Maraqlı 22.04.2019 01:20

Dünyanın ən rəngarəng şəhərləri - FOTO

Yeni şəhərlər kəşf etmək, tanımadığınız küçələrdə itmək hər zaman böyük zövq verir. Xüsusilə də, həmin şəhərlər rəngli divarlara, şirin ahənglə boyanmış küçələrə sahibdirsə…

Rakus.az xəbər verir ki, dünyanın ən maraqlı və rəngli şəhərlərinin bir neçəsini təqdim edir.

Keyptaun (Cape Town), Cənubi Afrika

Malaziyadan gətirilən qulların yerləşdirildiyi və hələ də Malaziya məhəlləsi adlandırılan Keyptaundakı
Bo-Kaapın evləri göyqurşağını xatırladan mavi, sarı və neon rənglərlə əhatələnib.

XVI əsrdə bölgədə yaşayan müsəlmanların azadlıq ifadəsi olaraq meydana gələn rəngləndirmə işləri hazırda da öz parlaqlığını və canlı görüntüsünü qoruyub, saxlayır.

Caypur, Hindistan

Binaları və divarları dumanlı qızılı rəngin çalarları ilə boyanan Caypurun hekayəsi XIX əsrə gedib çıxır.

Şəhər Hindistanın İngilis Koloniyasına daxil olduğu dönəmlərdə ziyarətə gələn Qaller şahzadəsi Eduardın şərəfinə çəhrayı rəngə boyanıb və dəyişməyib.

Trinidad, Kuba

Kuba mədəniyyətini hər nə qədər Havanada doyunca izləsəniz də, Kuba tətilinizi daha da rəngləndirmək üçün bu şəhərə baş çəkməyiniz mütləqdir. XVI əsrdə İspaniya Koloniyası dönəmində inşa edilən və hələ də orijinallığını qoruyan evlər UNESCO-nun Mədəni İrs siyahısındadır.


Salvador, Braziliya

Salvador dönəminin qul bazarının mərkəzi sayılan və portuqalca “boyunduruq” mənasına gələn Pelourinho adlı məhəllə 1835-ci ildən sonra yenidən qurulmağa başlandı. Azadlıqla gələn rəngli küçələr bu bölgəni də UNESCO-nun Mədəni İrsləri sırasına yazdırdı. Salvador muzeyləri, rəqsləri və dadlı yeməkləri ilə tarixi mərkəzdir.

Şaven, Mərakeş

Mərakeşin şimal-qərbində yerləşən Şaven şəhərinin mavi rəngə boyanmasının səbəbləri barədə müxtəlif versiyalar gəzir. Yəhudi inancından gələn və “tekhelet” adı verilən boya ilə rənglənən labirintsayağı “Mavi şəhər” səyahət edəcəyiniz şəhərlər sırasında yer almalıdır.

Nottinqhill, İngiltərə

Nottinqhill buludlu və yağışlı havası ilə məşhur olan İngiltərənin ən rəngli bölgəsi sayılır.

Kopenhagen, Danimarka

Heç bir Kopenhagen səyahəti canlı rənglərlə boyanmış binalarla əhatələnən liman Nyhavna baş çəkmədən bitirilmiş sayılmır. Xüsusilə də, yay aylarında batandan bir neçə dəqiqə sonra yenidən çıxan günəşli gecələrin dadını çıxara bilərsiniz.

Çarleston, Cənubi Karolina

1700-cü ildən bəri daxili müharibə və yenidən bərpaya rəğmən, qürurla ayaq üstdə duran şəhərin bu formaya düşməsinin səbəbi alimlərdən birinin təklifi ilə həyata keçib. Belə ki, alim sərxoş dənizçilərin evlərini asan tapmaları üçün onları fərqli rənglərə boyamasını təklif edib. Bu gün isə Çarleston ABŞ-ın cənubunda yerləşən ən populyar nöqtələrdən biridir.

Burano, İtaliya

Venesiya adası Buranonu dənizdən görmək çox asandır. Evlərin divarları qızılı və digər rənglərə boyanıb. Adadan olan bir alimin dediklərinə görə, balıqçılar evlərini mavi, qırmızı, sarı və bənövşəyi rənglərə boyayıb, buna görə də dumanlı havalarda yönlərini və evlərinin yolunu asanlıqla tapırmış. Həmin dövrlərdən qalan bu ənənə isə artıq qanuna çevrilib. Sakinlər evlərini boyamaq üçün dövlətdən icazə almaq məcburiyyətindədirlər.

Buenos-Ayres, Argentina

Riaçuelo çayının sahilində yerləşən bu bölgənin bənzərsiz görüntüsünün praktik bir açıqlaması var. Evlər yerli sexlərdəki artıq qalan materiallardan hazırlanır, artıq qalan boyalarla rənglənir. İşçi sinfinin sakinlərindən ibarət bu məhəllə dünyanın dörd bir yanından gələn turistləri qonaq edir.

Uillemstad, Curaçao

Karib dənizinin cənubunda və Venesuelanın şimalında yerləşən Hollandiya Krallığını meydana gətirən dörd ölkədən biri Curaçaonun mərkəzi Uillemstad da rəngləri ilə ziyarətçilərini ovsunlayan şəhərlərdəndir. Yerli söhbətlərə görə, 1800-cü illərdə Hollandiya Koloniyasının icraçısı ağ rəngin miqrenini artırdığını idda edib və binaların ağ rəngdən başqa bütün rənglərə boyanmasını əmr edib. Bu şəhər də UNESCO-nun Mədəni İrsləri siyahısında yer alır.

Codpur, Hindistan

Əsrarəngiz rəngləri ilə ziyarətçilərini məst edən Hindistanın Codpur şəhəri Brahma rahiblərinin özlərini yerli əhalidən ayırd etmək istəyi ilə evlərini boyamasından sonra rənglənməyə məruz qalıb. Sonrakı illərdə bu ənənəyə digər insanlar da daxil olub və ortaya mavi bir görüntü çıxıb. Hazırda isə mavi boyalardan zərərli həşəratları uzaq tutmaq və günəşli günlərdə sərinliyi artırmaq üçün istifadə olunur.

Hazırladı: Pərviz HÜSEYN

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO