Təhlil 13.10.2019 23:39

“Brexit” prosesi – Britaniya və Avropa İttifaqının seçimi – TƏHLİL - FOTO

Böyük Britaniya Avropa İttifaqına azad ticarət barədə məhdud saziş imzalamağı təklif edib.

Rakus.az xəbər verir ki, Londonun fikrincə bu, Birləşmiş Krallığın Avropa İttifaqını, planlaşdırıldığı kimi, oktyabrın 31-nə qədər tərk etməsinə imkan verəcək.

Bu, həm də Böyük Britaniya və Avropa İttifaqı ölkələri arasında sazişsiz “Brexit” prosesi zamanı yarana biləcək bütün tarifləri sıfırlaya bilər. Eyni zamanda, İrlandiya adası ilə bağlı vacib məsələ olan gömrük sərhədi probleminin necə həll olunacağı hələ ki, aydın deyil. Adanın bir hissəsi Avropa İttifaqının tərkibinə daxil olan İrlandiya Respublikasının tərkibindədir, digər hissəsi isə Böyük Britaniyanın tərkibindəki Şimali İrlandiyaya aiddir.

Brüssel Birləşmiş Krallığın Baş Naziri Boris Conson və İrlandiya hökumətinin rəhbəri Leo Varadkar arasında dünən keçirilən danışıqların nəticəsindən ilhamlanıb. Görüşdən sonra İrlandiya hökumətinin rəhbəri oktyabrın sonlarına qədər “Brexit” barədə sazişin imzalanmasının mümkün olduğunu bildirib. Varadkarın mövqeyinin dəyişməsi digər Avropa liderlərinin də onunla həmrəylik nümayiş etdirməsinə gətirib çıxara bilər.

Baş nazirlərin görüşünün nəticələri dərc olunduqdan sonra Böyük Britaniya funt sterlinqinin məzənnəsi aktiv yüksəliş nümayiş etdirib. Nəticədə hərracın başlaması ilə funt sterlinq 1,5 faiz bahalaşıb və günün sonunda onun dəyəri 1,24 dollara çatıb.

Bu arada Böyük Britaniyanın Baş Naziri Boris Conson gələn şənbə günü İcmalar palatasına Avropa İttifaqı ilə saziş və “Brexit” prosesinin təxirə salınması arasında seçim təklif etməyi planlaşdırır.

“The Times” qəzeti yaır ki, Britaniya hökumətinin başçısı Avropa İttifaqı ilə danışıqlarda tərəflərə “Brexit” barədə saziş layihəsini razılaşdırmağa imkan verəcək və onu oktyabrın 17-18-də Brüsseldə keçiriləcək sammitdə təsdiqləyəcək irəliləyişə ümid edir. Bundan sonra sənəd həm də Britaniya parlamentinin dəstəyini qazanmalıdır. Boris Conson artıq oktyabrın 19-da İcmalar palatasının növbədənkənar şənbə iclasının gedişində deputatlara Brüssellə sazişə səs verməyə çağıracaq. Bu məsələ səsverməyə elə qoyulacaq ki, parlament üzvləri mahiyyət etibarilə “Brexit” prosesinin yenidən təxirə salınması və ya ölkəyə oktyabrın 31-dək Avropa İttifaqını tərk etməyə imkan verəcək saziş arasında seçim etmək məcburiyyətində qalacaq.

Əgər Boris Conson deputatların dəstəyini qazansa, parlament Brexit prosesinin həyata keçirilməsi ilə bağlı vacib olan bütün qanunları təsdiq etmək üçün ayın sonuna qədər istirahətsiz çalışmalı olacaq. Lakin Baş Nazirin gələn həftə Brüssellə razılaşdıracağı şərtlər üzrə Avropa İttifaqını tərk etmək məsələsini ümumxalq referendumuna çıxarmağa cəhd edəcək müxalifət Boris Consonun planlarını poza bilər.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən “Brexit” üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs vermişdi.

Birləşmiş Krallıq “Brexit” qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan “Brexit” şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı “Brexit” prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib, Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə “Brexit” prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsini Avropa İttifaqının tərkibindən sazişsiz çıxaracağını vəd edən Boris Conson tutub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO