Müsahibə 25.03.2024 22:47

“Tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb” – MÜSAHİBƏ - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev olub.

O ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsindən söhbət açıb və bildirib ki, Teymurilər dövlətinin banisi, türk sərkərdəsi Əmir Teymurun böyük ordusunun önündə daim canlı sipərlər olub. Bu canlı sipərlər fəthlər zamanı əsir götürülənlərdən təşkil olunub. Alimin sözlərinə görə, Osmanlı İmperiyası ilə savaş müddətində Əmir Teymurun qoşunlarının önündə canlı sipər kimi istifadə edilənlər arasında az sayda ermənilər də olub. Savaş yekunlaşandan sonra həmin ermənilərin bir qismi Qafqaz regionunda qalıb. Səfəvilər dövlətinin ilk rəhbəri Şah İsmayıl Xətainin dövründə isə ermənilər Eçmiədzin kilsəsində ibadət etməyə və bu ərazidə məskunlaşmağa icazə alıblar. Həmin dövrdə onların ümumi sayı cəmi 1000-1500 nəfər təşkil edib. Lakin sonrakı illərdə onlar Hindistandan gəlmə hay-boşa qaraçı tayfalarını Qafqaz regionuna cəlb etməyə başlayıblar. Təsadüfi deyil ki, ermənilərin soy-kökü məhz bu hay-boşa qaraçı tayfaları ilə bağlıdır.

Dosent Z.Əliyev deyib ki, 1805-ci il “Kürəkçay”, 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra ermənilər kütləvi şəkildə tarixi torpaqlarımıza, o cümlədən İrəvan və Qarabağ xanlıqları ərazilərinə köçürülüblər: “Ermənilər bu coğrafiyaya köçürülmə xalq olduqları üçün Azərbaycan ərazilərində aparılan arxeoloji qazıntılarda onların hər hansı tarixi izinə rast gəlmək mümkün deyil. Alim tarixdə ərmən adlı dövlət, xalq və ya tayfanın olmadığını da dilə gətirib. Ərmən cəsur, döyüşkən şəxslərə verilən bir tutuldur. Tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb”.

“Böyük Ermənistan” ideyasının Fransadakı kilsədə ortaya atıldığını, bununla da ermənilərə saxta ideologiya hazırlandığını diqqətə çatdıran Z.Əliyev deyib ki, haylar mövcud olmayan şəxslərin adından özlərinə “tarix” yaradıblar. Alim vurğulayıb ki, Qərbi Azərbaycanda ermənilərə aid abidə yoxdur və onlar Albanlara məxsus tarixi saxtalaşdıraraq öz adlarına çıxırlar. Haloqrupun insanın genetik antropoloji kodunun göstəricisi olduğunu xatırladan müsahib diqqətə çatdırıb ki, araşdırmalar nəticəsində ermənilərin haloqrupunda 16 millətin xromosomu tapılıb. Onun sözlərinə görə, tam sübut olunub ki, ermənilərin Qafqaz regionu ilə bağlı genetik kodları yoxdur.

Alim bildirib ki, Türk-Alban əlifbasında yazılan yüzlərlə tarixi sənəd, o cümlədən Daşkəsən rayonunun Bayan kəndindəki Alban kilsəsindən oğurlanan V əsrə aid “İncil” kitabı Matenadaranda – İrəvan əlyazmalar və sənədlərin qorunma mərkəzində saxlanılır. O, ilk xristianlığın Azərbaycan ərazisində yaradılmasının İsrail və Almaniya alimləri tərəfindən sübut olunmasına da diqqət çəkib.

Dosent Z.Əliyev müsahibəsində Monqol İmperiyasının banisi Çingiz xanın ulu babalarının Qərbi Azərbaycandan köçən Qaratatarlar tayfasından olduğunu söyləyib. Əlavə edib ki, tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsinin nəticəsi olaraq, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı təmin olunmalıdır. Bundan sonra isə vaxtilə erməniləşdirilən Azərbaycan yer adlarının bərpası Ermənistan dövlətindən tələb edilməlidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 25-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO