“Ölkəmizin milli texnologiyasının Qarabağ məsələsinin həllində rol oynaması bizim üçün çox böyük bir şərəfdir”.
Rakus.az xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin Baş direktoru Səlçuk Bayraktar “InnoWeek – Innovasiyalar Həftəsi” çərçivəsində baş tutan beynəlxalq onlayn tədbirdə deyib.
“Qarabağ məsələsi gənclik illərimizdən bəri içimizdə bir yara idi. Lakin Azərbaycan ordusunun böyük səyi ilə bu yaraya son qoyuldu.
Bu zəfərin əsl sahibi şəhidlərimizin ruhunu şad etmək istəyirəm. Eşq olsun türk ordularına, Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, – o bildirib.