Təhlil 14.08.2019 23:39

SORĞU: Rusiyanın gələcəyi yoxdur – ruslar ölkəni tərk etmək istəyirlər – TƏHLİL

Qarşıdan gələn bir neçə onillik ərzində Rusiya əhalisinin sayı kəskin şəkildə azalacaq və bunun ölkə iqtisadiyyatına böyük təsiri olacaq.

Rakus.az xəbər verir ki,  ekspertlərin fikrincə, gənc və təhsilli mütəxəssislərin mühacirətinin bu tendensiyanın əsas səbəblərindən biri olduğunu deyirlər. Bu il keçirilən “Gallup” sorğusu göstərib ki, rusların beşdə biri ölkəni tərk etmək istəyir. Bu isə beş il əvvəllə müqayisədə üç dəfə çoxdur.

Dünyanın hər yerində olduğu kimi, Rusiyada da gənc və enerjili olmaq, hərəkətdə olmaq demıkdir. Lakin burada, Permdə gənclərin çoxu deyir ki, yaşadıqları natahatlıqlar onları ölkəni tərk etməyə məcbur edir: “Mən burada özümü təhlükəsiz hiss etmirəm. Mən bu ölkədə stabilliyin olmadığını düşünürəm.”

Dmitri adlı şəxs Moskvadan 1500 km. şərqdə yerləşən Perm şəhərindəki taxta zavodunda mühəndis işləyir. Onun və başqalarının ölkəni tərk ermək istəyinin səbəblərindən biri Sovet dövründə inşa edilən zavodda ayda çox az, 400-dən 600 dollara qədər maaş almalarıdır.

Bundan əvvəl digər üç vilayətdə müxtəlif şəhərlərdə yaşayan Dmitri Rusiyanın gələcəyi olmadığını düşünür: “Burada bütün sahələrdə pozuntular var. İnsan haqları və qanunlara əməl olunmur.”

Bu yaxınlarda keçirilən “Gallup” sorğusu Prezident Vladimir Putini dəstəkləyənlərdən yalnız 12 faizinin, prezidentin siyasətini dəstəkləməyənlərin isə 40 faizinin ölkəni tərk etmək istədiyini göstərib. Lakin neft və qaz sənayesinin sürətlə inkişaf etdiyi Rusiya hələ də sonsuz imkanlara malikdir.

Maksim adlı şəxs deyib: “Rusiyada qalmaq? Əlbəttə, mən burada qalmaq istəyirəm. Mən burada oxuduğum və işlədiyim üçün xoşbəxtəm.”

Maksim Permin prestijli Perm Politexnik universiyetini əla qiymətlərlə bitirib və Rusiyanın inkişaf edən yanacaq sənayesi üçün çox yaxşı kadrdır. Enerji sektoru Rusiyanın ixracının 60 faizindən çoxunu təşkil edir və bir sıra iri müəssisələr Perm bölgəsində yerləşir. Maksim ölkənin neft nəhəngi olan Lukoyl şirkətində işləyəcək. “Onlar mənə artıq iş təklif edib. Onlar məni gözləyir. Tez-tez zəng vururlar”, –  Maksim bildirir.

Lakin buraya xaricdən gələnlər bəziləri də çox razıdır.

Hani Məhəmməd Falih: “Burada təhsil və şərait çox yüksək səviyyədədir. Əgər siz Nyu-Yorkla müqayisə etsəniz, orada təhsil çox bahadır və bizim üçün şərait sərtdir.”

Universiteti bitirdikdən sonra Hani İraqa dönməyi planlaşdırır. Lakin o deyir ki, Rusiyada neft sektorunda iş tapsa, burada qala bilər: “Fürsət yaranarsa, məmnuniyyətlə burada işləyərəm.”

Uşaqlar və yeniyetmələr üçün maliyyə haqqında məşhur kitabların müəllifi Eduard Matveyev qloballaşma və internetin gənc rusların fikirlərini formalaşdırdığını deyir. “Düşünürəm ki, bu gün Rusiyadakı gənclər dünyanın heç bir yerindən fərqlənmirlər. Əvvəlki nəsillərdə olduğu kimi, onlar səyahətə vətənə xəyanət kimi baxmır. Bu, dünyanı kəşf etmək üçün normal bir proses hesab edilir. ”

Rusiya iqtisadiyyatının gəlirli sektorları istedadlı gəncləri cəlb etməyə çalışdığı bir vaxt, rusiyalı gənclər həm maddi, həm də siyasi səbəblərdən daha yaxşı gələcəyi xaricdə axtarır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO