Sülhlə bitən matç – “Veteranları” liderlikdən 2 top ayırdı - FOTO
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində sentyabrın 27-də 3-cü tur çərçivəsində növbəti oyun keçirilib.
Rakus.az xəbər verir ki, A qrupunda “Veteranlar” “Turan” ilə qarşılaşıb. Zərifə Əliyeva adına parkın satadionunda təşkil olunan oyun saat 19:00-da başlayıb.
Əvvəlcə Anım günü ilə əlaqədar olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hakim fitindən sonra gərgin mübarizə başlayıb. Hər iki komanda sahədən qalib ayrılaraq qrupu 6 xalla lider tamamlamaq istəsə də, bu, mümkün olmayıb. Bərabər səviyyəli oyun nümayiş etdirən komandalar qarşılıqlı hücumlarla hər qapıdan 5 top keçiriblər. Heç-heçənin qeydə alındığı matçda qrup birincisini top fərqi müəyyən edib. Belə ki, 2 oyuna rəqib qapısına 15 dəfə yol açan “Turan” öz qapısında cəmi 7 qol görüb. “Veteranlar” isə toru 13 dəfə silkələyib, 7 dəfə isə topa mərkəzdən başlayıblar. Bununla “Turan” 2 top üstünlüyü ilə qrupunun lideri olub. “Veteranlar” isə ikinci yerdə qərarlaşıb. Oyunları AFFA-nın hakimləri idarə edib.
Komandaların heyətləri belə olub:
“Veteranlar” – Natiq Vəliyev, Aqil Qurbanov, Şükür Məmmədalıyev, Ramiz Vəlizadə, Araz Qurbanov, Raul Məmmədli, İmaməddin Zeynalov, Bayram Süleymanov, Heydər Xudiyev, Emin Qasımov, Murad Vəliyev, İsrafil İsmayılov, Zaur Hüseynov.
“Turan” – Mirishaq Səfərov, Məlikov Fuad, Abdullayev Zöhrab, Mətin Almammədli, Həsənli Rauf, Axundzadə Sadiq, Mirzəyev Turan, Xudiyev Seymur, Ocaqverdiyev Sənan, Qasımov Orxan, Ağazadə Rahid, Aslan İsmayılov.
Zərifə Əliyeva park stadionu
27 sentyabr
A qrupu
19:00 “Veteranlar” – “Turan” – 5:5
Qollar: Emin Qasımov 2, Raul Məmmədalıyev 2, İmaməddin Zeynalov 1 (“Ardanış”)
Fərid Əliyev 3, Orxan Qasımov 1, Rauf Həsənli 1 (“Turan”)
Hakimlər: Ramil Namazov, Vüsal Balaşov