Müsahibə 31.03.2025 22:12

“Təkcə İrəvan ətrafında 119 Azərbaycan kəndi yer üzündən silinib” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov olub.

O, ötən əsrin əvvəlində – 1905-1907-ci illərdə azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlardan, ermənilərin əsas məqsədlərindən söhbət açıb. Bildirib ki, 31 mart soyqırımı Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu faciədir. Tarixçi-alimin sözlərinə görə, həmin dövrdə imperialist dövlətlər vətənsiz ermənilərə vətən yaratmağı söz veriblər. Bundan irəli gələrək, müxtəlif partiya və təşkilatlar səviyyəsində birləşən, silah-sursat toplayan ermənilər müsəlman-türk əhaliyə, silahsız insanlara qarşı qətliamlar törədiblər. Onlar sadiq millət adlandırıldıqları, ən müxtəlif vəzifələr tutduqları, yüz illər çörəyini yedikləri Osmanlı dövlətinə də xəyanət edib, Birinci Dünya müharibəsinin gedişində ölkə daxilində silahlı təxribatlara əl atıblar. Ermənilər 1918-ci ildə Osmanlı ərazisi ilə yanaşı, Şimali Azərbaycanda, eyni zamanda Qərbi və Cənubi Azərbaycanda da dinc insanları amansızlıqla qətlə yetiriblər. Başlıca hədəf isə bu coğrafiyada yerli əhalinin tamamilə məhv edilməsi hesabına dənizdən-dənizə uydurma “böyük Ermənistan” dövləti yaratmaq olub.

Professor A.İsgəndərov vurğulayıb ki, əslində bu hadisələr ermənilərin uzun illər müsəlman türklərə bəslədikləri nifrətin bariz nümunəsidir. Çünki erməni düşüncəsinə görə, türk öldürülməlidir. Hər bir erməninin xislətində faşist təfəkkürü var. Tarixçi-alim qeyd edib ki, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və Gürcüstan arxivlərində ermənilərin soyqırımı cinayətlərinə dair çoxsaylı sənədlərə rast gəlinib. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaradılan, soyqırımı cinayətini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinə də diqqət çəkib.

Millət vəkili A.İsgəndərov söyləyib ki, Dro, Nijde, Amazasp və digərlərinin rəhbərlik etdiyi silahlı dəstələrin Qərbi Azərbaycanda törətdiyi vəhşiliklər ayrı-ayrı faktlarla sübuta yetirilib. Fövqəladə Təhqiqat Komissiyasının hesabatına görə, təkcə İrəvan ətrafında 119 Azərbaycan kəndi yer üzündən silinib. Bu kimi çoxsaylı cinayətlər törətmiş silahlı dəstələrin 299 erməni rəhbəri AXC dövründə həbs olunub. Lakin çox təəssüf ki, sonradan onlar cəzadan qurtula biliblər. 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə bu kimi məsələlər diqqətdən kənarda qalıb. Əksinə, 1918-ci ilin martında Bakıdakı qırğınlara bilavasitə rəhbərlik etmiş Şaumyanın, eləcə də onunla birlikdə mühüm vəzifələr tutan 26 Bakı komissarının təbliğatı aparılıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 31-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO