Mədəni 10.04.2020 21:33

“Səs uşaqlar”ın final mərhələsinin vaxtı dəyişdirildi

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində pandemiya səbəbilə kütləvi tədbirlərin təxirə salınması və ya vaxtının dəyişdirilməsi çağırışına əsasən İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra layihələrin efir vaxtlarında dəyişiklik edib. Belə ki, İTV-nin sevilən mahnı müsabiqəsi “Səs uşaqlar” layihəsinin aprel ayında canlı olaraq yayımlanması nəzərdə tutulan final turunun da vaxtı sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib.

Rakus.az xəbər verir ki, İTV-dən verilən məlumata görə, final mərhələsi yaxınlaşdığı üçün yüzlərlə musiqi həvəskarı “Səs uşaqlar” şousunda tamaşaçı qismində iştirak etmək üçün kanala müraciətlər edib. Lakin ölkədə aparılan sosial izolyasiya tədbirləri ilə bağlı insanların sağlamlığını düşünərək qurum rəhbərliyi tərəfindən kütləvi auditoriyalı verilişlərin format və vaxtlarında dəyişiklik edilib. Final mərhələsinin keçirilmə tarixi karantin rejimi ləğv edildikdən sonra təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, İTV 2019-cu ildə “Talpa Global B.V” ilə müqavilə imzalayaraq dünyada milyonlarla tamaşaçı auditoriyası olan məşhur “Səs” (The voice) mahnı müsabiqəsinin Azərbaycanda yayım hüququ lisenziyasını əldə edib. Müsabiqəyə ilk olaraq uşaqlarla “Səs uşaqlar” adı ilə start verilib. Verilişin komandası Azərbaycanın bölgələrində və Bakıda 400-dən çox uşağın kastinqini təşkil edib, kastinqdən keçən iştirakçılar “görmədən seçimlər” mərhələsində ustadlara öz istedadlarını nümayiş etdiriblər. Üç ustadın seçdiyi 45 nəfərin qarşıdurmasından 15 iştirakçı növbəti mərhələyə keçə bilib, həmin mərhələnin yekunu olaraq isə 6 nəfər layihənin finalında iştirak etmək hüququ qazanıb.

İctimai Televiziya “Səs uşaqlar”ın final turundan dərhal sonra “Səs” mahnı müsabiqəsinin böyüklər üçün nəzərdə tutulan layihəsinə start verəcək və bu məqsədlə seçim turları keçirəcək.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO