Soyuqdəymədən tez qurtulmağın yolları
Soyuqdəymədən tez bir zamanda qurtulmağın üç asan yolu var. Bunun üçün bahalı dərmanlara ehtiyac yoxdur.
Rakus.az xəbər verir ki, bu barədə britaniyalı həkim və televiziya aparıcısı Sara Sarvis bildirib.
Onun sözlərinə görə, ilk metod mikroblara qarşı qoruyucu baryer yaradan boğaz spreyidir.
“Soyuqdəymə bədənə selikli qişalardan – əsasən ağız və burundan daxil olur. Araşdırmalar spreyin soyuqdəymə əlamətlərinin müddətini yarıya endirə biləcəyini göstərib”, – o bildirib.
İkincisi üsul kimi exinaseya bitkisinin istifadəsi göstərilib. Ancaq onun uşaqlar tərəfindən istifadəsi qadağandır.
Nəhayət, Sarvis tərkibində “C” vitamini olan ərzaqları – sitrus meyvələri, bibər, brokoli, brüssel kələmi və kartofun istifadəsini artırmağı məsləhət görüb.
Xəstəliyin yayılmaması üçün həkim tez-tez əlləri isti su və sabunla yumağı da tövsiyə edib.