İqtisadi 17.06.2022 13:55

“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO

“Baku Crystal Hall”da “Partners and Business” Baku 2022 – yerli şirkətlərin tanıtım sərgisi açılıb.

Rakus.az xəbər verir ki, üç gün davam edən və iyunun 18-də başa çatacaq sərgidə “Sultan Ceramik”in  məhsulları da nümayiş olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunmuş sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur.

Sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

“KLASS MMC”nin təsisçisi Sultanhəmid Hacıyev yeni ideyasını reallaşdıraraq “Sultan Geramik “ brendi ilə keramika kateqoriyasında ən yeni və keyfiyyətli keramika növlərini istifadəyə təqdim edib. Keramika evin tikintisi zamanı istifadə edilən ən bərk və dözümlü, eyni zamanda, uzunömürlü materiallardan biridir. Ən fərqli keramika növlərindən – keramik dam və fasad örtükləri, dekor məhsulları, kərpic, üzlük, pilləkən və daban daşları şirkətin zavodunda istehsal olunur.

“Sultan Ceramic” və “Klass” MMC-nin təsisçisi Sultanhəmid Hacıyevin sözlərinə görə, xüsusi layihə əsasında hazırlanan sobalar vasitəsilə keyfiyyətli və xarici təsirlərə dayanıqlı məhsul istehsalına nail olunub. O bildirib ki, istehsalda plastik gildən istifadə olunur və məhsullara 50 illik zəmanət verilir. Əminik ki, “Sultan Ceramik” brendi gələcəkdə Azərbaycanı dünyada tanıdacaq.

“Sultan Ceramik” Azərbaycanda bu üsulla məhsul istehsal edən ilk şirkətdir.

Rütubətə və zərbəyə davamlı, rəngi solmayan, gözəl görünüşə malik keramika məhsullarının qiyməti də sərfəlidir. Belə ki, keramitin qiyməti 10-14 AZN arası, üzlük daşlarının qiyməti isə 8-10 AZN arası dəyişir.

Məhsullara tam 50 il rəsmi zəmanət verilir!

Qeyd edək ki, “Sultan Ceramik” 2006-cı ildə Azərbaycanda əsası qoyulmuş keramika şirkətidir.

Şirkət yarandığı gündən etibarən keyfiyyətli məhsul istehsalını əsas prioritet seçib.

“Sultan Ceramic” fəaliyyətində ətraf mühitin qorunmasına xüsusi əhəmiyyət verir. Fəaliyyətinin əsasını ətraf mühit, sosial sahə və korporativ idarəetməyə əsaslanan sistem (ESG) təşkil edir. Bütün məhsulları satışa çıxarılmadan əvvəl test olunur.

Şirkət Avropa və Asiya patentlərinə sahibdir.

Əlaqə nömrəsi: +994515110181

İnstaqram hesabı: @sultan_keramik

Veb-sayt: http://www.sultanceramic.com/

Məlumat üçün bildirək ki, “Sultan Ceramic”in də iştirak etdiyi sərgi iyunun 18-dək davam edəcək. “Baku Crystall Hall”da keçirilən sərgiyə giriş ödənişsizdir.

sərgiyə giriş ödənişsizdir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO