Təhsil İdarəsindən açıqlama verildi
Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) bu gün 321 nömrəli məktəbdə baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Rakus.az xəbər verir ki, yayılan xəbərdə bildirilir ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı yerə dəyib.
Məktəbə təcili-tibbi yardım çağırılıb və təhsil müəssisəsinin rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb.
BŞTİ-dən bildirilib ki, şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.