Şuşa şəhərində ilk cümə namazı qılınıb.
Rakus.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Xatırladaq ki, Erməni silahlı qüvvələrinin 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşaya başlayan hücumu nəticəsində mayın 8-i şəhər işğalçılar tərəfindən tutulub.
- İyirmi səkkiz ildir düşmən tapdağında olan Azərbaycanın dilbər guşələrindən biri, mədəniyyət beşiyi, Xarıbülbülün vətəni, Qarabağ xanlığının tarixi paytaxtı Şuşa noyabrın 8-i işğaldan azad olunub.