Sosial 16.06.2019 10:10

Sumqayıt 70 yaşlı gənc şəhərdir - FOTO

Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim

Mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım. İndi sənin yetmiş, mənim isə əlli üç yaşım vardır. Amma nədənsə sənə gənc, mənə cavan deyirlər. Bilirəm, şəhərlər üçün yetmiş yaş heç də çox deyil…

Adına müxtəlif əfsanələr qoşulsa da heç birinə inanmıram. Mən səni gördüyüm, tanıdığım kimi vəsf etmək istəyirəm. Kimin dediyini unutmuşam- “Sumqayıt keçmişi olmayan gələcəyin şəhəridir”. Qoy olsun, fəqət yüz minlərlə insanın keçmişi səninlə bağlıdır. Elə mənim də…

Özümü tanıyanda “İnşaatçılar” qəsəbəndə zəhmətkeşlər üçün inşaa olunan birmərtəbəli “barak”lardan birində yaşayırdıq. Yaşıdlarımla həftənin istirahət günləri yaxınlıqdakı hərbi hissədən cərgələrlə kluba aparılan əsgərlərə qoşulub, müxtəlif filmlərə tamaşa edərdik. Hərəmizin bir əsgər dostu var idi. Dostluq etdiyimiz əsgərlər bizi şinellərinin altında klubun daxilinə keçirərdilər. İllər ötdü. Dördüncü sinifə keçəndə səkkizinci mikrorayona köçdük. Və indiyədək həmin ərazidə yaşayıram. Novruz bayramlarında necə tonqal qalamağımız, həyətdə aşıq, bişdi, çilədi, çijik, qurzinka, xokkey, tennis, futbol oynamağımız yaxşı yadımdadır. Hələ güləş, boks yarışlarını demirəm. Xüsusi zövqlə taxtadan düzəltdiyimiz “samokat”larla ötüşmə yarışları keçirməyimizi indi də xatırlayıram. Elə ki, tədris ili başlandı evdən çölə çıxmağımıza məhdudiyyət qoyulurdu. Hamımızın başı dərs oxumağa qarışırdı. Həddibuluğa çatandan sonra isə hərəmiz bir dərnəyə yazılıb ya aktyorluq, ya rəssamlıq edər, ya da ki, hansısa idman zalında məşqlərə qatılardıq. İstirahət günləri isə yenə də bir yerə toplaşıb, necə deyərlər, deyib-gülüb bildiklərimizdən danışardıq…

O vaxt şəhərin on yeddinci mikrorayonunu uzaq olduğuna görə öz aramızda “Kamçatka” adlandırırdıq. Beş-on binası olan altıncı mikrorayon isə bizim üçün dənizə çıxış rolunu oynayırdı. Yayda çimərliyə gedər, birlikdə istirahət edərdik…

Evlərdə işıqlar tez-tez sönərdi. Məişət qazının verilməsində fasilələr yaranardı. Birimizə qonaq gələndə, bir evdə məclis olanda qonşudan stol-stul, qab-qaşıq alınardı. Amma bu çətinliklərə qatlaşıb mehriban yaşayardıq…

Novruz bayramlarında hər ailə yeddi qonşuya pay verərdi. Şəkərburaların bəzəyindən, qoğalların dadından bilərdik ki, hansı evdə hazırlanıb. Bəli, təxminən otuz yaşa qədər hamımızın bir-birimizdən xəbəri var idi. Böyüdük, bizimlə bərabər doğma şəhərimiz də böyüdü. Və biz bu böyük şəhərin içində bir-birimizə həsrət qaldıq. Bu gün nə işıqlar sönür, nə də məişət qazı fasilələrlə verilir. Şərait o qədər yaxşıdır ki, daha qonşu qonşudan nə stol-stul, nə də qab-qaşıq alır. Binanın bu başında yaşayan, o biri başında olan qonşusundan xəbərsizdir. Daha heç kim ayaq saxlayıb saatlarla bir-biri ilə dərd-sərini, bildiklərini bölüşmür. Elə bil dünyanın sonudur, hamı harasa tələsir. Bircə səndən başqa, Sumqayıtım…

İndi uzaq Amerikadayam. Vaşinqton, Nyu York, Çikaqo, Filadelfiya, Hyuston, San Fransisko, Detroit, İndianapolis və s. möhtəşəm şəhərləri gəzib dolaşmaq qismətim olub. Fəqət heç biri mənə Sumqayıt qədər doğma, əziz olmayıb. Çox bulvarlarda ayaq saxlayıb istirahət etmişəm, Sumqayıt bulvarı qədər gözəlini görməmişəm. Çox adamlarla ünsiyyətdə olmuşam, heç biri sumqayıtlıların yerini verməyib…

Mənim atam gənc yaşlarında Sumqayıta gəlmişdi. Bu şəhərdə yaşa dolsa da əksər böyüklərimiz kimi haradan olduğu soruşulanda özünü gəldiyi bölgənin adıyla təqdim edirdi. Demirəm ki, dədə-baba yurdum mənə yaddır, amma mən özümü sumqayıtlı hesab edirəm və bundan qürur duyuram. Fəxr edirəm ki, haqqında əfsanələr dolaşan bu şəhərdə doğulub böyümüşəm. Necə deyərlər, bu şəhərin övladıyam, məni bu şəhər yetişdirib. Və dünyanın harasında rast gəlsəm də hər bir sumqayıtlı mənim doğmam, əzizimdir…

Bəli, mən dünyaya gələndə sənin on yeddi yaşın var idi. Qoynunda ayaq tutub yeridim, dil açdım, böyüyüb boya-başa çatdım. İndi sənin yetmiş, mənim isə əlli üç yaşım vardır. Amma nədənsə sənə gənc, mənə cavan deyirlər…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Elman Eldaroğlu adlı şəxsin şəkli.
Elman Eldaroğlu adlı şəxsin şəkli.
Elman Eldaroğlu adlı şəxsin şəkli.
Elman Eldaroğlu adlı şəxsin şəkli.
Sumqayıt bu gün

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS