“Sevilya” itki ilə üzləşdi
Avropa Liqasının qrup mərhələsində növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək “Sevilya” itki ilə üzləşib.
Rakus.az xəbər verir ki, komandanın kapitanı Xesus Navas sıradan çıxıb.
34 yaşlı müdafiəçi La Liqanın 14-cü turunda ötən gecə “Valyadolid”lə görüşdə zədələnib. Matçın 89-cu dəqiqəsində ayaq əzələsində ağrılar hiss edən futbolçu əvəzlənməli olub.
Komandanın baş məşqçisi Xulen Lopeteqi oyundan sonra keçirilən mətbuat konfransında Navasın durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini deyib: “Oyundan sonra futbolçu ilə danışdım. Navas özünü yaxşı hiss etdiyini bildirdi”.
İspaniyalı futbolçunun “Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.
Xatırladaq ki, noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. (qol.az)