Müsahibə 02.12.2024 21:41

“SSRİ dövründə 20 min km² Azərbaycan ərazisi Ermənistana qanunsuz verilib” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə olub. O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün görülən işlərdən, atılan addımlardan, keçirilən görüşlərdən söhbət açıb. Bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan, kapitulyasiya aktına imza atan işğalçı Ermənistan dövləti Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Millət vəkilinin sözlərinə görə, Ermənistan öz konstitusiyasında, digər hüquqi və siyasi aktlarda Azərbaycana, eyni zamanda Türkiyəyə qarşı yer alan ərazi iddialarından əl çəkmir, həmin sənədlərdə müvafiq dəyişikliyin edilməsini yubadır. Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması prosesinə də süni əngəllər törədir. O, hazırda bu dəhlizə nəzarət uğrunda böyük savaş getdiyini vurğulayıb. Deyib ki, bütün bu reallıqlar fonunda Ermənistanla sülh sazişinin imzalanması qeyri-mümkündür.

AMİP sədri Azərbaycanın 4 kəndinin hələ də Ermənistan işğalı altında olduğuna diqqət çəkib. Söyləyib ki,  Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara, eləcə də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndləri Azərbaycana geri qaytarılmalıdır. A.Əlizadə Ermənistan tərəfinin, eləcə də onların Qərbdəki havadarlarının köçkünlük problemi və qayıdışdan danışarkən bu hüququ müstəsna olaraq ermənilərə şamil etmələrinə də münasibət bildirib. Qeyd edib ki, ötən əsrdə bir milyondan çox soydaşımız öz ata-baba yurdundan deportasiya olunub, qaçqınlıq, didərginlik həyatı yaşamağa məhkum olunub.

Deputatın qənaətincə, Qərbi Azərbaycandan zorla qovulmuş, etnik təmizləməyə məruz qalmış soydaşlarımızın da geriyə qayıtmaq hüququ beynəlxalq təsisatlar, dünya dövlətləri tərəfindən tanınmalıdır. Bununla yanaşı, partiya sədri SSRİ dövründə 20 min kvadrat kilometr Azərbaycan ərazisinin qanunsuz olaraq Ermənistana verildiyini xatırladıb. Bildirib ki, 1918-1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, indiki müstəqil və müasir Azərbaycanın ərazisi 114 min kvadrat kilometr olmalı idi.

Deputat A.Əlizadə məktəbli illərində tətillərini Qərbi Azərbaycanda keçirdiyini də dilə gətirib. Söyləyib ki, Çəmbərək rayonunun Toxluca kəndində, Göyçə gölü ətrafında yaşadığı xoşbəxt günləri daim xatırlayır. AMİP sədri Qərbi Azərbaycana qayıdış ideyasına siyasi təşkilat olaraq verdikləri dəstəkdən də danışıb. Deyib ki, Qarabağa qayıtdığımız kimi, gec-tez Qərbi Azərbaycana da qayıdacağıq. O, bu ideyanın gerçəkləşməsi üçün həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasını, beynəlxalq məhkəmədə Ermənistana qarşı çox böyük təzminat davası açılmasını zəruri sayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 2-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO