Siyasi 20.12.2024 22:14

“Ermənilərin ən böyük cinayəti 1905-ci ildə “Cəngi soyqırımı” olub” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qafqazda ən birinci zəbt olunan yer Pəmbək mahalıdır” adlı veriliş əslən Pəmbək mahalının Hamamlı rayonunun, Qursalı kənd sakini Aydın Haqverdiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərindən, qədim yaşayış məskəni Qursalı kəndinin tarixi, 1988-ci il deportasiyası, erməni təcavüzü və zəlzələ nəticəsində baş verən faciəvi hadisələr və digər unudulmaz hadisələr barədə xatirələrini danışıb.

Onun sözlərinə görə, təbiətin bütün gözəlliklərini özündə cəmləşdirən bu məkan enliyarpaqlı meşələrlə əhatə olunmuşdu: “Kəndin zəngin tarixi keçmişi var. 1801-ci ildə Pəmbək mahalının Rusiya tərəfindən işğalından sonra yerli əhali müxtəlif istiqamətlərə köç etməyə məcbur olub. 1804-cü ildə başlayan Birinci Rus-İran müharibəsi zamanı əhalinin 60%-i, 1826-1827-ci illər İkinci Rus-İran müharibəsində isə 90%-i doğma yurdlarını tərk etməyə məcbur olub”.

A.Haqverdiyev erməni vəhşiliyinin ən dəhşətli nümunələrindən birinin 1905-ci ildə baş verən “Cəngi soyqırımı” olduğunu deyib: “Bu faciəli hadisə zamanı taxıl dalınca gedən 46 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Sonrakı illərdə də erməni təcavüzü və təzyiqləri davam etdi. 1979-cu ildə ermənilər 2 kəndlimizi güllələdilər. 1988-ci il noyabrın 29-da kəndə saqallılar hücum elədi və bu hücum bir həftə davam elədi. Bir həftə kənd özünü bir təhər müdafiə edirdi. Uzun müddət müdafiə eləmək qeyri-mümkün idi. Nəhayət, 1988-ci ilin noyabrında başlayan erməni təcavüzü və dekabrın 7-də baş verən Spitak zəlzələsi nəticəsində kənd sakinləri son dəfə deportasiya olundular. Zəlzələ zamanı 16 nəfər həyatını itirsə də, bu təbii fəlakət əhalinin erməni qətliamından xilas olmasına səbəb oldu. Ondan sonra camaatın bir hissəsini vertolyotla çıxardılar, Qazağa gətirdilər. Bir hissəsi isə eşalonla çıxdı, Qazaxdan maşın karvanı göndərildi. Dekabrın axırına qədər bizim camaatı oradan güc bala ilə çıxardılar. Atam, əmim və qardaşımın ailəsi, qohumlar Qazağın Musaköy kəndinə, bir hissəsi Qəbələdə pansiyonatda yerləşdi, bir hissəsi də qohumlarla bərəbər evlərə dağılışdılar”.

Qursalı sakini Vətənə qayıdış ümidlərinin hələ itmədiyini vurğulayıb: “O torpaqlardan danışmaq bizim üçün çox çətindir, çox ağrılıdı. Çünki bütün uşaqlığımız, gəncliyimiz orada keçib. Bütün xatirələrimiz o torpaqla bağlıdır. O günləri heç cür unutmaq olmaz. Biz ora qayıtmalıyıq. Bu, bizim qarşımıza qoyduğumuz tarixi borcumuzdur. Elə köçlər çox olubdur. Tarixi ədələt öz yerini tutacaq və biz öz doğma torpaqlarımıza qayıdacağıq. Biz qayıdacıq ki, öz nəslimizi orada davam elətdirək. Bizim oradakı olan izlərimiz itməsin, silinməsin. Bizim tarixi köklərimiz o torpaqla bağlıdır”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 20-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 20.12.2024 22:14
“Ermənilərin ən böyük cinayəti 1905-ci ildə “Cəngi soyqırımı” olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.12.2024 13:12
“Cəngi soyqırımı”ndan Spitak zəlzələsinə – Aydın Haqverdiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 20.12.2024 11:59
Rizvan Nəbiyev: “Ermənistan bütün məsələlərə ziddiyyətli yanaşır” - FOTO
Siyasi, Təhlil / 19.12.2024 22:08
“Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.12.2024 13:56
İrəvan dayağını itirir – ANONS - VİDEO
Elm və təhsil / 18.12.2024 22:10
“Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub” - FOTO - VİDEO
Elm və təhsil / 18.12.2024 13:06
Qərbi Azərbaycanda xəzərlər- ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 22:15
Ayısəsi, Aytaq, Al, Alabkir, Alağac, Alavar – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə / 17.12.2024 18:41
“İstənilən iddia Ermənistan dövlətçiliyinin ləğvinə səbəb ola bilər” - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 17.12.2024 14:18
Erməni Prezidentin Ayısəsi qorxusu – ANONS - VİDEO
Müsahibə / 17.12.2024 13:37
Ermənistanın ləğvinə nə səbəb ola bilər? – ANONS
Mədəni, Sosial / 17.12.2024 12:10
Gələn ilin bayram GÜNLƏRİ
Müsahibə / 16.12.2024 22:46
“Ermənistan Hamamlının tarixi adını Spitakla əvəzləyib” - FOTO - VİDEO
Mədəni / 16.12.2024 14:07
Azər Hüseynov: “Messi kimi ulduzlar arxasınca milyonlarla insanı aparır” - FOTO
Mədəni / 14.12.2024 21:41
“Xıdır Nəbi Novruzdan 40 gün qabaq bu evlərə gəlirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 22:53
“Ailə üzvlərimin bütün xatirələri Terp və Herher kəndləri ilə bağlı olub” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.12.2024 13:22
“Evimizin açarları hələ də bizdədir” – ANONS - VİDEO
Siyasi, Təhlil / 12.12.2024 22:00
“51 ölkə Qərbi Azərbaycana qayıdışla bağlı sənədi imzaladı” - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:40
Dövlət və hökumət rəsmiləri ümummilli liderin xatirəsini yad edirlər – YENİLƏNİR - FOTO - VİDEO
Gündəm / 12.12.2024 17:00
Ulu Öndərlə bağlı arxivdən - FOTO
Siyasi, Təhlil / 12.12.2024 13:58
Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir – ANONS - VİDEO
Gündəm / 12.12.2024 10:26
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO - VİDEO
Gündəm / 12.12.2024 00:01
Ülu öndər Heydər Əliyevin anım günüdür
Elm və təhsil, Sosial / 11.12.2024 22:43
“Qıpçaqvəng kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 11.12.2024 13:37
“Qıpçaq ermənisi” anlayışı uydurmadır – ANONS - VİDEO
Elm və təhsil, Siyasi, Sosial / 10.12.2024 21:48
Ayıbasan, Ayıdərəsi, Ayılı xaraba, Aynazur, Aynaxlı, Ayrım – türk tarixinin izi - FOTO - VİDEO