İqtisadi 04.12.2019 16:55

“Sərmayənin milliləşməsi üçün milli resurslar yaradılmalıdır” – Elvin Abbasov

“Ölkəmizdən hər ay milyonlarla pulun xaricə axması ciddi narahatlıq yaratmaqdadır. Milli sərmayənin bu yolla ölkədən çıxması, vətəndaş olaraq bizdə məsuliyyət hissini daha da alovlandırır”. 

Rakus.az xəbər verir ki, bunu Azərbaycanda milli internet resurslarına maraq yaratmaq məqsədi ilə 2015-ci ildən bəri mətbuata açıqlamalar verən iş adamı Elvin Abbasov deyib.

Bu istiqamətdə dövlətin müvafiq qurumları İKT şirkətləri ilə birgə çalışmalı olduqlarını söyləyən Abbasov deyib: “Dünyada ən böyük maliyyə mənbəyinə çevrilən internet gəlirləri, xüsusilə də sosial şəbəkələr üzərindən axan milyonlar bizi bu istiqamətə diqqətləri cəlb etməyə vadar edir. Təkcə milli sosial şəbəkə olaraq deyil, milli resurslara dövlət qayğısının göstərilməsini də arzulayırıq. Çünki yaşadığımız dövr “internet çağı” adlanır. Hər ölkənin özünəməxsus milli resursları var. Biz sərmayənin milliləşməsi üçün milli resurslar yaratmalıyıq.”

E.Abbasovun fikrincə, internet istifadəsi ölkə daxilində nə qədər çox olarsa, internet qiymətləri də eyni nisbətdə ucuzlaşar. O qeyd edib ki, bu vətəndaşların büdcəsinə fayda gətirəcək, yəni milli resurslardan həm vətəndaşlar, həm də dövlətimiz qazanc əldə edəcək.

“Bu istiqamətdə milli brendlər yaratmalı, mütəxəssis formalaşdırmalıyıq. Yerli mütəxəssislərin yaratdıqları məhsulların milli brend halına gəlməsi və onların qlobal səviyyədə tanıdılması ölkə üçün həm prestij, həm də üstünlük gətirəcək. Facebook və digər sosial şəbəkələrə reklam məqsədi ilə milyonlarla vəsait xərclənir. İstər sərmayənin milliləşməsi yolunda, istərsə də milli resursların həm brend halına gəlməsi, həm də qiymətlərə təsiri baxımından düşünsək, hər bir Azərbaycan vətəndaşının şüurlu olaraq milli resursları istifadə etməsinin ölkə adına yararlı olacağını anlarıq. Buraya təhlükəsizlik, gizlilik, milli-mənəvi, əxlaqi dəyərlərin qorunması və s. kimi sahələri də əlavə etmək mümkündür. Geniş perspektivdən baxdığımızda, bizim hər birimiz fərdi şəkildə milli resursların istifadəsini təbliğ etməliyik. Bu mənada Almaniyanın, ölkəsindən qazandığı gəlirin vergisini ödəmədiyi üçün Facebook-u məhkəməyə verməsi, Rusiyanın öz sosial şəbəkələrini yaratması və ya Çinin digər ölkələrə məxsus şəbəkələrə qapılarını bağlaması iqtisadi və milli təhlükəsizlik maraqlarının qorunmasına istiqamətlənmiş addımlardır. Bunun üçün də yerli internet resuslarının inkişafı və milli sərmayənin ölkə daxilindəki fəaliyyətinin tənzimlənməsi bu günümüz və gələcəyimiz adına vacib bir məsələdir”, – iş adamı bildirib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO