Təhlil 11.05.2023 16:29

Tehran rejimi – pəhləvilərdən qalma panfarsçılıq siyasəti – TƏHLİL

Güney Azərbaycan türkünün milli özünüdərk şüurunun inkişafı milli dövlətçiliyin yaranmasına təkan olacaq. Saxta Pəhləvi rejiminin dövlət siyasəti səviyyəsində başlatdığı və günümüzdə də davam edən fars şovinist siyasətinin hədəfi güney azərbaycanlıların bu istiqamətdə özünüdərkinə mane olmaqdır.

Qeyd edək ki, xarici qüvvələrin əli ilə hakimiyyətə gətirilən qondarma Pəhləvi sülaləsinin əsas hədəfi türkləri təhqir etmək, aşağılamaq olub. Pəhləvi ideoloqları azərbaycanlıları təhqir etmək üçün “torke-xər” ifadəsini düşünüb, təbliğ edib. Çünki panfarsçılar türk sözündən qorxurdular. Ona görə də türklərin “azəri” olduğunu iddia edərək saxta düşüncə sistemini ortaya qoydular. Bu yolla türk sözünü düşüncələrdən silməyə çalışırdılar. Ancaq fars şovinistlərinin bu hiyləsi başa tutmadı. Türklər milli varlıqları uğrunda mübarizəni dayandırmayıb, 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökumətini qurmaqla adları, hüquqları uğrunda mübarizənin davam etdiyini bir daha göstərdilər. Məhəmmədrza şah Pəhləvi də atası Rza şahın antitürk siyasətini davam etdirdi.

Əslində, 1979-cu il inqilabının İranda fars şovinistlərinin dövlət səviyyəsində həyata keçirdikləri milli ayrı-seçkiliyə və fars olmayanların assimilyasiyasına son qoyacağı düşünülürdü. Çünki hakimiyyətdəki dini kəsim islam ideologiyası əsasında ümmət və ümmətçiliyi təbliğ edirdi. Bütün etnik qrupların bərabərliyi ideyasını vurğulayırdılar. Ancaq onların bu yalanının üstü heç 40 gün çəkmədən açıldı. İranın həmin dövrdə qəbul olunan yeni konstitusiyasında fars olmayanlar etnos kimi deyil, qövm, tayfa kimi təqdim edilməklə milli ayrı-seçkiliyin davam etdiyi təsdiqləndi.

Din pərdəsi altında mövcudluğunu davam etdirən Tehran rejimi pəhləvilərdən qalma panfarsçılıq siyasətini davam etdirir. Bu ruhda tərbiyə olunan İran vətəndaşları türkləri təhqir etməyi adi hal hesab edirlər. 2006-cı il mayın 12-də İran İslam Respublikası Xəbər Agentliyinə aid olan “İran” qəzetinin həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində “Həşəratların (tarakanlar nəzərdə tutulur – S.İ.) bizləri həşəratlaşdırmaması üçün nə edək?” başlığı altında karikatura dərc olunmuşdu. Cavabında isə həşərat belə cavab verir: “Nəmənə?” (nəmənə Cənubi Azərbaycanda nə anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura onların dialoqu ilə davam edir…

Bu şovinist, faşist görüşlü material yayılandan bir həftə sonra, mayın 22-də güney azərbaycanlı tələbələr Tehran Universitetində etiraz məqsədilə nümayiş təşkil ediblər. Azərbaycanlı gənclər “Haray, haray mən türkəm!”, “Türkün dili ölməz, fars dilinə dönməz!”, “Azərbaycan əyilməz, türkün beli bükülməz!”, “Ya azadlıq, ya ölüm!”, “Rədd olsun fars faşizmi!” kimi şüarlarla aksiya keçirməyə başladı.

Tehran rejiminin başlatdığı antitürk və anti-Azərbaycan davranışına Güney Azərbaycanın və İranın müxtəlif şəhər və rayonlarında milyonlarla Azərbaycan türkünün iştirakı ilə etiraz aksiyası keçirilib. Tehran, Zəngan (Zəncan), Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav (Meşkin), Qoşaçay, Sulduz və Mərənd şəhərlərində etiraz yürüşləri olub.

İran hakimiyyəti baş verən şovinist hadisənin qarşısını almaq üçün günahkarları cəzalandırmaqdansa, milli varlıqlarını təhqirdən qorumaq üçün etiraz aksiyası keçirənlərə divan tutdu. Rejimin qanunazidd hərəkəti nəticəsində 200-ə yaxın şəhid etirazçını sayğı və sevgi ilə yad edirik. Rejimi hərbi-polis qüvvələrinin aksiyalara hücumu nəticəsində yüzlərlə etirazçı yaralanmışdı. Hakimiyyət 330 aksiyaçını həbs etdiyini etiraf etmişdi. Bu hadisədən sonra İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei başda olmaqla ölkənin tanınmış şəxsləri, hətta panfarszmin ideoloqları belə Azərbaycan türklərini tərifləməyə, onların ölkə həyatında oynadıqları tarixi aparıcı roldan danışdılar.

Karikaturanın müəllifi Mana Neyestani üzrə istədi, onun Dubaya yola salındığı barədə məlumatlar yayıldı. “İran” qəzeti 5 ay bağlı qaldı. Bundan sonra nəşr fəaliyyətini davam etdirdi. İran məhkəməsi qəzetin redaksiya heyəti və rəhbəri Qulamhüseyn İslamifərə bəraət verdi. Rejimin “ədalət məhkəməsi” karikaturanın türkləri təhqir etmədiyini bildirərək cinayət işini bağladı.

Silahsız, dinc etiraz aksiyasına atəş açıb, yüzlərlə azərbaycanlını qətl edən hərbi-polis qüvvələrinin nə başçıları, nə də sıraviləri cəzalanmadı. Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri , Seyid Kazim Şəriətmədarinin başçılıq etdiyi hərəkatlar kimi türkün milli varlığını qoruması uğrunda apardığı may aksiyaları da qan içində boğuldu.

Hadisələr İrandakı rejimin Azərbaycan türkünün milli-mədəni haqqının təmin olunmasına münasibətini dəyişmədi.

Bu, türkə qarşı düşmənçilik edib, onun milli varlığını danan, dil haqqını verməyən, “Türklərsiz İran!” şüarını irəli sürən panfarsçı Tehran rejimidir. May hadisələri bir daha sübut etdi ki, Xomeyninin, Xaməneinin, Əhmədinejatın (hadisələr zamanı İranın Prezidenti idi), Rəisinin Rza və Məhəmmədrza pəhləvilərdən heç bir fərqi yoxdur. Elə bu səbəbdən də son hadisələr zamanı Güney Azərbaycan türkləri ölkə daxilində və xaricində “Azadlıq, Ədalət, Milli hökumət!” şüarını irəli sürürlər.

Sədrəddin Soltan – REPORT

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO