Müsahibə 14.01.2025 18:31

“Əgər yaxın gələcəkdə Ermənistan beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilərsə, sülh olacaq” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi siyasi icmalçı Tofiq Abbasov olub.

O, beynəlxalq aləmdəki vəziyyət, dünyada baş verən hadisələr, Prezident İlham Əliyevin yanvarın 7-də  yerli televiziya kanallarına verdiyi müsahibədə mühüm siyasi mesajlar, həmçinin

Avropa İttifaqı-Azərbaycan münasibətləri, Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı fikirlərini bölüşüb və deyib ki, başqa xalqların hüquqları hesabına kimsə öz rifahını yarada bilməz: “Azərbaycan sübut etdi ki, beynəlxalq hüququ pozmadan öz hüquqlarını müdafiə etmək lazımdır. Azərbaycan liderinin bütün mesajları ünvanına çatdı. Azərbaycan nəinki vəd verir, həm də vədlərini ləyaqətlə yerinə yetirir”.

Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparılması, etimadın möhkəmləndirilməsi bəzi qüvvələri narahat edir: “Bəzi beynəlxalq qurumlar regionumuzda sülhün olmaması üçün mümkün olan hər şeyi edir. Ermənistanla Azərbaycan arasında sülh sazişi yaxın zamanlarda imzalanma ehtimalı ola bilər. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan heç bir mövqedən əl çəkməyəcək. Sülh sazişinin taleyi Ermənistanın mövqeyindən asılıdır. Əgər yaxın gələcəkdə Ermənistan beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilərsə, sülh olacaq”.

Siyasi icmalçı bildirib ki, bu günlərdə Ermənistan tərəfi ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutmasını terror kimi də dəyərləndirmək mümkündür və bu təxribat Ermənistan qüvvələri tərəfindən həyata keçirilir, məsuliyyəti isə Azərbaycanın üzərinə qoyulur.

T.Abbasov sonda Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində dediyi “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər” sözləri xatıradaraq deyib ki, Azərbaycanın dedikləri gec-tez reallaşacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə yanvarın 7-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Если в ближайшее время Армения превратится в полноценный субъект международного права, будет мир»

Сегодня на Бакинском телевидении подготовлен очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был политический обозреватель Тофик Аббасов.

Он обсудил международную обстановку, события, происходящие в мире, важные политические послания, высказанные президентом Ильхамом Алиевым в интервью местным телеканалам 7 января, а также поделился своими взглядами на отношения между Европейским Союзом и Азербайджаном и подписание мирного соглашения с Арменией и заявил, что никто не может создавать свое собственное благополучие за счет прав других народов: «Азербайджан доказал, что надо отстаивать свои права, не нарушая нормы международного права. Месседжи Азербайджанского лидера дошли до адресата. Азербайджан не только дает обещания, но и достойно их выполняет».

По его словам, ведение переговорного процесса между Азербайджаном и Арменией на двустороннем уровне и укрепление доверия вызывают беспокойство у некоторых держав: «Некоторые международные институты делают всё возможное, чтобы в нашем регионе не было мира. Мирное соглашение между Арменией и Азербайджаном может быть подписано в ближайшем будущем. Создание второго армянского государства на землях Азербайджана не будет допущено. Азербайджан не будет уступать никаких позиций. Судьба мирного соглашения зависит от позиций Армении. Если Армения в ближайшем будущем станет полноправным субъектом международного права, наступит мир».

Политический обозреватель заявил, что армянская сторона вновь открыла огонь из стрелкового оружия по позициям нашей армии в направлении населенного пункта Забух Лачинского района и это можно расценивать как террор. Эта провокация осуществляется армянскими силами, а ответственность возлагается на Азербайджан.

В конце Т.Аббасов напоминая заявление президента Ильхама Алиева в интервью местным телеканалам: «Зангезурский коридор должен и будет открыт. Азербайджанцы поселятся в Западном Азербайджане, в том числе и в Западном Зангезуре, в безопасных условиях», он заявил, что сказанное Азербайджаном рано или поздно реализуется.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось на русском языке 14-го января в 18:30 на YouTube-канале и в 19:30 на Baku TV.

 

XƏBƏR LENTİ
Müsahibə, Siyasi / 14.01.2025 18:31
“Əgər yaxın gələcəkdə Ermənistan beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilərsə, sülh olacaq” - VİDEO
Təhlil / 14.01.2025 14:52
Bitən Bayden erası – ABŞ-ın Ermənistan aləti – TƏHLİL
Siyasi, Sosial / 14.01.2025 14:20
Beş tarixi məkanda silinməyən türk möhürü – ANONS
Müsahibə / 14.01.2025 13:35
Sülh sazişinin taleyi necə olacaq? – ANONS
Müsahibə / 13.01.2025 22:19
“Əsas vəzifələrimizdən biri də erməni yalanlarını beynəlxalq səviyyədə ifşa etməkdir” - FOTO - VİDEO
Mədəni, Sosial / 11.01.2025 22:51
“Ermənilərin üç dəfə dağıtdığı Terp kəndində qız toyu olmurdu” - FOTO - VİDEO
Mədəni / 11.01.2025 13:35
“Xarabalığa çevrilən Terpin tarixi – ANONS - VİDEO
Siyasi, Sosial / 10.01.2025 22:57
“Ruslar 1988-ci ilin yayında bizi maşınlara doldurub Araz çayının qırağına tökdülər” - FOTO - VİDEO
Siyasi / 10.01.2025 19:13
Rizvan Nəbiyev Bağdadda APA-nın iclasında iştirak edir 
Təhlil / 10.01.2025 16:49
General Prezident seçildi – regionda İran hakimiyyəti sıxışdırılır – TƏHLİL
Müsahibə / 10.01.2025 16:04
“Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir” - FOTO
Mətbuat / 10.01.2025 14:59
Şuşadan, Xankəndidən sonra yeni başlanğıc – MƏQALƏ
Siyasi, Sosial / 10.01.2025 13:22
“Şirazlının son şahidi – Simuzər Əhmədovanın “Həyat Hekayəsi” – ANONS
Siyasi / 10.01.2025 12:16
“Ermənistan Fransa tərəfindən yeni müharibəyə sürüklənir” - FOTO
Təhlil / 10.01.2025 10:01
Paşinyanın Qərbi Azərbaycan xofu – TƏHLİL
Siyasi, Təhlil / 09.01.2025 22:56
“Paşinyan son bir ildə bu məsələni Əliyevlə bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib” - VİDEO
Təhlil / 09.01.2025 17:21
Trampın istəyi – Kanada 51-ci ştat olacaqmı? – TƏHLİL
Hərbi / 09.01.2025 15:57
Sidqi Abbasov – Nərimanlıdan şəhidliyə gedən yol - FOTO
Siyasi / 09.01.2025 13:55
Qərbi azərbaycanlıların qayıdışı razılaşdırılıb – ANONS - VİDEO
Siyasi / 08.01.2025 22:57
“Vaxtilə Makron Ermənistana kömək edəcəyinə söz vermişdi, bu gün onun bizim köməyimizə ehtiyacı var” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 08.01.2025 19:19
Fransa ölkəmizlə təmasa cəhd edir - FOTO - VİDEO
Mətbuat, Siyasi / 08.01.2025 17:24
“Petrosyanın etirafları Ermənistanda faşizm ideyasının əsasını qoyub” - FOTO - VİDEO
Təhlil / 08.01.2025 15:30
Tənha qalan Tehran – İran hakimiyyətinin etiraf səfəri – TƏHLİL
Siyasi / 08.01.2025 13:54
“Koçaryan kimi insanlara “armyaşka” deyirlər” – ANONS - VİDEO
Gündəm / 08.01.2025 00:50
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - FOTO
Gündəm / 08.01.2025 00:18
İlham Əliyev: “Azərbaycanlılar Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”