Səudiyyə Ərəbistanı regionda müharibə istəmir – TƏHLİL
Səudiyyə Ərəbistanı regionda müharibəyə yol verilməməsi tərəfdarı olduğunu bəyan etsə də, ötən həftə neft obyektlərinə qarşı hücumlara cavab verməyə hazır olduğunu bildirib.
Rakus.az xəbər verir ki, rəsmi Əl-Riyad İrana indi topun onun sahəsində olduğunu bildirib.
Səudiyyə Ərəbistanı iki neft qurğusuna qarşı hücuma görə İranın dəstəklədiyii husiləri günahlandırır. İki gün əvvəl isə Birləşmiş Ərəb Əmirlikləri sahillərində Səuidiyyənin neft tankerləri təxribara məruz qalıb.
İran bu hadisələrin heç birində əli olmadığını deyir.
Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından bəri demək olar ki, hər gün üsyançılar və onların müttəfiqlərinə qarşı hücumlar həyata keçirir.
Hökumətin nəzarətində olan Saudi Aramco şirkəti bildirib ki, dronlar ciddi dağıntıya səbəb olmasa da, boru kəmərləri təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanıb.
Husilərin sözçüsü Məhəmməd Əbdel-Salam hücumların Səudiyyə krallığına “təcavüzə son qoy” mesajı mahiyyəti daşıdığını bildirib. O deyib ki, beynəlxalq ictimaiyyət husi kimi qruplara müqavimət göstərməlidir.
Son hücumlar Yaxın Şərqin əsas enerji mənbələrinin təhlükədə olduğundan xəbər verir.