Şərab için qəfil ölümdən xilas olun – MƏSLƏHƏT
Şərabın faydaları ilə bağlı yeni araşdırma aparılıb.
Rakus.az xəbər verir ki, Britaniya alimlərinin təhqiqatlarına görə, normal qaydada şərab qəbulu yaşlılar üçün çox faydalı bir təcrübə ola bilər.
Şərab diabetin inkişafına qarşı bir qoruyucu sayılır. Eyni zamanda ürək-damar sistemi xəstəliklərindən qəfil ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Bununla yanaşı hesab olunur ki, alkoqolun qəbulu tam nəzarətdə olmalıdır. Məsələn, gənclər gündə 2 stəkan şərab qəbul edərsə, 65 yaşdan sonra bu, bir stəkanla məhdudlaşmalıdır. Mütəxəsislər alkoqolun insan ömrünü uzatması üçün bir vasitə kimi istifadə edilməsi ilə bağlı onun bütün təsir aspektlərini dərindən öyrənməyə çalışırlar. Və bildirirlər ki, şərab qəfil ölümdən də qoruya bilər.
Amma istənilən halda alkoqollu içkilərdən sui-istifadə etmək birmənalı şəkildə qəbul edilmir, nəzarətsiz qaydada içki qəbulu ciddi xəstəliklərin inkişaf riskini artırır, həmçinin ümumi vəziyyəti xeyli pisləşdirir.