Siyasi 09.09.2020 23:00

Separatçılar arasında artan gərginlik – işğalçılığı təsdiqlənən Ermənistan – TƏHLİL - FOTO

“Torpaq bərk olanda öküz öküzdən görər”. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal altında saxlamaq Ermənistan və havadarları üçün gündən-günə çətinləşir. İş o yerə çatıb ki, Ermənistan hakimiyyəti Livandan qaçqın düşən ermənilərin mal-mülkünə və puluna möhtac qalıb. Rəsmi Yerevan özünü himayədar və humanist göstərmək üçün Ermənistana sərmayə qoyacaq Livandan olan ermənilərin vergidən azad edilməsi barədə qanun qəbul etməyə hazırlaşır. Bunun yerli iş adamlarının narazılığına səbəb olacağı istisna edilmir. Çünki belə bir qanunun qəbul olunması iş adamları arasında ayrı-seçkilik yaradacaq.
Separatçılar arasında artan gərginlik - işğalçılığı təsdiqlənən Ermənistan

Nikol Paşinyan hökumətinin iş adamlarının ovuna çıxması, onları “bizimkilərə” və “onlara” bölməsi artıq etirazlar yaradır. Məsələn, iş adamı Mqer Sedrakyana qarşı ittiham irəli sürülüb. Ancaq Samvel Aleksanyan adlı başqa bir iş adamı üçün növbəti güzəşt tətbiq edilir. Ermənistan KİV-i onu “hökumətin sevimlisi” adlandırır. Müxalifət nümayəndələri isə ölkədə sosial-iqtisadi vəziyyətin ağır olması ilə bağlı çıxışlar edirlər.

Bu günlərdə Paşinyan Tavuş vilayətinin Azərbaycanla sərhədyanı kəndlərinə səfər edib. O, əhalinin üzləşdiyi ağır sosial problemlərin həllindən, bu istiqamətdə görülən işlərdən danışmaqdansa, sakinlərə “ruhani dərsi” keçib: “Əsas məsələ dolanışığın deyil, ruhun kasıb olmamasıdır. Qalib xalq qalib yaşamağa başlamalıdır. Bu masanın və ciblərin dolu olması bağlı deyil”.

Ermənistanda hakimiyyətin bölüşdürülməsi sahəsində də problem həllini tapmayıb. Baş nazir Nikol Paşinyanla prezident Armen Sarkisyan arasında nüfuz mübarizəsi davam edir. Konstitusiya Məhkəməsi sədrliyinə prezidentin irəli sürdüyü namizədin paşinyançı parlament tərəfindən qəbul edilməməsi buna əyani sübutdur.

Yerevandakı gərginlik özünü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçıların başçıları arasında da göstərir. Silah qaçaqmalçılığına görə əvvəllər azadlıqdan məhrum edilmiş Samvel Babayan (“təhlükəsizlik şurasının katibi”) bölgədəki “lderinin” nəzarətindən çıxır. Eləcə də Masis Mailyan (“XİN başçısı”), “hərbçilərin komandirləri” hər kəs öz oyununu oynayır. Babayanla Mailyan arasında ədavət çoxdan var. Sonuncu “seçki” adlı qurama tədbirdə Samvel Masisi dəstəkləməkdən imtina etmişdi. İkinci bu heyfi onda qoymaq istəmir. Ona görə də yeri düşən kimi Babayanın gözdən düşməsi üçün ən adi hadisədən istifadə edir. “Hərbçilərin komandirləri” isə birmənalı olaraq Yerevana bağlı qüvvə sayılmır. Separatçıların başçısı Araik Arutyunyan Yerevanla Moskva arasında vurnuxur.

Yeri gəlmişkən, bir müddət əvvəl Qarabağdakı erməni icması arasında rus dilinin tədris saatının artırılması barədə məlumat yayılmışdı. Paşinyan və komandası işğal altında olan torpaqlar özünü hakim kimi göstərməyə, münasibətlərdə isə separatçıları “tərəf olaraq” təqdim etməyə səy edir. Separatçıların başçılarının hərəsinin müxtəlif havaya oynaması rəsmi Yerevanın iddia və istəklərini kölgədə qoyur. Qarabağda bu dəstənin öz arasında münaqişəsindən Ermənistan hakimiyyətinin narahat olmasına dair məlumatlar yayılıb. Xəbərdə bildirilib ki, Babayan Ermənistanla “Qarabağ” arasında “qarşılıqlı hərbi yardıma dair” “müqavilənin” “bağlanmasına qarşı çıxıb”. O, Qarabağdakı erməni icmasının gəncləri ilə görüşdə bildirib: “Biz kiminlə hərbi ittifaqa dair müaqavilə imzalayırıq? Burada nə var, hamısı erməni ordusunundur. Nədir, Ermənistan öz-özü ilə müqavilə imzalayır?” Bu xəbər Qarabağda ermənicə KİV-də yayılıb. Ancaq Ermənistandan zəng edildikdən sonra xəbər bütün informasiya vasitələrindən yığışdırılıb.

Əslində Samvel Babayanın bu bəyanatı Ermənistanın, onların himayədarları və havadarlarının Qarabağdakı “müdafiə qüvvələri” barədə uydurmaları dağıdır. Bununla da işğal altında olan Azərbaycan torpaqlarındakı bütün hərbçilərin və texnikanın Ermənistana məxsus olduğu bir daha təsdiqlənir. Samvel bununla həm də Ermənistanın işğalçı olduğunu da bəyan edib.

Beləliklə, Nikol Paşinyanın, arvadı Anna Akopyanın, Armen Sarkisyanın Qarabağa səfərləri heç də rəsmi Yerevanın separatçılar arasında böyük nüfuzunun olması demək deyil. Bu, heç Qarabağı işğal altında Ermənistanın saxladığı anlamına da gəlməz. Belə davranış ermənilərin daha böyük faciələrə sürüklənəcəyindən xəbər verir.

…Hadisələrə əsasən belə qənaətə gəlmək olar ki, Qarabağda separatçılar arasında ciddi fikir ayrılığı var, Yerevan isə bunun öhdəsindən gəlməkdə çətinlik çəkir.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO