Siyasi 22.05.2024 22:54

Şəmşəddində ruslara qarşı etirazların səbəbi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin uydurma yollarla sahib çıxmağa çalışdığı Şəmşəddin rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Şəmşəddin niyə Berd adlandlırılıb?” adlı süjetdə tarixi saxtalaşdıran və özlərinə aid olmayanı mənimsəyən ermənilərin Cənubi Qafqazla bağlı xüsusi işğalçılıq planı həyata keçirməsindən, məhz Çar Rusiyasının havadarlığı ilə icra olunan plan əsasında bu bölgədə Azərbaycan torpaqları üzərində süni Ermənistan dövlət qurulmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Şəmşəddil mahalı ərazisində yerləşən rayon ərazisi  Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Mərkəzi Tovuzqala kəndi kimi tanınıb və bu ad Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. Bu toponim şəmşəddinli türk etnonimi əsasında əmələ gəlib. Şəmşəddinli etnoniminin qızılbaşların zülqədar tayfasına aid olduğu göstərilir.

Qeyd olunur ki, I Pyotrun Cənubi Qafqazla bağlı işğalçılıq planına uyğun olaraq Rusiya imperiyası 1801-ci ildə əsrlər boyu yalnız türklərin yaşadığı tarixi Azərbaycan ərazisi olan Qazax, Borçalı və Şəmşəddin sultanlıqlarını ilhaq edib. 1828-1840-cı illərdə rus komendantları tərəfindən idarə edilən Şəmşəddin ərazisi 1844-cü ildə Gəncə qəzasının tərkibində Gürcüstan-İmeretiya quberniyasına tabe olub və Rusiyanın ixtiyarında qalıb. Bu ərazilərə Türkiyə və İrandan gəlmə ermənilər yerləşdirilib.

Diqqətə çatdırılır ki, Şəmşəddin inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1946-cı ildə kənd ermənicə Berd adlandırılıb. Burada yaşayan oğuz türkləri zaman-zaman sıxışdırılıb çıxarılaraq bu ərazi tamamilə erməniləşdirilib, zaman-zaman rayon üzrə 10-dan çox tarixi yer adları dəyişdirilib.

Nəhayət, 1995-ci ildə mərkəzi İcevan şəhəri olan Tavuş mərzliyi yaradılıb. Azərbaycan və Gürcüstanla sərhəddə yerləşən mərzliyə Şəmşəddin, yəni Berd, Karvansara, yəni İcevan, Barana, yəni Noyemberyan rayonları və Dilican şəhərinin əraziləri daxil edilib.

Sonda vurğulanır ki, yaddaşlarda qədim oğuz yurdu kimi qalan  Şəmşəddin rayonu da adı dəyişdirilərək izi itirilən qədim türk yurdu siyahısına daxildir: “Ancaq gec və ya tez qiymətli təbii sərvətləri, münbit aran və dağətəyi torpaqları, yaşıl meşələri, soyuq bulaqları və  çayları olan bu məkan öz doğma adlarına və sahiblərinə qovuşacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 22-də   saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO