Siyasi 27.03.2025 22:05

“Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Ermənistan geri çəkilmək istəməsə də, sonda Bakının tələbləri qəbul etdi” adlı süjetdə Azərbaycan və Ermənistanın sülh sazişi mətnini razılaşdırması regionun əsas hadisəsi adlandırılır.

Bildirilir ki, Avropa İttifaqının müşahidə missiyasını sərhədə yerləşdirən Ermənistan geri çəkilmək istəməsə də, sonda Bakının tələbləri İrəvanda qəbul olundu: “İndi əsas məsələ hadisələrin bundan sonrakı inkişafıdır. Ermənistan hakimiyyəti sülh sazişi mətninin indi imzalanmasına çalışır. Rəsmi İrəvanın hədəfi sülh sazişi mətnini imzalamaq və bu məsələləri gündəmdən çıxarmaqdır. Bununla bağlı Ermənistanda müxtəlif fikirlər irəli sürülür”.

Deputatlar Qarnik Danielyan, İşxan Saqatelyan, politoloq Arman Abovyan, ekspert Karen İgityanın sözlərinə görə, sülh sazişi mətni razılaşdırılsa da, Azərbaycan Ermənistan Konstitusiyanın dəyişdirilməsini əsas şərt kimi irəli sürür: “Azərbaycanın Minsk qrupunun buraxılması, Ermənistan Konstitusiyanın dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistanda (Qərbi Azərbaycanda) məskunlaşdırılması və anklavların qaytarılması tələbləri var. Bu tələblər yerinə yetiriləcək. Ermənistan parçalanacaq və Qərbi Azərbaycan qurulacaq. Bunu Paşinyan hakimiyyəti edəcək. Hakimiyyət Ermənistanı dağılmağa doğru apardığını gizlətmir.  İndi onlar Ermənistanı sökürlər və Qərbi Azərbaycanı qururlar. Proses Ermənistanda Qərbi Azərbaycan qurulana qədər davam edəcək”.

Qeyd olunur ki, Baş nazir Nikol Paşinyan yaxın vaxtlarda Minsk qrupunun buraxılması təşəbbüsü ilə çıxış edəcək və bu, rəsmi Bakının daha bir tələbinin İrəvan tərəfindən qəbul edilməsi demək olacaq.

Sonda vurğulanır ki, Ermənistan mövcud sülh gündəliyini pozmaq və sülh sazişi mətnindən kənar məsələləri arxa plana keçirmək üçün genişmiqyaslı eskalasiyaya da əl ata bilər: “Ermənistan ordusunun sərhədboyu ərazilərdə istehkamlar qazması, qoşunların cəmlənməsi də bu kontekstdə diqqət çəkir. Lakin nəticə dəyişməyəcək: rəsmi İrəvan rəsmi Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının da daxil olduğu tələblər paketini qəbul etməlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında martın 27-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 27.03.2025 22:05
“Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq” - VİDEO
Təhlil / 27.03.2025 13:58
“Ermənistan parçalanacaq? – ANONS - VİDEO
Mədəni / 27.03.2025 11:02
“Göyçə adlı bir el vardı…” - FOTO
Elm və təhsil, Sosial / 26.03.2025 22:55
“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO
Elm və təhsil / 26.03.2025 13:49
“Ərəblər Arameylər olan ərazini niyə Ərməniyyə adlandırıb?” – ANONS - VİDEO
Siyasi, Sosial / 25.03.2025 21:34
Arıqlı çay, Arıxvəli, Armaş, Arpa, Arpa dərəsi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL
Gündəm / 20.03.2025 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Elm və təhsil, Siyasi / 19.03.2025 22:32
“Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir” - FOTO - VİDEO
Elm və təhsil / 19.03.2025 14:29
“Armini ifadəsi Ərməniyyə kimi düşüb” – ANONS - VİDEO
Siyasi, Sosial / 18.03.2025 22:24
Ardanış, Arqel, Arıqlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 19:17
“Ermənilər başa düşməlidirlər ki, daim müharibə etmək olmaz” - VİDEO
Gündəm / 18.03.2025 17:11
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Siyasi, Sosial / 18.03.2025 14:19
“Adı üç formada qeyd olunan kənd” – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 13:22
Ermənistanın sülhə daha çox ehtiyacı var – ANONS - VİDEO
İqtisadi / 18.03.2025 11:22
Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən yeni körpü istifadəyə verilib - FOTO
Mədəni / 18.03.2025 00:02
Bu gün Torpaq çərşənbəsidir - FOTO
Elm və təhsil, Video müsahibə / 17.03.2025 22:20
“Vaxtilə ermənilər kilsələri hərbi bazalara çevirmişdilər” - VİDEO
Siyasi, Təhlil / 17.03.2025 15:19
Abbas Araqçının İrəvan səfərinin məqsədi nədir? - FOTO - VİDEO
Mədəni / 15.03.2025 22:54
“Qara bayram qədim türk inancı ilə bağlı idi” - VİDEO
Siyasi, Sosial / 14.03.2025 22:19
“Atam deyirdi ki, 1915-ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 14.03.2025 13:15
Uşaqlığı erməni “əsirliyində” qalan Xanımzər Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO