Şimali Koreyanın raket sınağı – ABŞ-ın dialoq siyasəti – TƏHLİL - FOTO
Şimali Koreya daha bir balistik raketsınağı keçirərək, ABŞ prezidenti Donald Trampa ABŞ-Cənubi Koreyanın birgə hərbi təlimləri başa çatandan sonra bu cür sınaqlar keçirməyəcəyinə dair sözünü pozub.
Rakus.az xəbər verir ki, D.Tramp Şimali Koreyanın ən son sınaqlarının sözün tutulmaması kimi qəbul etmir. ABŞ lideri G-7 sammitinə yola düşmədən öncə deyib: “Şimali Koreya lideri Kim Çen In mənimlə açıq danışıb….O, raketləri sınaqdan keçirməyi sevir, amma biz heç bir zaman qısa-mənzilli raketləri məhdudlaşdırmamışıq”.
Yaponiya höküməti ilk olaraq sınaq barədə xəbər verib. Bir neçə dəqiqə snra Cənubi Koreya ordusu sınaqğı təsdiq edib və Şimali Koreyanın raketləri Cənubi Hamqyonq vilayətindən dənizə doğru atdığını bildirib.
Qısa-mənzilli balistik raketlər olduğu güman edilən silshlar 380 kilometr məsafə qət edərək 97 kilomet hündürlüyə və Mach 6.5 sürətinə çatıb. Bu barədə Cənubi Koreyanın Birgə Qərargahlar Rəisinin bəyanatında bildirilib.
Cənubi Koreyanın Milli Təhlükəsilik Şurası fövqəladə iclasdan sonra ABŞ-la Cənubi koreyanın hərbi təlimlərinin bitməsnə rəğmən Şimali Koreyanın raketlər artmaöa davam etməsi ilə bağlı “ciddi narahatlığını” ifadə edib.
D.Tramp bu ayın əvvəli “Twitter”də yazıb ki, Şimali Koreya lideri Kim Çen In ABŞ-la Cənubi Koreyanın son hərbi təlimləri başa çatandan sonra raket atmağı dayandırmağasöz verib.
Lakin Şimali Koreya heç bir dialoqa daxil olmayıb, bunun əvəzinə Vaşinqtonla Seulu hərbi təlimlərə görə tənqid edib.
Şimali Koreyanın xarici işlər naziri Ri Yonq ABŞ-a “dialoq və münaqişəyə“ hazır olduğuna dair xəbərdarlıq edib və ABŞ-a ən böyük təhlükə olacağını vəd edib.
Şimali Koreya may ayından bəri bir neçə yeni silah sisitemini sınaqdan keçirib. Buna ABŞ və Cənubi Koreyanın raket müdafiə sistemlərindən yan keçmək ümün nəzərədə tutulan qısa-mənzili balistk raket daxildir.
ABŞ kəşfiyyat rısmilərinin KN-23 adlandırdığı raket alçaq hündürlükdə və sürətli uçur.