SOCAR yeni qurğular aldı
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin tələbatı olan qazma və təmir qurğularının Çindən Azərbaycana daşınmasına dair açıq tender elan edib.
Rakus.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, tender Çindən Azərbaycana HXJ30DBS markalı dəniz platformasında quyuların əsaslı təmiri və qazma qurğularının istehsalçı zavoddan daşınmasını nəzərdə tutur.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 22.07.2019-cı il tarixində, Bakı vaxtı ilə saat 17:30-dək Azərbaycan və ya rus dillərində təqdim olunmalıdır. Müsabiqə təklifi bir əsli və 2 surəti olmaqla 02.08.2019-cı il tarixində, Bakı vaxtı ilə saat 12:00-dək təqdim olunmalıdır.
İddiaçının müsabiqə iştirak etməsi üçün 25 min manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyutada müsabiqənin təklifi üzrə bank zəmanəti tələb olunur. İştirak haqqı heç bir halda geri qaytarılmır. Müsabiqələr üzrə iştirak haqqı ödənilərkən ödəniş tapşırığında müsabiqənin nömrəsi, iddiaçı şirkətin tam adı mütləq qeyd olunmalıdır. Əks halda edilmiş ödəniş etibarsız sayılacaq.