Siyavuş Novruzov ingilislərin standartlarını tənqid etdi
Böyük Britaniya şirkətləri on illərdir ki, Azərbaycanda işləyirlər. Nədənsə bu müddət ərzində Azərbaycanın “təhlükəli ölkə” olduğu yadlarına düşmürdü.
Rakus.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışında deyib.
Daha sonra deputat narazılığını bildirərək deyib ki, Azərbaycanda neft çıxaranda ölkə təhlükəli deyildi, amma “Arsenal”ın “üç oyunçusu” gələndə Azərbaycan təhlükəli zona olur?!
Qeyd edib ki, Əfqanıstana buradan yük daşıyanda təhlükə yox idi. ABŞ-a antiterror əməliyyatı üçün hava bazası verəndə təhlükə yox idi. İndi nə oldu, iki futbol komandası oyun keçirəndə hava tutulur, hava açılır? Hava şəraiti pisləşir? Sapı özümüzdən olan baltaları töküblər ora, erməni lobbisi tərəfindən beş manat pul verilir, ölkəmizin haqq işlərinin əleyhinə düzgün olmayan informasiyalar yayırlar .