Sürüşmə 300 metrdən artıq sahəni əhatə edir – ETSN
“Bibiheybətdə uçqun tipli sürüşmə prosesi baş verib və 300 metrdən artıq sahəni əhatə edir”.
Rakus.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində ərazidə yerləşən istinad divarı 150 metr məsafədə tamamilə çöküb: “Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədi, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur. Atmosfer çöküntülərinin intensiv olması ilə bağlı torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə təkrar qeydə alınıb. İnsanların və nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün əraziyə giriş-çıxış bağlanıb. Hazırda müvafiq tədbirlər görülür”.
Ə. Qaralov uçqun tipli qopma prosesinin davam edəcəyinin ehtimal olunduğunu deyib.