Tacikistanda təqaüd proqramı elan olundu
Tacikistanın Təhsil və Elm Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
Rakus.az xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus dilidir.
Təqaüd proqramına iddiaçılar mayın 26-dək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər.
Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin avqustunda veriləcəyi gözlənilir.
Təqaüd proqramı barədə daha ətraflı https://edu.gov.az/upload/file/ELAN/2019/05/teqaud-proqrami-Taciqistan.pdf linkdə tanış olmaq mümkündür.