Sosial sığorta üzrə qaydalar dəyişdi
Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.
Rakus.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ötən şəxsin adı, atasının adı və soyadı doğulduğu il, ay, gün və yer, cinsi, daimi qeydiyyatda olduğu yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı barədə məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, həmin məlumatlar bir ay ərzində həm də Vergilər Nazirliyinə göndəriləcək.