Müsahibə 07.04.2025 22:53

“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki,  Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi qəsəbəsinin icma sədri Abbas Pənahov olub. O ata-baba yurdu haqqında geniş məlumat verib.

İcma sədri bildirib ki, Böyük Vedi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda əvvəlcə kənd yaşayış məntəqəsi, sonralar isə şəhər tipli qəsəbə olub. Müsahibin sözlərinə görə, sonradan Vedi rayonunun mərkəzinə çevrilən bu yaşayış məntəqəsinin adı 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib.

A.Pənahov söyləyib ki, Çar Rusiyası Qərbi Azərbaycanı – İrəvan xanlığını işğal etdikdən sonra bu ərazidə əhalinin, həmçinin daşınar və daşınmaz əmlakın dəqiq siyahıyaalınmasını həyata keçirib. İvan Şopen tərəfindən 1832-ci ildə aparılan bu siyahıyaalmada göstərilib ki, sözügedən kənddə 131 ailədə 799 azərbaycanlı (441 kişi, 358 qadın) və cəmi 2 ailədə 15 erməni (9 kişi, 6 qadın) yaşayıb. Həmin 15 nəfər İrəvan xanlığının Rusiya tərəfindən işğalına qədər Vedibasar mahalının bütün ərazisində yaşayan yeganə ermənilər olub. Bu faktın özü bir daha sübut edir ki, Qərbi Azərbaycanın bütün əraziləri, o cümlədən Böyük Vedi tarixən Azərbaycan türklərinin yaşadığı kənd olub.

Ötən əsrin əvvəlində Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrdən söhbət açan A.Pənahov deyib ki, 1918-ci ildə Andranik, Dro və Nijdenin rəhbərlik etdiyi silahlı erməni quldurları Vedi rayonunda dinc insanları kütləvi şəkildə qətlə yetiriblər. Bolşevik libasına bürünən daşnaklar 1920-ci ildən sonra da müxtəlif vasitələrlə soydaşlarımızı fiziki-mənəvi zorakılığa məruz qoyub, qəddarlıqla öldürüblər. 1948-1953-cü ilin deportasiyasında isə Stalinin qərarı ilə Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsi məsələsi gündəmə gəlib. O zaman dövlət xadimi Mir Cəfər Bağırovun Stalinlə birbaşa təması sayəsində soydaşlarımız Orta Asiya çöllərinə deyil, indiki Azərbaycanın müxtəlif rayonlarına köçürülüblər. Lakin bu köçürülmə prosesi də çoxsaylı insan tələfatına yol açıb, soydaşlarımıza qarşı qeyri-insani rəftarlarla müşayiət olunub.

A.Pənahov babasının, nənəsinin söylədiklərinə istinad edərək vurğulayıb ki, sovet hakimiyyəti illərində Qərbi Azərbaycandakı soydaşlarımız dövlət səviyyəsində ən müxtəlif formada ayrı-seçkiliklə üzləşiblər. Bütün bu hadisələr 1988-ci ildə Qərbi Azərbaycandakı həmvətənlərimizin ata-baba yurdlarından tamamilə deportasiyası ilə nəticələnib. Böyük Vedidən olan soydaşlarımız Bakı və Naxçıvanda məskunlaşmaq məcburiyyətində qalıblar.

Müsahib sonda qeyd edib ki, nəinki deportasiyaya məruz qalan Böyük Vedi sakinləri, hətta bu yaşayış məntəqəsini ümumiyyətlə görməyən gənclər də tarixi torpaqlarımıza qayıtmaq istəyirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 7-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti”
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib”
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO
Təhlil / 03.04.2025 13:28
Ermənistanın yeni müharibə hazırlığı – ANONS - VİDEO
İqtisadi / 03.04.2025 12:27
Bu il “İnşaat Həftəsi”ndə həyata keçiriləcək layihələr açıqlanıb
Elm və təhsil, Sosial / 02.04.2025 22:48
İslam peyğəmbərini ağır təhqir edən Nişanyanın arvadından etiraflar - VİDEO
Elm və təhsil / 02.04.2025 13:43
Yunan jurnalistin Təpəbaşı etirafları – ANONS - VİDEO
Gündəm, Hərbi / 02.04.2025 00:02
Aprel döyüşləri – Böyük Zəfərə aparan yol
Siyasi, Sosial / 01.04.2025 22:24
Artalas, Artız, Artik və Artik vəng – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 01.04.2025 18:30
“Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir” - VİDEO
Siyasi, Video müsahibə / 01.04.2025 15:10
“Almaniya Prezidentinin sosial media profilindəki paylaşım təxribat idi” - FOTO - VİDEO