Sosial 10.11.2024 13:41

“SOS” əməkdaşları şəhid ailələri ilə birlikdə Zəfər Parkını ziyarət edib - FOTO - VİDEO

Peşəkar mühafizə xidməti “Security Operation Services” Məhdud Məsuliyyətli Cəmiyyət (SOS) əməkdaşları şəhid ailə üzvləri ilə birlikdə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə yeni açılmış “Zəfər” parkını ziyarət ediblər.

Rakus.az xəbər verir ki, “SOS” MMC-nin Şəxsi Heyəti və kollektivi mərd mübarizlərin əziz xatirələrinə hörmət əlaməti olaraq, şəhid ailə üzvləri ilə birgə üçrəngli bayrağımızla yürüş edərək, abidə önünə əklil və gül dəstələri qoyub, xatirə şəkilləri çəkdiriblər.

Sonra tədbir bayram süfrəsi arxasında davam edib.

“Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov  tədbirə dəvət olunan qonaqları salamlayıb, iştirakçıları Zəfər bayramı münasibətilə təbrik edib. O, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Milli Ordu əsgərlərinin və şəhid olan vətəndaşlarımızın qəhrəmanlıq səlnaməsindən söz açıb, onların şücaətləri, qanı bahasına düşmən tapdağı altında qalan torpaqlarımızın işğalçılardan azad olunduğunu bildirib.

Onun sözlərinə görə, Vətənin ərazi bütövlüyü yolunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini hər zaman yad etmək hamımızın mənəvi borcudur.

Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov tədbirin təşkilatçılarına təşəkkür edib, belə tədbirlərin əhəmiyyətindn söz açıb. Onun sözlərinə görə Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq səlınaməsi, Şuşanın işqalçılardan azad olunması hünəri dünya üçün bir nümunədir və bir çox xarici ölkələr ölkəmizin hərbi təcrübəsindən faydalanmaq istəyir: “Bu, bizim üçün qürurvericidir və Ali Baş Komandanın uzaqgörən daxili və xarici siyasəti bu gün Azərbaycanımızda belə qələbələrin möhtəşəmliyi üçün əsas oldu. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı yenilməz və qəhrəman xalqdır. Bu qələbədə, Zəfər yolunda canlarını qurban vermiş hər bir oğul və qızımızın xidməti var. Onlar heç vaxt unudula bilməz və xalqımızın yaddaşında əbədi yaşayacaq. Təbii ki, onların adlarının əbədiləşdirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyir, əsgərlərimizə, qazilərimizə və müzəffər Ali Baş komandana cansağlığı arzu edirik”.

Xətai rayonu Ağsaqqalar Şurasının sədri, şəhid atası Mürvət Rüstəmov Zəfər Günü münasibətilə şəhid ailələrinə göstərdiyi diqqətə görə SOS təşkilatının rəhbərliyinə minnətdarlığını bildirib, 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsinin qələbə ilə sonlanması üçün aparılan mübarizəni Azərbaycanın şərəfli tarixi adlandırıb, Ali Baş Komandana, qazilərə cansağlığı arzulayıb, Vətən yolunda canlarını qurban vermiş şəhidlərə Allahdan rəhmət diləyib.

O deyib ki, belə müqəddəs günlərdə şəhid ailələrinin unudulmaması bizlər üçün qürurvericidir: “Çox xoşbəxtik ki, övladlarımız yağı düşmənə qarşı Vətən yolunda canlarından keçərək biz valideynlərin başını uca ediblər. Təbii ki, şəhidsiz qələbə olmur. Hər zaman Prezidentimizin ətrafında sıx birləşərək dövlətimizin daha da güclənməsi yolunda əlimizdən gələni əsirgəməyəcəyik. Bir daha tədbirin təşkilatçılarına təşəkkür edirəm”.

Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov  Azərbayacnın tarixinə nəzər salıb və bildirib ki, hər bir işin uğuru onun qoyulan təməlindən asılıdır: “Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasi xətt və diplomatiya heç vaxt sarsılmadı. Çünki bu siyasət xalqın, millətin gələcəyinə hesablanmışdı. Bu gərgin və tarixi estafeti üzərinə götürən Prezident İlham Əliyev Ümummilli Liderin müdrik siyasi kursunu davam etdirərək Zəfərə çatdırdı. Onun adı bir sərkərdə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu, hər birimiz üçün iftixar mənbəyidir. Dövlət başçımızın  Zəfər Parkının açılışında verdiyi mesajlardan revanşist qüvvələr və onların havadarları nəticə çıxarmalıdır. Çünki Azərbaycan ilə bundan sonra kimsə güc yolu ilə, hədə-qorxu ilə danışa bilməz”.

O, ölməzlik adı qazanmış şəhidlərin valideynlərinə, ailə üzvlərinə millətə, xalqa ləyaqətli övladlar bəxş etdikləri üçün təşəkkür edib və deyib ki, sizlər heç vaxt kədərli olmamalısınız: “Hər zaman başınızı uca tutmalısınız. Çünki əsrlər boyu parçalanan torpaqlarımızın bütövlüyünə məhz sizlərin övladlarının hünəri hesabına nail olundu. İstər birinci Qarabağ müharibəsində, istərsə də ikinci Qarabağ savaşında Azərbaycan jurnalistləri də hərbçilərimiz kimi fədakar fəaliyyəti ilə seçilib. Bu mənada 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlar hər kəs üçün nümunədir”.

Tədbirdə Milli Qəhraman Riad Əhmədovun bacısı, Əməkdar İncəsənət Xadimi, bəstəkar Mehriban Əhmədovanın bəstələdiyi “Mənim Xalqım” mahnısı mərhum sənətkar Aygün Bəylərin ifasında səsləndirilib.

 

 

 

 

 

 

 

 


 


 


 

 

 


XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO