Müsahibə 11.11.2024 23:58

“Sülh yolu ilə tarixi torpaqlarımıza qayıtmaq istəyirik” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü Pərvanə Vəliyeva olub. O, ötən əsrdə soydaşlarımıza qarşı törədilən soyqırımı və deportasiyalardan söhbət açıb. Bildirib ki, 1905-1906, 1918-1921, 1948-1953, 1988-1991-ci illərdə Qərbi azərbaycanlılar zorla öz ata-baba yurdlarından qovulublar. Stalinin imzaladığı sənəd əsasında soydaşlarımız kütləvi şəkildə dağlıq ərazidən aran zonasına köçürülüblər. Bu zaman iqlim dəyişməsinə məruz qalan azərbaycanlıların bir çoxu dünyasını dəyişib. Erməni millətçilərinin xalqımıza qarşı 1988-1991-ci illərdə həyata keçirdikləri, zorakılıq siyasəti və deportasiya nəticəsində isə Ermənistan monoetnik dövlətə çevrilib.

Millət vəkili dünyada deportasiyaya məruz qalmış xalqların geri qayıtması faktlarına diqqət çəkərək, Qərbi azərbaycanlıların da sülh yolu ilə tarixi torpaqlarına qayıtmaq istədiklərini dilə gətirib. O, ermənilərin sadəcə insanlara qarşı soyqırımı və deportasiya törətmədiyini, eyni qaydada maddi-mədəni irsimizə, təbiətimizə, hətta qəbiristanlıqlarımıza böyük ziyan vurduğunu söyləyib.
Deputat P.Vəliyeva ata-baba yurdu Vedi rayonundan, o cümlədən Xalisa kəndindən də danışıb. Deyib ki, tarixən bu rayonda və kəndlərdə azərbaycanlılar yaşayıblar. Sonrakı illərdə həmin yaşayış məntəqələrinə xaricdən ermənilər köçürülsələr də yenə demoqrafik üstünlük azərbaycanlılarda olub. Buna rəğmən, ermənilər soydaşlarımıza münasibətdə ayrı-seçkilik, diskriminasiya siyasətinə üstünlük veriblər.
Millət vəkili P.Vəliyeva 36 il əvvəl Xalisada törədilən faciələrə də toxunub. Bildirib ki, Ermənistanın keçmiş baş naziri Vazgen Sarkisyanın quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar edib, dinc və əliyalın əhalini fiziki-mənəvi işgəncələrə məruz qoyublar. O dövrdə soydaşlarımıza qarşı törədilən vəhşiliklər, cinayətlər barədə erməni bloger Svetlana Marqaryan sonralar öz yazılarında geniş bəhs edib.
Deputat P.Vəliyeva vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanması, eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həm İcmanın yeni binasında bir qrup Qərbi azərbaycanlı ziyalılarla görüşündə, həm də Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı zamanı tarixi torpaqlarımıza qayıdışla bağlı fikirlər səsləndirməsi Vətən həsrəti ilə yaşayan soydaşlarımıza böyük sevinc və ümid bəxş edib. Onlar inanırlar ki, xalqına Qarabağ Zəfərini bəxş edən Prezident Qərbi Azərbaycana qayıdışı da mütləq təmin edəcəkdir. Millət vəkili sonda vurğulayıb ki, çalışdığı sahədən asılı olmayaraq, hər bir azərbaycanlı beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycan məsələsinə yönəltmək üçün səy göstərməlidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO