Son 2 ildə neft bazarında sabitlik yaranıb – TƏHLİL - FOTO
Son 2 ildə neft bazarında sabitlik yaranıb.
Rakus.az xəbər verir ki, İran və ABŞ arasındakı gərginlik artdıqca, yenilənmiş sanksiyalardan tutmuş təxribat təhlükəsi və birbaşa müharibə təhdidinə qədər hər inkişaf bir sual doğururdu – neftin qiyməti nə qədər yüksələcək?
Rakus.az xəbər verir ki, neftin qiymətinin bahalaşmasında tarixi hadisələr mühüm rol oynayıb. Xüsusən də 1990-cı ildə Körfəz müharibəsindən sonra qiymətdə uzunmüddətli artım baş verdi. Bu vəziyyət bu gün də dəyişməyib. Belə ki, “Brent” markalı xam neftin qiyməti ötən həftə İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra kəskin artdı. Lakin “qara qızıl”ın qiymətindəki sıçrayış bu həftə səngiyib.
Analitiklərin fikrincə, neftin qiymətinin əvvəlki səviyyələrə qayıtması təəccüblü deyil. Artım tempinin qısamüddətli olacağı məlum idi və qiymət artımından qısa müddət sonra satışlar artdı. İllər ərzində artan neft tədarükü “qara qızıl”ın qiymətində geosiyasi müqaviməti də artırdı.
Bazar ertəsi “Brent” neftinin bir barrelinin qiyməti 68,91 dollara, daha sonra isə ən yüksək səviyyəyə 70 dollara çatdı. Lakin çərşənbə günü neftin qiymətində 4 faiz azalma qeydə alındı, Qasım Süleymaninin ölümünün əvvəlki səviyyəsindən də aşağı düşdü.
Neftin qiymətinin əvvəlki səviyyəyə geri qayıtmasına bunun, neft tədarükünə əhəmiyyətli təsirinin olmaması səbəb oldu. Lakin ABŞ-İran gərginliyi artdıqca tədarükdə çatışmazlıqların olacağı ilə bağlı narahatlıqlar var idi. Ən böyük narahatlıq isə bölgədəki hər hansı bir qarşıdurma nəticəsində İranın dünyanın ən mühüm neft limanı olan Hörmüz Boğazını bağlaması ilə bağlı idi. Körfəz və Asiya bazarlarını birləşdirən, hər gün dünyanın xam neftinin təxminən 40 faizinin keçdiyi boğaz Oman və İran ilə həmsərhəddir.
Bütövlükdə qiymətdəki bu qısamüddətli dəyişkənlik bir daha onu göstərdi ki, neftin qiyməti artıq geosiyasi proseslərə davamlı vəziyyətə gəlib.