Mədəni 13.11.2019 10:38

Şimali Karolinada milli musiqimizi təbliğ edən azərbaycanlı xanım - FOTO

Adət və ənənələrimizə çox bağlı insandır. Uzun illər Amerikada yaşamasına baxmayaraq, milli kimliyini hələ də itirməyib. Əsl azərbaycanlı xanımına xas olan görkəmi, mədəniyyəti, davranışı onu daha da möhtəşəm göstərir. Son dərəcə duyğusal və romantik bir xarekterə malikdir. İntuisiyası güclü olduğundan olacaqları öncədən hiss edə bilir. İncə ruha sahibdir, gözəllikdən zövq almağı bacarır. Həssas musiqi duyumu ilə yanaşı, məlahətli səsi də var…
…Atası Ramiz Rəhimov uzun illər Bakıda inşaatçı-mühəndis kimi çalışıb. Anası Tamella Əhmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal şöbəsində müəllim işləyib…
Haqqında söhbət açdığım Renara Rəhimova Bakı şəhərində dünyaya gəlib. 8-ci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. 1988-1992-ci illərdə indiki Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil alaraq piano müəllimi ixtisasına yiyələnib.
1992-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında əvvəlcə piano və vokal sənəti üzrə bakalavr, 1997-1999-cu illərdə isə vokal üzrə magistr dərəcələrinə yüksəlib.
1999-2005-ci illərdə 23 və 35 nömrəli musiqi məktəblərində müəllim, eyni zamanda 2002-ci ilədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrda solist, 2001-2005-ci illərdə isə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsertmeystr-vokalist kimi çalışıb. 2005-ci ildən Şimali Karolina ştatının High Point şəhərində yaşayır…

…Ömür-gün yoldaşı Həsən Həsənov şirkətlərin birində keyfiyyət üzrə mühəndis vəzifəsində işləyir. Steven adında bir oğlu var. Steven 10 yaşındadır…

Renara xanım ABŞ-da məskunlaşandan sonra yaratdığı studiyada fərdi piano dərsləri keçməklə yanaşı, yəhudilərin sinaqoqunda fəaliyyət göstərən kvartetdə solist kimi də çalışır. 2018-ci ildən isə High Point şəhər St. Marys music Akademy-asında vokalist və pianoçu tələbələrə pianonun sirlərini tədris edir. Eyni zamanda sinfonik kopellanın solistidir. Bir sıra beynəlxalq müsabiqələrdə iştirak edərək, finala çıxa bilib. Bir neçə dəfə solo konsertləri baş tutub…

Solo konsertlərində Qara Qarayevin, Fikrət Əmirovun bəstələrini tez-tez ifa edən bu xanım, həm də yağlı boya ilə rəsm çəkməyi xoşlayır. Gül-çiçək əkib becərməkdən zövq alır. Mütaliə etməkdən yorulmur. O qədər mərhəmətlidir ki, imkansız ailələrdən olan uşaqları da unutmur, onlara pianodan təmənnasız dərs keçir. İndiyədək neçə-neçə istedadlı şagirdinin qocalar evlərində solo konsertini təşkil edib…

Arzuları böyükdür. İstəyir ki, Qarabağ tezliklə işğaldan azad olsun. Ölkəmizdə sülh və əminamanlıq hökm sürsün. Oğlu Stevenə yüksək təhsil verib, onu əsl azərbaycanlı kimi böyütsün…

Ömrünün ən şirin, qayğısız çağlarını Azərbaycanda keçdiyini dilə gətirir. Müəllimlərini- Lütfiyar İmanovu, Gülcahan Əhmədova-Martınovanı, Abram Neymanı, Naira Həsənovanı xatırlayıb kövrəlir.

Deyir ki,- “Amerika möhtəşəm ölkədir. Dünyanın hər yerindən insanlar axışıb gəlir. İstərdim ki, azərbaycanlıların da sayı artsın. Və bütün dünya xalqları bizim necə istedadlı, bacarıqlı millət olduğumuzun şahidi olsun”…

Elman Eldaroğlu,
[email protected]

Elman Eldaroğlu adlı şəxsin şəkli.Elman Eldaroğlu adlı şəxsin şəkli.Elman Eldaroğlu adlı şəxsin şəkli.Elman Eldaroğlu adlı şəxsin şəkli.Elman Eldaroğlu adlı şəxsin şəkli.Elman Eldaroğlu adlı şəxsin şəkli.Elman Eldaroğlu adlı şəxsin şəkli.Elman Eldaroğlu adlı şəxsin şəkli.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO