Siyasi 19.12.2024 22:08

“Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Suriyada itirən Ermənistanı Zəngəzurda gözləyən məğlubiyyət” adlı süjetdə Suriyada Bəşər Əsədin devrilməsindən sonra təkcə Yaxın Şərqdə yox, geosiyasi müstəvidə yeni yaranan reallıqlardan bəhs olunur.

Bildirilir ki, post-Əsəd dövrünün reallıqlarında qazananların Türkiyə və ABŞ-İsrail cəbhəsi, itirənlərin isə Rusiya-İran cəbhəsi olduğu aydın görünür. Lakin rəsmi Moskva öz itkilərini müəyyən qədər kompensasiya etmək imkanını hələ də saxlasa da, rəsmi Tehran strateji məğlubiyyətlə üzləşib.

Qeyd olunur ki, Əsəd rejimi daim anti-Azərbaycan mövqeyi ilə seçilib: “İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın Ermənistanla bağlı irəli sürdüyü qərar və qətnamələrə qoşulmaması, veto qoyması bunun bariz nümunələrindəndir. Nuseyri azlığının nümayəndəsi olan Əsəd Suriyada etnik azlıq olan ermənilərlə sıx əlaqədə idi və həm daxili, həm xarici siyasətində ermənipərəst addımlar atması ənənəvi hal almışdı. Qarabağın işğalı dövründə Ermənistanın Suriyadan Azərbaycan ərazilərinə qanunsuz şəkildə əhali köçürməsi, eləcə də 44 günlük müharibədə Suriyadan muzdlu döyüşçülərin Qarabağa daşınması siyasətinə Əsəd rejimi yaxından dəstək verirdi. Bu rejimin devrilməsi Yaxın Şərqdə ermənilərin Azərbaycana qarşı müxtəlif məqsədlər üçün istifadə etdikləri platformanın ləğv edilməsi deməkdir”.

Süjetdə Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın telefon danışığı zamanı post-Əsəd dövründə atılacaq addımları müzakirə etməsinə, Azərbaycanın Türkiyə ilə birlikdə Suriya xalqına humanitar dəstək verəcəyinə də toxunulur: “Azərbaycanın Suriyada, ümumilikdə Yaxın Şərqdə qazanan tərəf olması reallığı fonunda Ermənistanın itirən tərəfə çevrilməsi diqqətdən yayınmır. Çünki Ermənistan üçün ən böyük itki Suriyadakı proseslərin Cənubi Qafqaza, birbaşa Zəngəzura təsirləridir”.

Diqqətə çatdırılır ki, bu reallıqlar Bakı-İrəvan danışıqlarında Azərbaycanın gündəliyinin Ermənistan tərəfindən qəbul edilməsini sürətləndirəcək amildir və mövcud geosiyasi şərtlər Ermənistanı reallıqlarla barışmağa məcbur edir.

Erməni politoloqlar Hrant Melik-Şahnazaryan və Sergey Melkonyan iddia edirlər ki, Türkiyənin Suriyadan sonrakı hədəfi Cənubi Qafqazdır: “Təbii ki, Ermənistan üçün təhlükə Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı planlarıdır. Bu prosesdə İranın zəifləməsi vacib rol oynaya bilər”.

Sonda vurğulanır ki, Suriyadan Cənubi Qafqaza uzanan yeni geosiyasi reallıqlar Ermənistan ətrafında çəmbəri daha da daraldır: “Rəsmi İrəvan üçün yeganə çıxış yolu Bakının tələblərini qəbul etməkdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında dekabrın 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 19.12.2024 22:08
“Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.12.2024 13:56
İrəvan dayağını itirir – ANONS - VİDEO
Elm və təhsil / 18.12.2024 22:10
“Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub” - FOTO - VİDEO
Elm və təhsil / 18.12.2024 13:06
Qərbi Azərbaycanda xəzərlər- ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 22:15
Ayısəsi, Aytaq, Al, Alabkir, Alağac, Alavar – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə / 17.12.2024 18:41
“İstənilən iddia Ermənistan dövlətçiliyinin ləğvinə səbəb ola bilər” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 14:18
Erməni Prezidentin Ayısəsi qorxusu – ANONS - VİDEO
Müsahibə / 17.12.2024 13:37
Ermənistanın ləğvinə nə səbəb ola bilər? – ANONS
Mədəni, Sosial / 17.12.2024 12:10
Gələn ilin bayram GÜNLƏRİ
Müsahibə / 16.12.2024 22:46
“Ermənistan Hamamlının tarixi adını Spitakla əvəzləyib” - FOTO - VİDEO
Mədəni / 16.12.2024 14:07
Azər Hüseynov: “Messi kimi ulduzlar arxasınca milyonlarla insanı aparır” - FOTO
Mədəni / 14.12.2024 21:41
“Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 22:53
“Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 13:22
“Evimizin açarları hələ də bizdədir” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.12.2024 22:00
“51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzaladı” - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:40
Dövlət və hökumət rəsmiləri ümummilli liderin xatirəsini yad edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:00
Ulu Öndərlə bağlı arxivdən - FOTO
Siyasi, Təhlil / 12.12.2024 13:58
Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir – ANONS - VİDEO
Gündəm / 12.12.2024 10:26
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO - VİDEO
Gündəm / 12.12.2024 00:01
Ülu öndər Heydər Əliyevin anım günüdür
Elm və təhsil, Sosial / 11.12.2024 22:43
“Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 11.12.2024 13:37
“Qıpçaq ermənisi” anlayışı uydurmadır – ANONS - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 10.12.2024 21:48
Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 18:31
“Azərbaycan bütün Cənubi Qafqazda sülh və təhlükəsizlik yaradır” - VİDEO
Siyasi, Sosial / 10.12.2024 14:04
İran ermənilərinin Aynazur planı – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 10.12.2024 13:16
İrəvan üçün ən yaxşı variant – ANONS - VİDEO