Sosial 19.06.2019 18:39

Serbiya Prezidenti Azərbaycan alimlərini qəbul etdi - FOTO

İyunun 18-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayevin başçılıq etdiyi Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib.

Rakus.az xəbər verir ki, görüşdə iki ölkənin ali məktəbləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi məsələlərinə toxunulub.

Serbiya dövlətinin başçısı ötən ilin mayında açılışında iştirak etdiyi ADU nəzdində Serb Dili və Mədəniyyəti Mərkəzinin səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib. O, serb alimlərinin 20-dən çox əsərinin Azərbaycan dilinə tərcüməsinə və nəşrinə görə Azərbaycanın elmi mərkəzlərinə və nəşriyyatlarına təşəkkür edərək deyib: “Xalqlarımızı məhz belə səylər və əməkdaşlığın real nəticələri birləşdirir”.
Xatırladaq ki, həmin vaxt A.Vuçiçə ADU-nun fəxri doktoru adı verilib.

Akademik Kamal Abdullayev bildirib ki, hazırda 30-dan çox azərbaycanlı tələbə mərkəzdə serb dilini öyrənir və serb mədəniyyəti sahəsində elmi araşdırmalar aparır. O, həmçinin Belqrad Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətindən razı qaldığını bildirib. Alim Serbiya dövlətinin başçısını beşillik fəaliyyət planının işlənib hazırlanması üçün hər tərəfdən 5 ekspertin iştirakı ilə komissiyanın yaradılması barədə iki mərkəz arasında əldə olunmuş razılaşma, habelə iki universitet arasında aspirant və doktorant mübadiləsi proqramının işə salınması barədə məlumatlandırıb.

Prezident A.Vuçiç söhbət əsnasında regionun xəritəsində Azərbaycanın son dərəcə əlverişli geosiyasi mövqedə yerləşdiyini qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib və onun beynəlxalq hüquq normaları çərçivəsində tezliklə bərpa olunmasını arzu edib. O, azərbaycanlı həmkarı, Prezident İlham Əliyev haqqında xoş sözlər söyləyərək, onun dünya arenasında öz xalqının maraqlarını güdən siyasi lider kimi çox xarizmatik şəxsiyyət olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov Azərbaycan nümayəndə heyətinin tərkibində görüşdə iştirak ediblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO