Elm və təhsil 23.11.2024 22:21

“Skif mifləri və zadəgan qəbir adəti Azərbaycan xalqının inancları ilə eynidir” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qərbi skif skeletlərinin analizi varislərinin azərbaycanlılar olduğunu göstərir” adlı buraxılışda tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktor müavini Zaur Həsənov skif və sak tayfalarının Azərbaycanda məskunlaşdığını sübut edən dəlillərdən söz açır.

Onun sözlərinə görə, skiflərə aid cəmi iki yazı günümüzə gəlib çatıb: “Erkən skif sözləri tamamilə türkcədir. Herodotun 9 kitabından biri tamamilə skiflərə həsr olunub. Herodot kitabında qeyd etdiyi skif sözləri türkcədir. Skiflərin İran xalqları ilə heç bir əlaqəsi yoxdur”.

O deyib ki, “Altun adam” yazısı türk dilində, bayatı qaydasında yazılıb: “Sak tayfalarının Azərbaycanda məskunlaşdığını sübut edən dəlillər mövcuddur. Skif mifləri və zadəgan qəbir adəti Azərbaycan xalqının inancları ilə eynidir. Skif skeletlərinin genetik analizi onların varislərinin kim olduğunu müəyyən edib. Belə ki, genetik analizlərin nəticəsi skiflərin varislərinin azərbaycanlılar olduğunu sübut edib. Yəni Qərbi skif skeletlərinin analizi varislərinin azərbaycanlılar olduğunu göstərir. 105 skelet əsasında müəyyənləşib ki, şərq qrupunun varisləri qıpçaqlardır”.

Z.Həsənov sonda Herodot kitabında skiflər haqqında yazılardan, eləcə də 105 skif skeletinin genetik analizinin nəticələrindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 23-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 23.11.2024 22:21
“Skif mifləri və zadəgan qəbir adəti Azərbaycan xalqının inancları ilə eynidir” - FOTO - VİDEO
Elm və təhsil / 23.11.2024 14:16
“Erkən skif sözləri tamamilə türkcədir“ – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 22.11.2024 22:24
“Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu öldürdülər” - FOTO - VİDEO
Gündəm, Sosial / 22.11.2024 16:02
COP29-un 12-ci günü: Mavi Zona tədbirləri davam edir – YENİLƏNİR - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 22.11.2024 13:19
Mağaracıq kəndinin son şahidi – İsmixan Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Təhlil / 21.11.2024 22:34
İrəvandan Bakıya göndərilən “strateji saziş”in detalları: Nikolun planı nədir? - FOTO - VİDEO
Gündəm, Sosial / 21.11.2024 17:58
COP29-un 11-ci günü: Mavi Zona tədbirləri başlayıb – YENİLƏNİB - FOTO - VİDEO
Siyasi / 21.11.2024 13:35
Nikolun “strateji planı” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 20.11.2024 22:59
“Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar” - FOTO - VİDEO
Gündəm, Sosial / 20.11.2024 17:48
COP29-un 10-cu günü: Mavi Zona tədbirləri başlayıb – YENİLƏNİB - FOTO - VİDEO
Təhlil / 20.11.2024 15:47
Qarakənd faciəsini törədənlər cəzalandırılacaqmı? – TƏHLİL
Elm və təhsil, Siyasi / 20.11.2024 13:25
Qərbi Azərbaycanda yəhudi izi – ANONS - VİDEO
Gündəm, Siyasi / 20.11.2024 11:00
Deputat: “COP29 iqlim məsələlərinin olimpiadası hesab oluna bilər” - VİDEO
Hərbi, Siyasi / 20.11.2024 08:00
Qarakənd faciəsindən 33 il ötür - FOTO
Siyasi, Sosial / 19.11.2024 22:11
Ağcakənd, Ada, Adakut, Adamxan, Adamdərəsi, Adatəpə – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 19.11.2024 18:39
“Ermənistanda yaşayış kompleksləri kimlər üçün tikilir, azərbaycanlılar üçün deyilmi? - FOTO - VİDEO
Təhlil / 19.11.2024 17:34
Qərbin və Şimalın Cənubi Qafqazda toqquşan maraqları – TƏHLİL
Gündəm, Sosial / 19.11.2024 16:42
COP29-un doqquzuncu günü: Mavi Zonada tədbirlər davam edir - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 19.11.2024 13:27
Adatəpə – XIX əsrin əvvəllərində ləğv olunan kənd – ANONS - VİDEO
Müsahibə, Siyasi / 19.11.2024 13:09
Ermənistanda azərbaycanlılar üçün evlər tikilir? – ANONS - VİDEO
Müsahibə / 18.11.2024 21:47
“Qərbi Azərbaycan həqiqətlərini gənclərə daha çox çatdırmalıyıq” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 18.11.2024 17:46
COP29-un 8-ci günü: Mavi Zona tədbirləriYENİLƏNİR - FOTO - VİDEO
Təhlil / 18.11.2024 16:25
Paşinyan hökumətində yarpaq tökümü – TƏHLİL
Elm və təhsil / 16.11.2024 22:45
“Böyük skif mədəniyyətinin ilkin izləri Azərbaycandadır” - FOTO - VİDEO
Gündəm, Sosial / 16.11.2024 20:09
COP29-un 6-cı günü: Mavi Zona tədbirləri başa çatıb - FOTO - VİDEO
Elm və təhsil / 16.11.2024 14:53
Azərbaycanda böyük skif mədəniyyəti – ANONS - VİDEO