Mətbuat 10.01.2025 14:59

Şuşadan, Xankəndidən sonra yeni başlanğıc – MƏQALƏ

Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyası tarixi ədalətə konseptual çağırışdır

Qərbi Azərbaycan xalqımızın qədim yurd yerlərindən biridir. Urartu dövləti dövründə və sonrakı zamanlar strateji və iqtisadi cəhətdən mühüm tarixi kəsişmə nöqtəsi olan Qərbi Azərbaycan sonradan bir çox tarixi faciənin ünvanına çevriləcəkdi…

Bölgədə tarixən müxtəlif etnik qruplar birgə yaşasa da, türk-müsəlman mədəniyyətinin Qafqazda geniş yayılması ilə birgə Azərbaycan türklərinin bu bölgədə üstünlüyü həm mədəni, həm də dini baxımdan böyük əhəmiyyət qazanmışdı. Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.

Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda Ermənistan dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-1921-ci illərdə “Ermənistan respublikası”, “Dağlıq Ermənistan respublikası” adlanan qurumların, Sovet İttifaqının, qərarları ilə Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir sıra bölgələr Ermənistana verilmişdir. Yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSR-in 1987-1991-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır.

Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilib.

Presedenti olmayan bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratmış və onları Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirmişdir.

Azərbaycanın Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir.

XIX əsrdə və XX əsrin əvvəllərində Rusiya-İran müharibələri nəticəsində bölgənin demoqrafik vəziyyəti get-gedə dəyişməyə başladı və tarixi ədalətsizliyin nəticəsi kimi 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Çar Rusiyası tərəfindən həyata keçirilən ermənilərin köçürülməsi siyasəti Azərbaycan türklərinin tarixi torpaqlarında etnik tərkibin dəyişdirilməsinə səbəb oldu. 1905-1906-cı və 1918-1920-ci illərdə baş verən erməni mənşəli qarşıdurmalar zamanı bölgədəki Azərbaycan türkləri kütləvi şəkildə qırğınlara məruz qaldılar. Bu amansız proses 1948-1953-cü illərdə də davam etdi və Qərbi Azərbaycandan 100 mindən çox soydaşımız zorla Azərbaycan SSR ərazisinə köçürüldü. Bu köçürmə “kollektivləşmə” və “sərhəd təhlükəsizliyi” adı altında həyata keçirildi və deportasiyalar müddətində minlərlə soydaşımız ağır şəraitə görə həyatını itirdi. Sonuncu deportasiya isə 1987-ci il oktyabrın 21-də Ulu Öndər Heydər Əliyev Kremldəki vəzifəsindən istefaya məcbur edildikdən cəmi iki həftə sonra başladı. Belə ki, erməni məsələsi rəsmi şəkildə ortaya çıxmaqla Ermənistanda yaşayan azərbaycanlılar birbaşa hədəfə alındı. 1988-ci il fevralın 28-də Ermənistanda yaşayan azərbaycanlılara qarşı ilk etnik təmizləmə pik həddinə çataraq ən azı 350 min azərbaycanlı tarixi torpaqlarından məcburi köçürüldü.

Eyni tarixdən, Kanaker Alüminium Zavodunun işçiləri üçün yaşayış kompleksləri tikmək bəhanəsi ilə ermənilər Azərbaycanın Şuşa şəhərində yerləşən “Topxana” meşəsində ağacları kəsərək, meşəni məhv etdilər və faciəvi Topxana hadisələri ilə Qarabağ məsələsi 30 il müddətində Azərbaycanın qanayan yarası olaraq tarixin yaddaşına düşdü.

İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra Prezident İlham Əliyev 2022-ci il dekabr ayının 24-də çox dəyərli fikir səsləndirmişdir: “Böyük qayıdış təkcə Qarabağla məhdudlaşmır. Bizim planlarımızda qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı da var”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər təkcə siyasi proqram deyil, həm də tarixi ədalətin bərpasına yönəlmiş strateji addımdır. Bu layihə Azərbaycan xalqının mədəni və tarixi yaddaşının qorunması ilə yanaşı, regionda sülh və sabitliyin təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Azərbaycanın tarixi torpaqlarına hüquqi və mənəvi sahiblik iddiasını ifadə edir. Bu layihə, Qərbi Azərbaycan İcmasının təşkilatlanması, həmin torpaqlardakı tariximədəni irsin tədqiqi və qorunması, həmçinin oradan qovulmuş azərbaycanlıların geriyə qayıdış hüquqlarının beynəlxalq səviyyədə tanınması məsələsini ehtiva edir.

Mühüm əhəmiyyət kəsb edən layihənin əsas məqsədi tarixi ədalətin bərpası, azərbaycanlıların Qərbi Azərbaycandan zorla deportasiya olunması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması və bu prosesin qanunsuzluğunun tanıdılmasıdır.

Prezident İlham Əliyevin liderliyi ilə bu məsələyə yenidən diqqət çəkilməsi və Qərbi Azərbaycana qayıdış layihəsinin gündəmə gətirilməsi, Azərbaycanın həm daxili, həm də xarici siyasətində yeni mərhələdir. Bu strategiya bir neçə istiqamətdə hüquqi əsaslar yaradılmaqla Ermənistanın azərbaycanlılara qarşı törətdiyi insan haqları pozuntularının beynəlxalq məhkəmələrdə tanınması üçün hüquqi mexanizmlərin tətbiqi, beynəlxalq ictimaiyyətin maarifləndirilməsi ilə dünyanın aparıcı ölkələrində və təşkilatlarında Azərbaycanın haqq səsinin eşidilməsi, dəstəyin təmin edilməsi və mədəni diplomatiya ilə Qərbi Azərbaycanla bağlı tarixi faktların, sənədlərin, mədəniyyət nümunələrinin dünyaya çatdırılması prinsipləri müəyyənləşməlidir.

Qərbi Azərbaycana qayıdış layihəsi yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də regionda uzunmüddətli sülhün bərqərar olunmasına xidmət edir. Bu, azərbaycanlılarla ermənilər arasında tarixi qarşıdurmaların həlli və birgəyaşayış modelinin yaradılması üçün yeni fürsətlər təqdim edir.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan xalqı qayıdışı yalnız dinc yolla, beynəlxalq hüququn prinsipləri əsasında həyata keçirməyə çalışır. Nəticə olaraq Qərbi Azərbaycana qayıdış layihəsi Azərbaycan xalqının öz tarixi torpaqlarına sahib çıxma iradəsinin parlaq nümunəsidir. Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurumun vahid bir təşkilat çərçivəsində birləşməsi və Qərbi Azərbaycan İcmasının yaradılması, onun, fəaliyyətinin təşkili, beynəlxalq müstəviyə çıxarılması, məsələnin beynəlxalq gündəliyə salınması görülən işlərin tərkib hissəsidir.

Bu gün Azərbaycan Qərbi azərbaycanlıların öz yurdlarına qayıda bilməsi üçün Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyir. Hazırda azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti tamamilə boş qalıb, orada heç kim yaşamır. Azərbaycan Prezidenti haqlı olaraq hesab edir ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməli, onların dilindən onların problemlərini eşitməlidir. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir.

Cənab İlham Əliyev qətiyyətli şəkildə vurğulayır ki, ATƏT, Avropa Komissiyası da bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Bu, yüzminlərlə insanın hüquqlarının bərpası məsələsidir.

Prezident İlham Əliyevin bu təşəbbüsü həm tarixi ədalətin bərpasına, həm də regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaratmaqdadır. Bu proses Azərbaycanın güclü və müstəqil siyasətinin, eyni zamanda xalqın tarixi yaddaşına və milli kimliyinə sadiqliyinin təzahürüdür. Layihənin uğuru, beynəlxalq dəstəyin artırılması və bütün maraqlı tərəflərin dialoqa açıq olmasından asılıdır. Amma aydındır ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etmək əzmindədir və bu istiqamətdə dayanmaq niyyətində deyil. Ümid və qətiyyətlə tarixi yolun davamı Qərbi Azərbaycana qayıdış, sadəcə bir xalqın öz yurduna qayıdışı deyil, həm də itirilmiş dəyərlərin, pozulmuş hüquqların və sarsılmış ədalətin bərpası yolunda atılan qəti addımdır. Bu yol asan olmayacaq, lakin Azərbaycan xalqının iradəsi, milli birliyi və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi bu missiyanı mütləq zəfərlə nəticələndirəcək. Tarix haqqı uğrunda mübarizə aparan xalqları heç vaxt unutmur. Qərbi Azərbaycana qayıdış da gələcək nəsillərə öz dədə-baba yurdlarında azad və firavan həyat yaşamaq ümidini bəxş edəcək. Azərbaycan xalqı bir daha sübut edəcək ki, doğma torpaqlardan qovulmaqla tarixi həqiqətləri və Vətən sevgisini  bir qüvvə ürəklərdən silə bilməz. Bu qayıdış Şuşadan, Xankəndidən sonra yeni bir başlanğıcdır – tarixi ədalətin, sülh və sabitliyin təntənəsi olacaq bir başlanğıc!

Nigar İBRAHİMOVATürkiyə Qlobal Jurnalistlər Şurasının Məclis üzvü, tədqiqatçı – (Azərbaycan qəzeti

Изображение

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO