Sevilin ərə getməsi yalan çıxdı - FOTO
Müğənnilər Sevil və Sevinc Səfərovaların ailəsində xoş gün yaşanması xəbəri yalan çıxdı.
Onlar toy xəbərinin yalan olduğunu iddia ediblər:”Səhər-səhər bizi yuxudan gözəl xəbərlə oyadıblar. Sən demə, Sevilin toyu olub. Amma bu xasiyyətlə səni çətin kimsə ala, Seva. Allah ağzınızdan eşitsin. İnşallah, doğru olsun. O iş adamı kimdirsə, deyin, karantində ailəyə baxsın. Kimdirsə, onu mənə çağırın gəlsin”.
Xatırladaq ki, ifaçının ərə getmə xəbərini “Qafqazinfo” saytı yazmışdı. Bildirilmişdi ki, Sevilin qısa müddət əvvəl nikahı baş tutub. O, naxçıvanlı iş adamı ilə münasibətini rəsmiləşdirib. Nikah mərasimi əkizlərin evində baş tutub. Tədbirdə cütlüyün ailə üzvləri, ən yaxın dostları iştirak edib. Onlar bu xəbəri ictimaiyyətdən gizli saxlayıblar. Xüsusi karantin rejimi bitdikdən sonra Sevilin toy mərasiminin olacaq.