Sosial 31.01.2020 18:04

Səkkiz saat döyülən qadının göz yaşları - VİDEO

ARB TV-də yayımlanan “Ona qalsa” proqramında 12 ildir oğlunu görə bilmədiyini deyən müğənni Dana Durdana daha sonra “Elgizlə izlə” verilişinə qatılaraq şəxsi həyatı barədə dəhşətli faktları açıqlayıb.

Rakus.az xəbər verir ki, o, özündən 13 yaş böyük dayısı oğlu Vahid adlı şəxslə evləndiyini söyləyib: “Anam 9 yaşında dünyasını dəyişib, xərçəng xəstəsi idi. Bizi isə atam böyüdüb. O, anamdan sonra ailə həyatı qurmayıb. Üç uşaq idik, Sumqayıtda yaşayırdıq. Həyat yoldaşımla aramızda 13 yaş fərq var idi. Anamın yasında dayımın xanımı bacımı oğluna almaq istədiyini dedi. Onda bacım cavab verdi ki, ona qardaş kimi baxıram. Daha sonra mənim böyüməyimi gözlədilər. Toyun səhəri qayınanam dedi ki, mən heyf çıxmaq üçün səni oğluma aldım. 5 uşağın doğulsa belə, sizi boşatdıracam. Buna səbəb o idi ki, dayım xanımı ilə ayrılmışdı.

Bir müddət Rusiyada yaşadıq, sonra Azərbaycana qayıtdım. Uşaq dünyaya gəldi, ayrılmağa məcbur oldum. Evimizə gəldim, atam qoymadı, dedi ki, ərinin evinə qayıt. 17 yaşımda evləndiyim üçün nikah bağlanmamışdı. Atamın tələbi ilə nikah bağladım. Atam rəhmətə getdi, sonra mən də ayrıldım”.

Müğənni bildirib ki, həyat yoldaşının ailəsinə baldızının həyat yoldaşı kömək edir:  “Ailənin rəhbəri baldımızın əridir, onun sözü keçir! Sumqayıtda imkanlı şəxslərdən biridir. Oğlumun mayda 16 yaşı olacaq. Heç görüşmürük. İlk ayrılan vaxt uşağı mənə verdilər.  Həm rəfiqəm, həm də dayəm Sənubər adlı xanım idi. Bu zaman uşaq atasını görmək istəyirdi. Mən də Dərbənddə restoranda çıxış etməli idim. 1 həftə orda olub qayıdacaqdım. Uşağı atasına verdim, sonra dedim ki, Sənubər xanımla görüşüb ona qaytararsan. Rəsmi ayrılmamışdıq, düşündüm ki, uşağımın atasıdır, övladını görmə haqqı var. Uşağı özümlə Dağıstana apara bilmirdim. Çünki bütün sənədləri əlimdən almışdılar, etibarnamə yox idi. Atası uşağı əvvəlcə dayəyə verir, lakin uşaq ağlayır, atasını qucaqlayır. Atası da deyib ki, olar uşağa iki gün anam baxsın, sonra qaytararıq. Belə bir şərtlə götürülüb. Bundan sonra baldızım Sənubər xanıma mesaj yazıb ki, uşağı qaytarmayacaqlar. Hadisəni eşidən kimi depressiyaya düşdüm, ayaqlarım məndən imtina etdi, beyin təzyiqi keçirdim. Onlar güclü idilər. Sumqayıt məhkəməsinə gəldim, ordakılar mənə güldülər. 12 il bundan öncə olan söhbətdir. Baldızımın həyat yoldaşı ortada idi. Ərim isə Rusiyaya getmişdi. Qayınanam oğlu Rusiyadan buna pul göndərsin deyə mənim övladımdan istifadə edir”.

 

D.Durdana söyləyib ki, onu ərinin ailəsinin istəyilə yarıçılpaq döyərək kameraya çəkiblər: “Övladımı əlimdən almaq üçün arqumentləri yox idi. Dedilər ki, müğənnidir, əxlaqsızdır. Məhkəmə üçün əsas fakt deyildi. Bir il sonra, 2009-cu ildə Əziz adlı musiqiçinin əli ilə Dərbənddə məni evdən çıxarıb səhərə qədər döydülər. Kimsəsiz bir qadın idim. Yarıçılpaq halda 8 saat kişilər tərəfindən döyüldüm və bunu videoya çəkdilər. Həmin videolardan birini uşağın atasına göndəriblər. O da bütün zavodda videonu göstərərək bildirib ki, bu qadın əxlaqsızdır. Bir il boyunca insanlar küçədə mənə içki şüşəsi atırdılar. Videoda artıq heç nə yox idi. Sadəcə, döyürdülər. Günahı olan şəxsləri həbs etdirmək üçün vuruşmağa başladım. O vaxtlar prokuror İzzət Nyazoviç idi, indi baş prokurordu. Mənə köməklik etdi. Bir il ərzində onlar tutulandan sonra sənədləri toplayıb Sumqayıtda məhkəməyə təqdim etməli idim. Çünki uşağın atası həmin videonu məhkəməyə təqdim etmişdi ki, guya, əxlaqsızlıqla məşğul oluram”.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO