Elm və təhsil 14.02.2025 10:14

Şirazi İbrahimov: “Doğulduğumuz torpaqları və ermənilərin vəhşiliklərini heç vaxt unutmadıq”

“Türkmənçay müqaviləsinin imzalanmasından sonra Qərbi Azərbaycan torpaqları rəsmən Çar Rusiyasının hakimiyyəti altına keçdi. Bu torpaqlar üçün ilk verilmiş qərar 21 mart 1828-ci ildə I Nikolayın(1825–1855) fərmanı ilə Erməni vilayətinin yaranması oldu. Hətta 1833-cü ildə bu vilayətin gerbi də qəbul olunur. İmperator I Nikolayın bu torpaqlar üçün verdiyi ən önəmli qərarlardan biri Alban kilsəsini ləğv etmək idi. Alban kilsəsini ləğv edərək həmçinin Erməni-qriqoriyan kilsəsinə müəyyən səlahiyyətlər verilir. Beləliklə, haylar bizim tarixi torpaqlarımızda məskunlaşmağa başladılar”.
Rakus.az xəbər verir ki, bu fikirləri Fact-info.az-a Qərbi Azərbaycanın Basarkeçər rayonu Nərimanlı kənd icmasının sədri, Tibb Universitetinin müəllimi Şirazi İbrahimov deyib.

 Onun sözlərinə görə, bu  hay toplumu bizim ərazilərimizdə məskunlaşdığı bu iki əsr ərzində hər zaman xalqımıza bəla gətirib: “XX əsrdə dəfələrlə azərbaycanlılar deportasiya və sürgünə məruz qalıblar. Sonuncu da 1988-ci ildə Qərbi Azərbaycandan  soydaşlarımız tarixi torpaqlarımızdan ermənilərin təzyiqi, silahlı hücumları nəticəsində didərgin salındılar”.

O, soydaşlarımızla bağlı bir neçə faktı qeyd edib: “1988-1991-ci illər qaçqınlığı zamanı Basarkeçər rayon Nərimanlı (Hüseynquluağalı) kəndində ermənilər tərəfindən  Elləzov Həsən Nəbi oğlu, Elləzov Qara Nəbi oğlu, Aliyev Safalan Yunus oğlu, Həsənov İsgəndər Bayraməli oğlu fiziki təzyiqə məruz qalıblar. Cabbarov Teymur Yusif oğlu ermənilər tərəfindən döyülmüş sonra ölmüşdür. Seyid Yunus həm döyülüb, həm də gözlərinin qarşısında evi traktorla uçurulub. Mirzəyev Xəqani Zilfalı oğlunu öldürmək məqsədi ilə avtomobilinin üzərinə yük maşını sürmüşdülər möcüzə nəticəsində sağ qalmışdı. İsmayılov Müzəffər müəllim də fiziki təzyiqlərə məruz qalıb. Qəddar ermənilərin vəhşicəsinə döydüklərindən biri də Cabbarov Nürəddin (Dəddiş) olub”.

Tibb Universitetinin müəllimi doğma Vətənin heç vaxt unudulmadığını, qayıdış ümidinin itmədiyini söyləyib: “Biz oz tarixi torpaqlarımızdan qovulsaq da, Azərbaycanda bu illər ərzində yaşasaq da,  bir an da olsa öz yurd yerlərimizi, doğulduğumuz torpaqlarımızı, həm də ermənilərin vəhşiliklərini unutmadıq.  Onu da qeyd edim ki,  Azərbaycan  Respublikası 2020-ci ilin 44 günlük müharibə nəticəsində tarixi zəfərini qazandı. İşğal altında olan torpaqlarımız, Qarabağımız azad olundu. Artıq bundan sonra bizim Qərbi Azərbaycana qayıdışımız zərurətə çevrildi. Düzdür son 30 ildə dünyaya gələn nəsil o əraziləri görməyib. Lakin hər bir azərbaycanlının Qərbi Azərbaycan qəlbində, ruhunda yaşayır. Bütün bu amillər və Azərbaycan dövlətinin qüdrətlənməsi bizim Qərbi Azərbaycana qayıdışımıza yollar açır, imkanlar yaradır”.

Ş.İbrahimov Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Nərimanlı kənd icması haqqında da danışıb: “Nərimanlı kəndinin tarixindən, yetişdirdiyi şəxsiyyətlərdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində iştirak edən, öz sahəsində fəaliyyəti ilə dövlətçiliyin daha da güclənməsinə töhfə verən, böyük uğurlar qazanan soydaşlarımız var. I Qarabağ müharibəsində Nərimanlıdan 92 nəfər iştirak edib, onlardan 19-u şəhidlik zirvəsinə ucalıb, o cümlədən şəhid Şövqiyar Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vətən müharibəsində isə 67 bizim həmyerlimiz iştirak edib, onlardan üç nəfər şəhid olub. Müharibədə iştirak edən qəhrəmanlıq nümunəsi göstərən Nərimanlı kənd sakinlərindən xeylisi  müxtəlif orden və medallarla təltif olundular”.

İcma sədri sonda vurğulayıb ki, Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndinin  yetirmələri Azərbaycanın elm və təhsil sahəsində böyük töhfələr verirlər: “Hazırda Nərimanlının yetirməsi olan 1 akademik, 10 elmlər doktoru, professor, 34 fəlsəfə doktoru, 19 dissertant  fəaliyyət göstərir. Bu gün biz bir çox sahələrdə geniş töhfələr veririk. Amma hər birimizin hədəfimiz o tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır. Biz bu istiqamətdə davamlı olaraq çalışırıq və ilahi ədalətə inanırıq”.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO