerinə yetirərkən çəkiliş qrupunun üzvləri ilə birlikdə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda tankəleyhinə minaya düşüb. Dörd il əvvəl baş verən bu faciə hərbi jurnalist Məhərrəm İbrahimovun həyat və cəbhə hekayələri kitabının başlıca mövzusudur.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, “Real TV”nin rəhbəri Mirşahin Ağayev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Əməkdar jurnalist Elşad Eyvazlı, AZƏRTAC-ın əməkdaşı Süleyman Qaradağlı erməni qəddarlığının və mina terrorunun geniş ictimaiyyətə çatdırılması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması sahəsində kitabın oynayacağı müsbət roldan bəhs ediblər.
Məhərrəmin həmyerliləri adından çıxış edən professorlar Məcid Məsimov, Məhəmməd Kərimov və başqaları jurnalist ömrünün əbədiyyət nəğməsinin ayrı-ayrı çalarlarını yada salıblar.
Mərasimin yekununda çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov iştirakçılara təşəkkür edib və minnətdarlığını çatdırıb.
Qeyd edək ki, “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının rəyçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynovdur.
xxx
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub
Mətbuat Şurasında Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib.
“Report” xəbər verir ki, jurnalist Əsgər Əlioğlunun (İbrahimov) müəllifi olduğu kitab peşə fəaliyyətini yerinə yetirərkən erməni terroru nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndi yaxınlığında tank əleyhinə minaya düşərək faciəli şəkildə həlak olan hərbi jurnalist Məhərrəm İbrahimovun ömür yoluna həsr olunub.
Qeyd edilib ki, kitabda 30 illik erməni işğalı dövründə uzun müddət cəbhəboyu zonaya ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar verən Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs olunub.
İkinci Qarabağ zəfərindən sonra Ermənistanın müharibə cinayətləri, mülki insanları hədəf alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərimizin dəhşətli mənzərəsi barədə birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar toplanıb.
Kitabın təqdimat mərasimində Milli Məclisin deputatları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin tanınmış media qurumlarının rəhbər və nümayəndələri, aparıcı media təmsilçiləri, hərbi jurnalistlər, politoloq və siyasi şərhçilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov kitab haqqında təəssüratlarını bölüşüb, hərbi jurnalist Məhərrəm İbrahimovun timsalında Vətən uğrunda canlarını qurban vermiş igidlərin qəhrəmanlıq yolundan, ermənilərin mina terrorundan, Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yoldan danışıb.
Deputat Rizvan Nəbiyev söyləyib ki, mina terroru təkcə insanların həyatına deyil, mədəni irs, ətraf üçün də ciddi təhlükədir: “Kitab Azərbaycanın üzləşdiyi mina terrorunun yerli və beynəlxalq arenada təqdimatı üçün olduqca vacib əhəmiyyətə malikdir. O əlavə edib ki, bu gün Azərbaycan əsasən öz vəsaiti hesabına minatəmizləmə işlərinin öhdəsindən gəlir: “Mətbuat Şurasında Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatında iştirak və çıxış etdim : Bu kitabda bir jurnalist ailəsinin tarixinin timsalında bütün jurnalistlərimizin işğalın nəticəsi olaraq üzləşdiyi çətinliklər öz əksini tapıb. Kitab Azərbaycanın üzləşdiyi mina terrorunun yerli və beynəlxalq arenada təqdimatı üçün olduqca vacib əhəmiyyətə malikdir. Azərbaycan ərazisinin 12-13 faizi Ermənistan tərəfindən təxminən 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq qəbul etmişdir. Bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi də qəbul olunması istiqamətində ardıcıl fəaliyyət aparılır. Azərbaycan Prezidentinin digər təşəbbüsü əsasında “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf dövlətlərin 2023-cü ildəki 15-ci görüşündə “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul edilmişdir. Beynəlxalq müstəvidə bu istiqamətdə fəaliyyətimizin davam etdirilməsi və təcrübə mübadiləsi dövlətimizin postmüharibə dövrü prioritləri sırasında qalır”.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğulayıb ki, Məhərrəm və Siracın (Sirac Abışov, Azərbaycan Televiziyasının operatoru – red.) faciəsi erməni vandalizmini dünyaya bir daha nümayiş etdirdi: “Biz bu hadisəni duyarkən bir daha əmin olduq ki, jurnalistlər öz peşə fəaliyyətini yerinə yetirmək üçün ölümün gözünə dik baxırlar. Şəhid jurnalistlərin həyatı təkcə jurnalistlər üçün deyil, bütün cəmiyyətimiz üçün də bir örnəkdir”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xatırladıb ki, Vətən müharibəsindən sonra Sirac və Məhərrəm yarım ildən çox cəbhə bölgəsində olublar: “Onlar həmin ərazilərdə bütün dağıntıları, vandalizmi toplayıb, ərsəyə gətirirdilər. Onların topladıqları faktlar o qədər çox idi ki, bir neçə belə kitaba yerləşməzdi. Onları iki dəfə geri çağırdılar ki, başqası əvəz etsin. Amma bu işi o qədər sevərək görürdülər ki, geri qayıtmağı istəmədilər. Öz həyatlarını riskə ataraq çox əhəmiyyətli reportajlar hazırladılar”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, media bütün zamanlarda hər zaman Qarabağ məsələsini diqqətdə saxlayıb.
“Hər gün Qarabağ haqqında yazılırdı. Ona görə müasir nəsil Qarabağ haqqında çox məlumatlıdır. Məhərrəm və Siracın həmyaşıdları vaxtilə Azərbaycanın yaşadığı faciələri öz gözləri ilə görüblər, öz torpaqlarından didərgin salınıb, məcburi köçkün düşüblər. Mən bu kitabın Qərbi Azərbaycanda təqdimatının keçirilməsini arzu edirəm. Çünki Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmaq haqqı var”, – o vurğulayıb.
Milli Məclisin deputatı Azər Allahverənov da çıxışı zamanı söyləyib ki, mina terroru varsa, deməli, təhlükə də var, müharibə davam edir.
Deputat Pərvin Kərimzadə isə vurğulayıb ki, jurnalistlər, Azərbaycanın bütün sahələrində çalışan hər kəs Vətənin, dövlətin maraqlarını üstün tutmalıdırlar: “Kitabda sonuncu bir şəkil var: Məhərrəmin iki övladı gözlərini yerə dikərək boynubükük durublar. Bu körpələr indi anlamaya bilərlər, amma bir gün necə qəhrəman insanın övladı olduqlarını başa düşəcəklər”.
“Real TV”nin rəhbəri, telejurnalist Mirşahin Ağayev bildirib ki, kitabların ən yaxşı xüsusiyyəti silinə bilməməsidir: “Mən çox xahiş edirəm ki, Məhərrəm İbrahimovun həyatı və fəaliyyətinə həsr edilən bu kitab Axundov Kitabxanası başda olmaqla, Azərbaycandakı bütün kitabxanalara göndərilsin”.
“Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı isə bildirib ki, kitabın ərsəyə gətirilməsi, onun gələcək nəslə ötürülməsi qəhrəmanlarımızın unudulmaması üçün böyük töhfədir.
Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib ki, kitabda Məhərrəm və Siracın simasında qəhrəmanlarımızın nümunəsi əks olunub: “Əminəm ki, hər birimiz bu kitabın təbliğini həyata keçirə bilərik. Burada əks olunanlar həm ictimai, həm də siyasi faktlardır. Mina terroru insan hüquqlarının pozulması deməkdir və biz elə bu kitabın simasında Ermənistanın mina terroruna bir daha diqqət çəkməliyik”.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, yeni dərs ilində kitabın təqdimatı fakültədə də keçiriləcək: “Jurnalistika ən təhlükəli 5 peşədən biridir. Mən şəhid jurnalistlərimizin hər ikisini tanıyırdım. Bizim üçün ağır itkidir. Amma onların müqəddəs bir missiyası var idi: erməni terrorunu sənədləşdirmək. Təəssüf ki, özləri də bu terrorun qurbanı oldular”.
Təqdimat mərasimi digər iştirakçıların çıxışları ilə davam edib.
FOTO: Samirə Həsənova – Report – 17 iyul 2025 15:41
xxx
“Jurnalist ömrünün əbədiyyət nəğməsi”
Milli jurnalistikamızın 150 illik yubileyinin ölkəmizdə ümumxalq təntəntənələri ilə qeyd edildiyi günlərdə şəhid jurnalst Məhərrəm İbrahimovun xatirəsi də ehtiramla yad edilib. Dünən Azərbaycan Mətbuat Şurasında AZƏRTAC-ın Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən mina qəzasına düşmüş əməkdaşına həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimat mərasimi keçirilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Vüqar Rəhimzadə, Rizvan Nəbiyev, Azər Allahverənov, Pərvin Kərimzadə, Nigar Məmmədova uzun müddət cəbhə bölgəsinə ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs edib, bu sahədə onun göstərdiyi fədakarlıqdan danışıblar.
Diqqətə çatdırılıb ki, kitabda Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə mərhum jurnalistin birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar da yer alıb və bunlar çox dolğun təsir bağışlayır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, “Real TV”-nin rəhbəri Mirşahin Ağayev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Əməkdar jurnalist Elşad Eyvazlı, AZƏRTAC-ın əməkdaşı Süleyman Qaradağlı erməni qəddarlığının və mina terrorunun geniş ictimaiyyətə çatdırılması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması sahəsində kitabın oynayacağı müsbət roldan bəhs ediblər.
Məhərrəmin həmyerliləri adından çıxış edən professorlar Məcid Məsimov, Məhəmməd Kərimov və başqaları qeyd ediblər ki, ölümündən sonra “Vətənə xidmətə görə” medalı ilə təltif ediliş Məhərrəm İbrahimov bu dünyaya cəmi 39 il yaşasa da, tömrü əbədiyyət yoluna qovuşdu. Lakin onun ömür nəğməsi tanıyanların qəlbində daim ehtiramla səslənəcək.
Sonda kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov iştirakçılara qədirbilənliyə və dəyərli sözlərə görə minnətdarlığını bildirib.
T.RÜSTƏMLİ –XQ – 12:03 18.07.2025
xxx
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub
Mətbuat Şurasının binasında Azərbaycan milli mətbuatının 150 illik (1875-2025) yubileyi münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib.
İqtisadiyyat.az xəbər verir ki, jurnalist Əsgər Əlioğlunun (İbrahimov) müəllifi olduğu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Aprel (2016) və Tovuz (2020) döyüşlərində, eləcə də Vətən müharibəsində (2020) hərbi jurnalist kimi informasiya savaşının ön sıralarında olan, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında peşə fəaliyyətini yerinə yetirərkən erməni terroru nəticəsində 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında tank əleyhinə minaya düşərək faciəli şəkildə həlak olan, qələmi ilə şəhadətə, şəhidlik zirvəsinə ucalan, baba taleyi yaşayaraq 40-cı qapısı bağlı qalan, hərbi jurnalist Məhərrəm Əli oğlu İbrahimovun həyat hekayəsinə və ömür yoluna həsr olunur.
Kitabda 30 illik erməni işğalı dövründə uzun müddət cəbhəboyu zonaya ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar verən Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi 2-ci Qarabağ zəfərindən sonra Ermənistanın müharibə cinayətləri, mülki insanları hədəf alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərimizin dəhşətli mənzərəsi barədə birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar toplanıb.
Kitabda Susuzluq faciəsindən sonra Azərbaycanın rəsmi orqanlarının, dövlət və hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, xarici ölkələrin Azərbaycandakı səfir və səfirliklərin, BMT, UNESCO, “Human Rights Watch”, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Jurnalistlər Federasiyası, Azərbaycanın jurnalist təşkilatları və digər qurumların ermənilərin mina terrorunu qınayan, narahatlıq bildirən rəsmi bəyanatları, başsağlıq mesajları, yerli və xarici ölkə mətbuatında dərc olunan yazılar, keçirilən tədbirlər, eləcə də Azərbaycan Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş M.İbrahimov haqqında yerli və beynəlxalq mətbuatda dərc olunan məqalələr, onun hərbi jurnalist fəaliyyətinə dair yazılar və fotolar yer alır.
Bu kitab iki əsrdən çoxdur milyonlarla azərbaycanlının qəlbinə sağalmaz yara vuran erməni vandalizminin və mina terrorunun geniş iştimaiyyətə çatdırılıması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması, jurnalistika fənninin tədris edildiyi ali və hərbi məktəblər üçün dərs vəsaiti kimi də nəzərdə tutulur.
Kitaba Milli Məclisin deputatı, diplomat, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev, yazıçı-jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov rəy veriblər.
Kitabın redaktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Zəkiyyə Kərimova, ön söz müəllifləri professor, Əməkdar jurnalist Qulu Məhərrəmli, istefada olan mayor, Əməkdar jurnalist Rəşid Faxralıdır.
“Zərdabi Nəşr” MMC-də çap edilən və texniki redaktoru araşdırmaçı Qoşqar Abduyev olan nəşr 688 səhifədən ibarətdir.
Təqdimat mərasimində Milli Məclisin deputatları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin tanınmış media qurumlarının rəhbər və nümayəndələri, aparıcı media təmsilçiləri, hərbi jurnalistlər, politoloq və siyasi şərhçilər, eləcə də ictimaiyyət nümayəndələri işrirak ediblər.
Çıxış edənlər kitab haqqında təəssuratlarını bölüşüb, hərbi jurnalist Məhərrəm İbrahimovun timsalında Vətən uğrunda canlartını qurban vermiş igidlərin qəhrəmanlıq yolundan, ermənilərin mina terrorundan, Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yoldan danışmış, jurnalistika peşəsi yolunda öz vəzifə borcunu ləyaqətlə yerinə yetirərək erməni terrorunun qurbanı olan Məhərrəm İbrahimovun və digər media təmsilçilərimizin fəaliyyətini təqdir ediblər.
Deputat Rizvan Nəbiyev söyləyib ki, kitab Azərbaycanın üzləşdiyi mina terrorunun yerli və beynəlxalq arenada təqdimatı üçün olduqca vacib əhəmiyyətə malikdir: “Azərbaycan ərazisinin 12-13 faizi Ermənistan tərəfindən təxminən 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq qəbul etmişdir. Bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi də qəbul olunması istiqamətində Azərbaycan tərəfi ardıcıl fəaliyyət aparır.Azərbaycan Prezidentinin digər təşəbbüsü əsasında “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına Tərəf dövlətlərin 2023-cü ildəki 15-ci görüşündə “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul edilmişdir. Beynəlxalq müstəvidə bu istiqamətdə fəaliyyətimizin davam etdirilməsi və təcrübə mübadiləsi dövlətimizin postmüharibə dövrü prioritləri sırasında qalır”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xatırladıb ki, Vətən müharibəsindən sonra Sirac və Məhərrəm yarım ildən çox cəbhə bölgəsində olublar: “Onlar həmin ərazilərdə bütün dağıntıları, vandalizmi toplayıb, ərsəyə gətirirdilər. Onların topladıqları faktlar o qədər çox idi ki, bir neçə belə kitaba yerləşməzdi. Onları iki dəfə geri çağırdılar ki, başqası əvəz etsin. Amma bu işi o qədər sevərək görürdülər ki, geri qayıtmağı istəmədilər. Öz həyatlarını riskə ataraq çox əhəmiyyətli reportajlar hazırladılar”.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğulayıb ki, Məhərrəm və Siracın (Sirac Abışov, Azərbaycan Televiziyasının operatoru – red.) faciəsi erməni vandalizmini dünyaya bir daha nümayiş etdirdi: “Biz bu hadisəni duyarkən bir daha əmin olduq ki, jurnalistlər öz peşə fəaliyyətini yerinə yetirmək üçün ölümün gözünə dik baxırlar. Şəhid jurnalistlərin həyatı təkcə jurnalistlər üçün deyil, bütün cəmiyyətimiz üçün də bir örnəkdir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, media bütün zamanlarda hər zaman Qarabağ məsələsini diqqətdə saxlayıb.
“Hər gün Qarabağ haqqında yazılırdı. Ona görə müasir nəsil Qarabağ haqqında çox məlumatlıdır. Məhərrəm və Siracın həmyaşıdları vaxtilə Azərbaycanın yaşadığı faciələri öz gözləri ilə görüblər, öz torpaqlarından didərgin salınıb, məcburi köçkün düşüblər. Mən bu kitabın Qərbi Azərbaycanda təqdimatının keçirilməsini arzu edirəm. Çünki Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmaq haqqı var”, – o vurğulayıb.
Milli Məclisin deputatı Azər Allahverənov da çıxışı zamanı söyləyib ki, mina terroru varsa, deməli, təhlükə də var, müharibə davam edir.
Deputat Pərvin Kərimzadə isə vurğulayıb ki, jurnalistlər, Azərbaycanın bütün sahələrində çalışan hər kəs Vətənin, dövlətin maraqlarını üstün tutmalıdırlar: “Kitabda sonuncu bir şəkil var: Məhərrəmin iki övladı gözlərini yerə dikərək boynubükük durublar. Bu körpələr indi anlamaya bilərlər, amma bir gün necə qəhrəman insanın övladı olduqlarını başa düşəcəklər”.
“Real TV”nin rəhbəri, telejurnalist Mirşahin Ağayev bildirib ki, kitabların ən yaxşı xüsusiyyəti silinə bilməməsidir: “Mən çox xahiş edirəm ki, Məhərrəm İbrahimovun həyatı və fəaliyyətinə həsr edilən bu kitab Axundov Kitabxanası başda olmaqla, Azərbaycandakı bütün kitabxanalara göndərilsin”.
“Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı isə bildirib ki, kitabın ərsəyə gətirilməsi, onun gələcək nəslə ötürülməsi qəhrəmanlarımızın unudulmaması üçün böyük töhfədir.
Təqdimat mərasimi digər iştirakçıların çıxışları ilə davam edib.
xxx
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib – FOTO
17 iyul 2025 15:47
Mətbuat Şurasında Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, jurnalist Əsgər Əlioğlunun (İbrahimov) müəllifi olduğu kitab peşə fəaliyyətini yerinə yetirərkən erməni terroru nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndi yaxınlığında tank əleyhinə minaya düşərək faciəli şəkildə həlak olan hərbi jurnalist Məhərrəm İbrahimovun ömür yoluna həsr olunub.
Qeyd edilib ki, kitabda 30 illik erməni işğalı dövründə uzun müddət cəbhəboyu zonaya ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar verən Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs olunub.
İkinci Qarabağ zəfərindən sonra Ermənistanın müharibə cinayətləri, mülki insanları hədəf alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərimizin dəhşətli mənzərəsi barədə birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar toplanıb.
Kitabın təqdimat mərasimində Milli Məclisin deputatları, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, ölkənin tanınmış media qurumlarının rəhbər və nümayəndələri, aparıcı media təmsilçiləri, hərbi jurnalistlər, politoloq və siyasi şərhçilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov kitab haqqında təəssüratlarını bölüşüb, hərbi jurnalist Məhərrəm İbrahimovun timsalında Vətən uğrunda canlarını qurban vermiş igidlərin qəhrəmanlıq yolundan, ermənilərin mina terrorundan, Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yoldan danışıb.
Deputat Rizvan Nəbiyev söyləyib ki, mina terroru təkcə insanların həyatına deyil, mədəni irs, ətraf üçün də ciddi təhlükədir: “Kitab Azərbaycanın üzləşdiyi mina terrorunun yerli və beynəlxalq arenada təqdimatı üçün olduqca vacib əhəmiyyətə malikdir. O əlavə edib ki, bu gün Azərbaycan əsasən öz vəsaiti hesabına minatəmizləmə işlərinin öhdəsindən gəlir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğulayıb ki, Məhərrəm və Siracın (Sirac Abışov, Azərbaycan Televiziyasının operatoru – red.) faciəsi erməni vandalizmini dünyaya bir daha nümayiş etdirdi: “Biz bu hadisəni duyarkən bir daha əmin olduq ki, jurnalistlər öz peşə fəaliyyətini yerinə yetirmək üçün ölümün gözünə dik baxırlar. Şəhid jurnalistlərin həyatı təkcə jurnalistlər üçün deyil, bütün cəmiyyətimiz üçün də bir örnəkdir”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli xatırladıb ki, Vətən müharibəsindən sonra Sirac və Məhərrəm yarım ildən çox cəbhə bölgəsində olublar: “Onlar həmin ərazilərdə bütün dağıntıları, vandalizmi toplayıb, ərsəyə gətirirdilər. Onların topladıqları faktlar o qədər çox idi ki, bir neçə belə kitaba yerləşməzdi. Onları iki dəfə geri çağırdılar ki, başqası əvəz etsin. Amma bu işi o qədər sevərək görürdülər ki, geri qayıtmağı istəmədilər. Öz həyatlarını riskə ataraq çox əhəmiyyətli reportajlar hazırladılar”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, media bütün zamanlarda hər zaman Qarabağ məsələsini diqqətdə saxlayıb.
“Hər gün Qarabağ haqqında yazılırdı. Ona görə müasir nəsil Qarabağ haqqında çox məlumatlıdır. Məhərrəm və Siracın həmyaşıdları vaxtilə Azərbaycanın yaşadığı faciələri öz gözləri ilə görüblər, öz torpaqlarından didərgin salınıb, məcburi köçkün düşüblər. Mən bu kitabın Qərbi Azərbaycanda təqdimatının keçirilməsini arzu edirəm. Çünki Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtmaq haqqı var”, – o vurğulayıb.
Milli Məclisin deputatı Azər Allahverənov da çıxışı zamanı söyləyib ki, mina terroru varsa, deməli, təhlükə də var, müharibə davam edir.
Deputat Pərvin Kərimzadə isə vurğulayıb ki, jurnalistlər, Azərbaycanın bütün sahələrində çalışan hər kəs Vətənin, dövlətin maraqlarını üstün tutmalıdırlar: “Kitabda sonuncu bir şəkil var: Məhərrəmin iki övladı gözlərini yerə dikərək boynubükük durublar. Bu körpələr indi anlamaya bilərlər, amma bir gün necə qəhrəman insanın övladı olduqlarını başa düşəcəklər”.
“Real TV”nin rəhbəri, telejurnalist Mirşahin Ağayev bildirib ki, kitabların ən yaxşı xüsusiyyəti silinə bilməməsidir: “Mən çox xahiş edirəm ki, Məhərrəm İbrahimovun həyatı və fəaliyyətinə həsr edilən bu kitab Axundov Kitabxanası başda olmaqla, Azərbaycandakı bütün kitabxanalara göndərilsin”.
“Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı isə bildirib ki, kitabın ərsəyə gətirilməsi, onun gələcək nəslə ötürülməsi qəhrəmanlarımızın unudulmaması üçün böyük töhfədir.
Təqdimat mərasimi digər iştirakçıların çıxışları ilə davam edib.
xxx
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı KEÇİRİLDİ – FOTO
Jurnalist Əsgər Əlioğlunun müəllifi olduğu, şəhid qardaşı Məhərrəm İbrahimov haqqında yazdığı “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurasında təşkil olunub.
Təqdimat mərasimində Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəsmiləri, televiziya və sayt rəhbərləri, eyni zamanda media nümayəndələri iştirak ediblər.
Tədbirdə başda Məhərrəm İbrahimov olmaqla peşə fəaliyyətini icra edərkən həyatını itirən jurnalistlərin xatirəsi anılıb, eyni zamanda mina təhlükəsinin doğurduğu fəsadlara diqqət çəkilib.
Çıxış edənlər bildiriblər ki, jurnalistlər azad edilmiş ərazilərdə informasiya cəbhəsində ön sırada canı-qanı bahasına mübarizə aparan peşə sahibləridir. Həmçinin mina təhlükəsinin yalnız insan həyatına deyil, mədəni irsimizə və tarixi abidələrə vurduğu zərər də vurğulanıb.
Bildirilib ki, minalanmış ərazilər bərpa prosesini ləngidir, həmçinin regionun sosial, iqtisadi və mədəni dirçəlişinə ciddi əngəl yaradır.
Çıxışlarda beynəlxalq ictimaiyyətin bu məsələyə daha geniş diqqət ayırmasının vacibliyi qeyd olunub və jurnalistlərin təhlükəli şəraitdə fəaliyyətini işıqlandıran mexanizmlərin gücləndirilməsi təklif edilib.
Nəsimi Ələsgərli, Samir Məcidov
xxx
Şəhid-jurnalist Məhərrəm İbrahimova həsr olunan kitabın təqdimatı keçirildi
BAKI, 17 iyul. TELEQRAF
Hər ömür bir nəğmədir, dünyaya “salam” verəndən ona “əlvida” deyənə qədər bu nəğmə yazılır. Kiminin nəğməsinin ömrü qısa, kimininki uzun olur. Elə nəğmə də olur ki, o, həmişə səslənir, əbədiyyət ömrü qazanır. 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalına layiq görülmüş Məhərrəm İbrahimov bu dünyada cəmi 39 il qonaq olsa da, onun ömür nəğməsi əbədi olaraq eşidiləcək…
Teleqraf xəbər verir ki, bu fikirlər iyulun 17-də Mətbuat Şurasında şəhid-jurnalist Məhərrəm İbrahimova həsr olunan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimat mərasimində səslənib.
Mərasimdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar – Vüqar Rəhimzadə, Rizvan Nəbiyev, Azər Allahverənov, Pərvin Kərimzadə, Nigar Məmmədova uzun müddət cəbhə bölgəsinə ezamiyyətlərə gedən, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil olunan təlimlərdə iştirak edən, 44 günlük müharibə zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs edib, bu sahədə onun göstərdiyi fədakarlıqdan danışıblar. Diqqətə çatdırılıb ki, kitabda Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə mərhum jurnalistin birbaşa hadisə yerindən hazırladığı materiallar, informasiyalar da yer alıb və bunlar çox dolğun təsir bağışlayır.
Qeyd olunub ki, Məhərrəmin ömür nəğməsinin ilk notları Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində yazılmağa başlayıb. Tale elə gətirib ki, o, ilk dəfə addım atdığı, ayaq tutub yeridiyi, uşaqlıq illərini keçirdiyi doğma ata ocağına həsrət qalıb. Erməni quldur birləşmələrinin əsassız torpaq iddiası minlərlə soydaşımız kimi onların da ailəsinin həmin ərazilərdən qovulub çıxarılması ilə nəticələnib. Bu nisgil bütün ömrü boyu Məhərrəmin ürəyində göynərtili iz qoyub. Onun ömür nəğməsi Bakıda davam edib: ailəsi ilə birlikdə Binəqədi rayonunda məskunlaşıb. Lakin Vətən həsrəti, doğulub ilk dəfə qədəm basdığı ata yurdunun həsrəti heç vaxt onu tərk etməyib. M. Ə. Rəsulzadə qəsəbəsində 100 nömrəli orta məktəbi, sonralar Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib.
Bu nəğmənin nəqarəti AZƏRTAC Dövlət İnformasiya Agentliyində davam edib. 22 yaşında burada işə başlayan Məhərrəmin ömrünün 17 ili həmin təşkilatla bağlı olub. Ömür nəğməsinin son notları isə 2021-ci il iyunun 4-də çalınıb: həmin gün xidməti vəzifəsini yerinə yetirərkən çəkiliş qrupunun üzvləri ilə birlikdə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda tankəleyhinə minaya düşüb. Dörd il əvvəl baş verən bu faciə hərbi jurnalist Məhərrəm İbrahimovun həyat və cəbhə hekayələri kitabının başlıca mövzusudur.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, “Real TV”nin rəhbəri Mirşahin Ağayev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Əməkdar jurnalist Elşad Eyvazlı, AZƏRTAC-ın əməkdaşı Süleyman Qaradağlı erməni qəddarlığının və mina terrorunun geniş ictimaiyyətə çatdırılması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşması sahəsində kitabın oynayacağı müsbət roldan bəhs ediblər.
Məhərrəmin həmyerliləri adından çıxış edən professorlar Məcid Məsimov, Məhəmməd Kərimov və başqaları jurnalist ömrünün əbədiyyət nəğməsinin ayrı-ayrı çalarlarını yada salıblar.
Mərasimin yekununda çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov iştirakçılara təşəkkür edib və minnətdarlığını çatdırıb.
Qeyd edək ki, “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının rəyçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynovdur.
xxx
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub
7 İyul 2025, 18:32
Mətbuat Şurasının binasında Azərbaycan milli mətbuatının 150 illik (1875-2025) yubileyi münasibətilə şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib.
Operativ Media xəbər verir ki, jurnalist Əsgər Əlioğlunun (İbrahimov) müəllifi olduğu “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Aprel (2016) və Tovuz (2020) döyüşlərində, eləcə də Vətən müharibəsində (2020) hərbi jurnalist kimi informasiya savaşının ön sıralarında olan, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında peşə fəaliyyətini yerinə yetirərkən erməni terroru nəticəsində 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında tank əleyhinə minaya düşərək faciəli şəkildə həlak olan, qələmi ilə şəhadətə, şəhidlik zirvəsinə ucalan, baba taleyi yaşayaraq 40-cı qapısı bağlı qalan, hərbi jurnalist Məhərrəm Əli oğlu İbrahimovun həyat hekayəsinə və ömür yoluna həsr olunur.