Siyasi 19.06.2023 19:50

“Sülh yolu ilə, təhlükəsiz qaydada Vətənimizə qayıtmaq istəyirik…” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcması İdarə heyətinin üzvü, fəlsəfə doktoru, təhsil təşkilatçısı Mirfaiq Mirheydərli olub.

O, doğulub boya-başa çatdığı Zəngibasar rayonu Dəmirçi kəndi barədə xatirələrini bölüşüb və deyib ki, Qərbi Azərbaycanda erməni zülmünə qarşı aparılan mübarizədə azərbaycanlı müəllimlərin verdiyi təhsilin, mənəvi dəstəyin rolu böyük olub.

Onun sözlərinə görə, Qərbi Azərbaycanlılar müxtəlif təzyiqlərlə üzləşsələr də milli kimliklərini qoruyub saxlamağı bacarıblar.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən söhbət açan M.Mirheydərli 1920-ci ilin iyul ayında Zəngibasardakı qətliamlara diqqət çəkib, bu hadisəyə şahidlik edən yaşlı nəsillərin söylədiklərini əsas gətirərək deyib ki, o dövrlərdə erməni quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə soxularaq çoxsaylı vandalizm aktları törədib, talançılığa yol verib, günahsız insanlara qarşı böyük qəddarlıqlar ediblər:  “Zəngibasarda yaşayan Azərbaycan türkləri 1937-ci ilin repressiyasında, 1948-53, 1988-ci illərin deportasiyalarında faciələr yaşayıblar. Repressiya illərində ermənilər nüfuzlu azərbaycanlıları əksinqilabçı, xalq düşməni adı altında sürgün etdirib, bir çoxlarını güllələtdiriblər. Deportasiya illərində azərbaycanlı əhalisi zorla köçürülən kəndlərə xaricdən ermənilər köçürülərək yerləşdirilib. Bəzi kəndlər tamamilə boşaldılaraq nəinki oradakı evlər, hətta qəbiristanlıqlar da dağıdılıb. Ermənilər bütün üsullardan istifadə edib azərbaycanlıları sıxışdırıb, pir və türbələrimizi uçurub, təmir bəhanəsi ilə izlərimizi silməyə çalışıblar”.

Fəlsəfə doktoru Qərbi Azərbaycanda təhsil və səhiyyə sahəsində müsəlman türklərə qarşı yaradılan problemlərə də toxunub və bildirib ki, ali və orta ixtisas təhsilli gənc kadrlar işlə təmin edilmədiyi üçün Vətənlərini tərk etməyə məcbur olublar.

O, Prezident İlham Əliyevin tarixi torpaqlarımıza qayıdışla bağlı səsləndirdiyi fikirlərin hər bir Qərbi azərbaycanlının ürəyində ümid hissi yaratdığını vurğulayıb: “Biz sülh yolu ilə, təhlükəsiz qaydada, ləyaqətli şəkildə Vətənimizə qayıtmaq istəyirik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 20:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO