Mədəni
25.09.2019
16:10
Sərdar Əliyev – 70: Ümidlərlə baş-başa…
Bu yaxınlarda əlimə bir kitab düşdü.”Mən Yandım, Sən Tükəndin”. Kitabı oxuduqca həm sevinir, həm də təəccüblənirdim. Sevinirdim ona görə ki, müəllifi- 40 ildən artıq ədliyyə və prokurorluq orqanlarında çalışmış,hazırda təqaüddə olan baş ədliyyə müşaviri Sərdar Əliyevi 1985-ci ildən tanıyıram. O zaman Respublika prokuroru olan İlyas İsmayılovun 18 mart 1985-ci il tarixli əmri ilə mən Cəlilabad, Sərdar Əliyev isə Bakı şəhəri Orconikidze (indiki Sutaxanı) rayon prokuroru vəzifəsinə təyin edilmişdik. Həmin vaxtdan başlayaraq xoş və səmimi münasibətlərimiz bu günə kimi davam edir. Üzündən təbəssüm əskik olmayan Sərdar müəllim işgüzarlığı,peşəsini dərindən bilməsi,insanlarla mədəni rəftarı və qanunun aliliyini hər şeydən üstün tutması nəticəsində işlədiyi bütün vəzifələrin öhdəsindən bacarıqla gəlmiş,cəmiyyətdə hörmət və nüfuz sahibi olmuşdur. Təəccüblənirdim ona görə ki,şeirlər,bayatılar,qəzəllər esselər, hikmətli sözlər toplanmış bu kitabı oxuduqca,şair, publisist Sərdarın sanki hüquqşünas Sərdarı üstələdiyini görürdüm. Aparıcı xəttini yaradana bağlılıq və ana məhəbbəti təşkil edən,300 səhifəlik kitabda Allahın adı 166 dəfə, bir o qədər də ana kəlməsi işlədilir. Şair təkcə ananı səmimiyyətlə vəsf etməklə kifayətlənmir, həm də onu bütün varlığı ilə duyur və başa düşür. Anaya həsr etdiyi şeirlərinin birində son günlərini yaşamaqda olan anaya xitabən yazır:
Gecələr yatmayanda,
nəfəsin çatmayanda
Güc toplayıb dediyin
sözün bu oldu ,ana:
“Sənə mən qurban olum”.
Və yaxud anasızlığın nisgilini şair belə təsvir edir:
…Anam,unutma ki,
bu dünyada
bir uşaq qoyub getmisən.
Şair “Ömürdən pay verin siz analara” rədifli şeirində də müdrik insan kimi gənç nəslə ana- bala münasibətləri haqqında nəsihətlər verir,nümunə göstərir. İnsanın anaya bütün yaş dövrlərində möhtac olması Sərdar müəllimin “Ölürəm” adlı şeirində daha qabarıq şəkildə göstərilir:
…Anamı çağırın,anamı,
Məni oxşayb ağlasın.
Sonra özü
gözlərimi bağlasın.
Şairin ana ucalığını göstərən misralarından birini də oxuculara diqqətinə çatdırmaq istəyirəm:
Ölümünlə qorxuzma,fələk,sən məni,
Ölümlə anama qovuşacağam.
Sərdar müəllim bir şeirində isə Allaha bağlılığını belə ifadə edir:
Çox şükür,Allahım,çox şükür Sənə,
Şükr etmək qəlbimin ibadətidir.
Xəyalım yanından deyildir uzaq,
Qəbul et duamı ziyarətimdir.
Poeziyanın dili ilə təkəbbürlü insanlara müraciəti də maraqlıdır Sərdarın.
Tanrıdan yuxarıda deyilsən,insan,
Sən də mənim kimi ona bir qulsan.
Sərdar müəllimin kitabındakı müdrik sözlər və deyimlər də ibrətamizdir.Pula hərislik tarix boyu iyrənc əməllərdən hesab olunub.Sərdar müəllimin bu barədə deyimi olduqca orijinaldır:”Pul-zəmanənin ədalət ilahəsinin üstünə atdığı elə bir fahişədir ki,zaman ona aludə olduqdan sonra kişiliyini itirmişdir”.Onun nəsihətlərində də özünəməxsusluq vardır.”Ədəblə dinləmək də, kamil danışmaq kimi hünər tələb edir”.
Və yaxud “Yaltaqlıq arxa qapıdan keçmək üçün nərdivandır”.”Danışıb gülməyə nə var ki,dərdə şərikolmağa,gərək ürəyin olsun”.
Ailə, ər-arvad münasibəti barədədə də Sərdar müəllimin lakonik deyimləri vardır:
Kişi var qadına ərdir,kişi var quldur,nökərdir.
Qadın var güldür,şəkərdir,qadın var acı zəhərdir.
Sərdar müəllimin məhəbbət şeirləri əsl gənclik ruhu ilə yazılıb.
Açıldı haqq qapısı,
Dayan!Sən açma,bağla,
Sakitcə dur yanımda,
Qoy mən ölüm ,sən ağla!
Və yaxud cavanlıq ehtirası ilə yazdığı aşağıdakı misralara diqqət edək.
Dodaqların bir cüt yaqut parəsi,
Baxışında min bir dərdin çarəsi.
Tellərin düzümü Tanrı ayəsi,
Onu necə gəldi sərmə,günahdı.
Yaxud:
Düşüb sinən üstə qara tellərin,
Onları üstündən yana at, gülüm.
Səhər mehi əndamını üşütsə,
Mənə sığın,mənə bürün yat,gülüm.
Sairin məhəbbətə münasibəti də maraqlıdır:
Söylə,ey gözəl yar, məhəbbət nədir?
Gəncliyin əlində bir piyalədir.
xxx
Sənin atəşində yansam,usanmam,
Pərvanə günahkar sanarmı şəmi?
xxx
Qızıl gül tikanlıdır,
Sevən qəlb hicranlıdır.
Əyildim ətrin duyam,
Dedilər nişanlıdır.
Yuxarıda qeyd etdiyim kimi, mənə elə gəlir ki, sair Sərdar hüquqşünas Sərdarı öz sehirli aləminə salıb. Və elə bu sehirin gücüdür ki, sair həyata, insanlığa, anaya, məhəbbətə həsr etdiyi şeirlərində heç kəsə bənzəməmyə, necə deyərlər, öz yolu ilə getməyə çalışır. Ədəbi yaradıcılıqda öz yolu olanları isə qədirbilən oxucular daha çox sevir və dəyərləndirirlər. Uzun illər boyu dostluq etdiyim hüquqşünas Sərdarın bundan sonra da şair kimi böyük yaradıcılıq uğurları qazanacağına inanıram. Ömrün müdrüklük çağını yaşayan dostumun 27 sentyabr 2019-cu ildə 70 yaşı tamam olur. Əslində bu qeydlərimi onun yubileyi münasibətilə qələmə almağı özümə borc bildim. Ona uzun ömür,can sağlığı və yaradıcılıq uğurları arzu edirəm. Qoy heç zaman ömür yollarında tələsməsin , heç bir ilahi qüvvədə onu tələsdirməsin və bundan sonrakı ömrünü də ümidlərlə baş-başa yaşasın. Özünün də bir şeirində dediyi kimi: Əcəlimlə görüşməyə Ümidlər yubatdı məni…
Ələmdar Məmmədov
(Olimpiyadunyasi.com)
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Gündəm, Hərbi
/
25.06.2022
15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi
/
17.06.2022
13:55
Elm və təhsil, Gündəm, Siyasi
/
13.06.2022
11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat
/
05.06.2022
17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat
/
05.06.2022
15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm
/
04.06.2022
14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat
/
04.06.2022
13:29
Mətbuat
/
04.06.2022
10:00
Gündəm, Siyasi
/
01.06.2022
07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil
/
27.05.2022
13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil
/
09.05.2022
10:38
Elm və təhsil
/
04.05.2022
18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir
Mətbuat, Siyasi
/
02.05.2022
13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat
/
01.05.2022
18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat
/
01.05.2022
14:31
Gündəm, Mədəni
/
29.04.2022
10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi
/
28.04.2022
17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat
/
27.04.2022
11:04
Gündəm, Mətbuat
/
26.04.2022
14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat
/
16.04.2022
15:16
Hərbi, Mətbuat, Video müsahibə
/
16.04.2022
12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə
/
16.04.2022
11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat
/
16.04.2022
09:00
Müsahibə, Mətbuat
/
15.04.2022
16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat
/
15.04.2022
14:14
Hərbi, Mətbuat
/
15.04.2022
13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO