Müsahibə 12.01.2026 23:59

“Daşnak qırğınları soydaşlarımızı doğma yurddan didərgin salıb” - VİDEO

Bu gün Baku TV-nin “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Sumqayıt Dövlət Universitetinin professoru, Əməkdar müəllim Tamella Əhmədova olub.

O, doğulub boya-başa çatdığı Çəmbərək rayonunun Qaraqaya kəndindən söhbət açıb və bildirib ki, Qaraqaya keçmiş İrəvan quberniyasının Qazax qəzasında, Çəmbərək rayonunda kənd yaşayış məntəqəsidir. Sonralar ermənilər bu rayonun adını dəyişdirərək Krasnoselo adlandırıblar. Bu ərazi 1937-ci ilə kimi Dilican rayonunun inzibati-ərazi bölgüsünə daxil olub.

Professor T.Əhmədova deyib ki, gözəlliyinə, təbiətinə görə Qaraqaya kəndinə bənzəyən ikinci bir yaşayış məntəqəsi yoxdur. Belə ki, kənd hər tərəfdən hündür dağlarla, sıx meşəliklə əhatə olunub. Kəndin aşağı hissəsindən axan sərin sulu axar çay bu yaşayış məntəqəsinin təbiətinə əlavə gözəllik bəxş edib. Burada ilk məskunlaşma XV əsrin sonu – XVI əsrin əvvəllərinə təsadüf edir. XIX əsrdən etibarən isə Qaraqayada yaşayan Azərbaycan türklərinin sayı artmağa başlayıb. Lakin XX əsrin əvvəlində ermənilərin bütün Qərbi Azərbaycanda, o cümlədən Çəmbərək rayonu ərazisində törətdiyi qırğınlar Qaraqaya sakinlərini də doğma ata-baba yurdundan didərgin salıb. Ermənilər bu yaşayış məntəqəsində vəhşiliklər törədiblər.

Müsahibin sözlərinə görə, həmin hadisələr zamanı nənəsini – ata babasının anasını ermənilər işgəncə ilə qətlə yetirib, ardınca başını kəsiblər. Daşnak tör-töküntülərinə qarşı silahlı mübarizəyə qoşulan babası ailəsi ilə birlikdə Qaraqaya kəndini tərk etmək məcburiyyətində qalıb. Bütün bu hadisələr kəndin boşalmasına səbəb olub. Lakin zaman-zaman soydaşlarımız yenidən doğma Qaraqayaya qayıdıb burada yaşayıblar. Statistik məlumatlara görə, 1987-1991-ci illərin deportasiyasına qədər bu kənddə 350 nəfər azərbaycanlı yaşayıb. Sonuncu deportasiya zamanı həmyerlilərinin üzləşdiyi çətinliklərdən, ermənilərin onlara qarşı törətdiyi fiziki-mənəvi təzyiqlərdən danışan professor T.Əhmədova vurğulayıb ki, o dövrdə ilk olaraq Qafanda soydaşlarımıza qarşı hücumlar təşkil edilib. Sovet rəhbərliyinin laqeydliyi, eyni zamanda, həmin illərdə Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovun səriştəsizliyi, soydaşlarımızın taleyinə biganəliyi nəticəsində 300 mindən çox azərbaycanlı indiki Ermənistandan deportasiya olunub.

Alimin qənaətincə, həmin illərdə sovet totalitar rejiminin buyruq quluna çevrilən Ə.Vəzirov soydaşlarımızın Qarabağda məskunlaşmasına, bu coğrafiyada demoqrafik vəziyyətin azərbaycanlıların xeyrinə daha da artmasına, güclənməsinə imkan verməyib. Nəticədə Ermənistan xüsusi xidmət orqanlarının təsiri altında olan, Qarabağda məqsədli şəkildə yerləşdirilən millətçi ermənilərin əl-qolu açılıb. Bu siyasi səhv Qarabağda erməni separatizminin baş qaldırmasına, regionun münaqişə və müharibə ocağına çevrilməsinə də öz təsirini göstərib.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına toxunan professor T.Əhmədova soydaşlarımızda tarixi torpaqlarımıza qovuşmaqla bağlı böyük ruh yüksəkliyinin yarandığını dilə gətirib. Qeyd edib ki, Qaraqaya camaatı tarixi Vətənə qayıtmağa hazırdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə yanvarın 12-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 12.01.2026 23:59
“Daşnak qırğınları soydaşlarımızı doğma yurddan didərgin salıb” - VİDEO
Mədəni / 10.01.2026 22:37
Qərbi Azərbaycan xalçalarında gizlənən türk kosmoqoniyası - VİDEO
Siyasi, Sosial / 09.01.2026 23:11
“Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.01.2026 14:22
“İrəvanım üçün çox darıxıram” – Gülbəniz Qəmərlinskayanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 08.01.2026 23:22
“Ermənistanda seçkidən sonra azərbaycanlıların qayıdışına strat veriləcək” - VİDEO
Siyasi / 08.01.2026 14:22
Bu il Qərbi Azərbaycana qayıdışla bağlı nələr gözlənilir? – ANONS - VİDEO
Elm və təhsil / 07.01.2026 22:58
“Hay etnogenezi mifdir və süni tarixi prosesdir” - VİDEO
Elm və təhsil / 07.01.2026 14:22
Hay–erməni fərqi niyə gizlədilir? – ANONS - VİDEO
Siyasi, Sosial / 06.01.2026 23:42
Başkənd toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 06.01.2026 14:22
Ermənilər türk kəndini 4 formada necə dəyişdirdi? - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 05.01.2026 23:28
“Çəmbərək rayonunun adı bir neçə dəfə dəyişdirilib” - VİDEO
Mətbuat / 05.01.2026 10:04
Baku.ws saytının 22 yaşı tamam olur
Gündəm / 01.01.2026 00:01
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO
Siyasi, Sosial / 31.12.2025 22:19
“Vaxtilə keşişlər səlib yürüşü edirdilər, indi arvad üstündə dalaşırlar” - VİDEO
Siyasi / 31.12.2025 14:22
Ermənilər erməni olmaq istəmirlər – ANONS - VİDEO
Gündəm / 31.12.2025 00:02
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Siyasi, Sosial / 30.12.2025 23:31
Baş Abaran, Baş Abdalar, Başkənd – türk tarixinin izi - VİDEO
Elm və təhsil / 30.12.2025 16:00
Təhsil həm də ən yaxşı dostdur – tələbə adını qazanan ardanışlı gənclərlə görüş– GENİŞ HESABAT - FOTO - VİDEO
Sosial / 30.12.2025 14:22
X əsrdən yadigar qalan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 29.12.2025 23:32
“Böyük Məzrədə tarixən oğuz türkləri yaşayıb” - VİDEO
Elm və təhsil / 29.12.2025 10:20
Vəli Abduyev – 10 yaşında Fəxri Fərmana layiq görülən istedadlı övlad - FOTO
Siyasi, Sosial / 28.12.2025 17:41
Ardanış Kənd İcması Çəmbərək və Karvansara rayonlarının bayram tədbirində iştirak edib - FOTO
Maraqlı, Mədəni / 27.12.2025 23:10
Aşağı Necilidə gəlin köçən qıza niyə balış verilirdi? - VİDEO
Siyasi, Sosial / 26.12.2025 23:49
“Günlərin birində eşidəcəyik, növbəti dayanacaq Zəngəzur dəhlizidir” - VİDEO
Siyasi, Sosial / 26.12.2025 14:22
“Bakı-Noraşen” qatarı ilə kəndə gedəcəm” – Nanə Məmmədovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.12.2025 23:41
“Azərbaycanlılar Ermənistan parlamentində təmsil olunacaqlar” - VİDEO